Qızlar niyə “facebook”da öz şəklini paylaşmır?

Xanımlarla işləmək çətindir. çünki qızlar idarə olunmağı yox, idarə etməyi sevir”. Azərbaycan Qızlar Universitetinin Tələbə Gənclər Təşkilatının sədri Fidan Azərqızı psixoloq ixtisasına yiyələnir və bu səbəbdən də qızların davranışını yaxşı anlayır: “Adətən qızlarımız əks cinsin nümayəndələri tərəfindən idarə olunmağa normal yanaşır, amma qadınların onları idarə etməsini xoşlamırlar.

Bu da bəzən problemlər yaradır. Nəzərə alın ki, bizim təşkilatımız yeganə gənclər təşkilatıdır ki, ancaq qızlardan ibarətdir”. Universitetin psixologiya fakültəsinin 3-cü kurs tələbəsi Fidan son vaxtlar psixologiyanı öyrənən rəfiqələri ilə birlikdə sosial şəbəkələrdə insanların davranışını araşdırmağa başlayıb.

– Fidan, sosial şəbəkələrdə profil şəkillərinə baxmaqla insanları xarakterizə edirsiniz. Necə nəticə çıxarırsınız?

– Ən çox profil şəklində özünün yox, başqa təsvirlərdən istifadə edən insanların xarakterini araşdırırıq. Belə adamlar nəyə görəsə gizli qalmaq istəyir. Amma bu tamamilə mümkün deyil, çünki onlar öz hisslərini, istəklərini hardasa mütləq büruzə verir. Sadəcə müəllifin hansı şriftlə yazdığına diqqət yetirmək kifayətdir. Məsələn, iri şriftlə yazanlar nisbətən aqressiv, yaxud həmin an əsəbi vəziyyətdə ola bilər. Düşünürəm ki, onlar diqqət çəkmək üçün iri şriftdən istifadə edir.

Profil şəkillərinə gəlincə, yeniyetmə qızlar adətən profil şəkillərinə ya uşaq, ya da ev heyvanlarının şəklini qoyur. Uşaq şəkli bu qızların həlim xasiyyətini, analıq instinktinin yaranmağa başladığını göstərir. Kişilər isə profil fotosu üçün xəyali villanı, bahalı maşınları seçir.Əksəriyyət pərəstiş etdiyi aktyor və müğənnilərin fotosunu yerləşdirir. İstifadəçinin çoxsaylı fotolardan hansını seçməsi isə onun xarakterindən xəbər verir.

Məsələn, profilə qırmızı paltarlı qadın şəkli yerləşdirilibsə, adətən bu, aqressiyaya meyillilik deməkdir.Bəzən qızlar sifəti görünməyən, saçları üzünə tökülmüş halda çəkilmiş şəkilləri profilə yerləşdirir. Mən dəfələrlə əmin olmuşam ki, kim vücudunun hansı hissəsini bəyənmirsə, onu gizlətməyə çalışır, hesab edir ki, zahiri görünüşündə problem var.

– Bəs, insanların şəbəkədə yazdıqları statuslar, şərhlər, tvitlərdən hansı nəticələri çıxarmaq olar?

– Əlbəttə, şərhlər çox önəmlidir. ümumiyyətlə, status yazmaq – bəyənilmək istəyindən irəli gəlir. Niyə status yazırıq? Əvvəllər sosial şəbəkələr yox idi, fikirlərimizi yazmırdıq, nə baş verirdi ki? İndi isə hansısa statusu bəyənənlərin sayı çoxaldıqca sevinirik. çünki diqqət mərkəzində qalmağı xoşlayırıq. Bəzən kimsə diqqəti cəlb etmək üçün hazırda xəstəxanadan yazdığını vurğulayır. Əhvalı yaxşı olan isə kefini bölüşmək üçün filan restoranda, yaxud filan kafedə əyləndiyini yazır.Mahnı paylaşanlara gəlincə, hər bir insan yalnız düşdüyü emosional duruma uyğun mahnı paylaşır. çünki pis ovqatda, stresdə olan adam şən, ritmik mahnı paylaşa bilməz.

– Demək istəyirsiniz ki, şəbəkələrdə statusların məzmunu da xarakter barədə gizli məqamlardan xəