Eşq-məhəbbət və yaxud peşmançılıq

Sadiqlə hərbi xidmətdə tanış olmuşdum. Elə tanış olduğumuz gündən bir–birimizə çox isinişib, sanki illərin dostuymuşuq kimi davranırdıq. Xasiyyətimizdəki oxşarlıq, fikirlərimizin çox vaxt üst-üstə düşməsi bizim ruhən yaxın olmağımızı daha da, möhkəmlədirdi. Hərbi xidmətin müxtəlif çətinlikləri, qəriblikdəki digər qayğılar bizi bir-birimizə sanki dərd ortağı etmişdi. Amma bütün bunlardan əlavə, Sadiqin simasında daim bir üzüntü hiss olunurdu. Neçə dəfə soruşsam da, nəyisə gizlətməyə çalışdığını anlıyırdım. Ailə məsələsi zənn etdim deyə, çox da israr etmədim. Hər gün Sadiqi zarafatla güldürməyə, fikrini dağıtmağa çalışsam da, bunu bacarmırdım. O sanki qəm dəryasına qərq olmuşdu. Bilirdim ki, nə vaxtsa bu halının sirrini mənə açacaq. çünki məndən başqa dərdini bölüşəcək başqa əsgər yox idi. Elə mən də bu cür idim; nə dərdim vardısa, Sadiqlə bölüşürdüm.
Bir gün şam yeməyi vaxtı hərbi hissənin yeməkxanasında Sadiq mənə yeməkdən sonra çayxanaya getməyi təklif etdi. Doğrusu, əsgərlər üçün təyin olunmuş bu çayxanaya ancaq nəsə almağa gedirdim, çunki çaydan əlavə, əsgər üçün lazım olan hər şey satılırdı. Siqaret tüstüsündən orada oturub çay içmək mümkün olmasa da, bəzi əsgərlərin heç vecinə deyildi. Mən də bundan ötrü orada heç oturmamışdım. Amma Sadiqin xətrinə bu dəfə etiraz etmədim. Yeməkdən sonra sərbəst vaxt verilən kimi Sadiqlə bərabər çayxanaya getdik. Sadiqin günlərdir saxladığı və onu bu qədər üzən problemini danışacağını hiss etmişdim. Belə də oldu. Sadiq “öz günahlarımın əsiri olmuşam” deyərək əsgərlikdən qabaqkı həyatı haqda danışmağa başladı:
“Mən 10-cu sinifdə oxuyarkən bizimlə eyni binada yaşayan Sevil adlı bir qıza vuruldum. İlk dəfə idi ki, bu cür gözəl hisslər yaşayırdım. Sevgimin qarşılıqlı olması isə məni tamam göylərə uçurmuşdu. Bir sözlə, sanki dünyanı mənə vermişdilər. Məktəbdə danışırdıq yorulmurduq, evə gedən kimi də telefon qulaqdan düşmürdü. Axşamlar bloklarının qabağına gedib onu bircə dəfə görmək həvəsi ilə saatlarla pəncərələrinin qabağında dururdum. Sevib-sevilməyin şirinliyi bizi elə bir aləmə qərq etmişdi ki, özümüzdən başqa heç kimi görmür, heç nəyi vecə almırdıq.
11-ci sinifdə oxuyanadək bu eşq macərası davam edirdi. Onu çox qısqanırdım, sinif oğlanları ilə danışmağına belə dayana bilmirdim. Bundan ötrü gündə dalaşıb-barışırdıq. Ona ümumiyyətlə heç bir oğlanla danışmamağı tapşırmışdım. Amma o isə məni qısqandırmaq üçün sinif oğlanları ilə deyib-gülüb zarafatlaşırdı. Bir gün də hirslənib özümdən asılı olmadan onun rəhmətə getmiş atasına söydüm. Ondan sonra dəfələrlə üzr istəsəm də, onun könlünü ala bilmədim. Zənglərimə cavab vermir, üzümə belə baxmırdı. O isti baxışlardan əsər-əlamət yox idi. Onun məndən tamam soyuduğunu hiss etmişdim deyə bir daha narahat etməmək qərarına gəldim. Bununla da biz ayrıldıq. Bu arzuolunmaz ayrılıq xüsusən məni yandırıb-yaxırdı. Hər an hər dəqiqə yaşadığımız o gözəl anları xatırlayıb ağlayırdım, gecələr yuxularım ərşə çəkilmişdi. Aylar keçdi və mənim əsgərlik vaxtım çatdı. Bütün dərd-qəmimi özümlə hərbi xidmətə gətirdim”.
Bu yerdə Sadiqin sözünü kəsərək müdaxilə etdim: “Əşi bunlar hamının başına gələn şeylərdir, mən də deyirəm əlbət nəsə bir ciddi məsələdir. Boş ver getsin”.
Sadiq yenidən söhbətə başladı: “Bu hələ dərdimin kiçik hissəsidir… Mən əsgərlikdə olarkən Rusiyada olan böyük qardaşım evlənmək üçün Bakıya gəlib. Anamgil ona mənim sevdiyim qızı, Sevili məsləhət biliblər – “qonşumuzdur, gözümüzün qabağında böyüyən uşaqdır” deyiblər, qardaşım da razılaşıb. İki həftə olar nişan da olub. İndi məni gözləyirlər, əsgərliyim bitəndən sonra toyları olacaq. Bunları mənə telefonda anam sevinə-sevinə danışarkən mən qəhərdən boğulurdum”. Sadiq susdu, gözləri doldu və özünü saxlaya bilməyib masadan qalxıb getdi. Mən də sanki şokdaydım. Bir müddət səssiz oturduqdan sonra bayıra Sadiqin arxasınca çıxdım. O hərbi hissənin stadionunda yalqız oturmuşdu. Yanına getdim, bir az təsəlli verdim. Sadiq isə öz növbəsində mənə durmadan bu sualları verirdi: “Axı sevdiyimin bizim evdə gəlin olmasına necə dözəcəm? Onunla keçirdiyimiz xoşbəxt anları necə unudacam? Hər dərsdən evə gedərkən qəsdən yolumuzu bulvardan salıb birgə əl-ələ tutub gəzişər, xəyallar qurardıq. Ehhh, daha nələr, nələr… Qardaşımın üzünə necə baxacam? Bu vicdan əzabıyla necə yaşayacam?” Bütün bu suallara mat-məəttəl qalıb heç nə deyə bilmirdim. Sadiqin neçə vaxtdır üzünün gülməməsinin səbəbi mənə tam aydın olmuşdu. Özüm onun yerində olsaydım, nələr edəcəyimi təsəvvür edə bilmirdim. Amma yenə də Sadiqə təsəlli verməyi özümə borc bilirdim. Hər gün onun dərdini ovutmağa çalışırdım. Beləcə aylar ötdü, biz hərbi xidməti başa vurduq. Sadiqdən əlaqə nömrəsi almağıma baxmayaraq, ona zəng çatmırdı. Sonralar xəbər tuta bildim ki, Sadiq qardaşının toyundan sonra intihar etmiş və dünyasını dəyişmişdir. Bakıya evlərinə getdim, anası elə hey “heç bilmədim balamın dərdi nə idi” deyib ağlayırdı. Deyəsən bu sirri bir mən bilirdim, bir də təzə gəlinləri…
O hadisədən bir neçə il sonra İslami kitablarda rast gəldim ki, hər şeydə olduğu kimi, sevib-sevilməyin də həddi-hüdudları var. Bu hüdudları aşdıqda isə sonda Sadiq kimi bədbəxt olmaq ehtimalı qarşıya çıxır. İslam hər kəsə özününkü kimi dəyər verməyi tövsiyə edir. Odur ki sevərkən belə, ağlı hisslərə qurban verib həddi-hüdudu aşmamaq lazımdır. çünki sevdiyinə qovuşub-qovuşmamaq Allahın qismətindən asılıdır. Bu gün “sevgi” adı altında müxtəlif macəralar yaşadığın qız sabah qardaşının, əmioğlunun, dostunun xanımı ola bilər. Bir ömür vicdan əzabı çəkməmək üçün bu mövzuda diqqətli olmaq lazımdır. Xüsusən indiki dövrdə gənclərə və “eşq-məhəbbətdə qərq olub” min hoqqadan çıxanlara az da olsa düşünmək və etdiklərini vicdan tərəzisinə qoymağı məsləhət görürük.

aksa_ahmedov

Şərhlər:

  1. mR_bAkiNec dedi ki:

    Tesirlide olsa inamini itirilmiw bir hekayedi… Hekaye dediyin realdan goturulme olsun amma bu cox gerceksiz bir yazidi… 11` sinifde bele sevgili olub esgerliye geden oglanin qardawina ere geden qiz ? Ne bilim inanilmazdi..
    Chinki sevgi bu qeder ucuzlawmayib.. Bu inanilmaz,reallawmayan bir hadisedi mence..
    Yenede xebere gore derin tewekkur ;(

  2. Angel-Feride dedi ki:

    Sitat: Nezrin
    Qiz nece razi olub bu evliliye???


    Heqiqeten qiz nece razi olub?((( dehset,cox pis oldum ee,

  3. DaRk_AnGeL dedi ki:

    Demek qiz heqiqeten oglani istemeyib isteseydi oglanin qardawi ile evlenmezdi.Bele insanlari qinayiram..Tewekkurler xebere gore

  4. Ninaska dedi ki:

    hekayechun tshk

  5. =ReiNKaRNaSiYa= dedi ki:

    tesirli idi…mence gunah oglandadi cunki hec insan digerini tehqir etmemelidi…oda etmeseydi sonu bele bitmezdi..hmm twkler…((

  6. CooL_Man dedi ki:

    Xebere gore cooox teshekkur

  7. Gunka narxoz dedi ki:

    Kovreldimeee yaziq oglan her seye vaxtinda sahib olmaq lazimdi onu indi derk etdim twk………

  8. sabinocka dedi ki:

    vaxt olan kimi oxuyacam

    Oxudum.woka duwdum sevgi ezab ddard hamsi 1arada.super tesirli hekaye.

    Oxudum.woka duwdum sevgi ezab ddard hamsi 1arada.super tesirli hekaye.

  9. Love Girl dedi ki:

    Tewekkur edirem cry

  10. Yasaksin_kalbime dedi ki:

    axiri kimi oxudum.cox pis oldum.Hec kimi bele sevgi arzulamiram.tewekkurler

  11. deniz15 dedi ki:

    tesekkur edirem cox sagolun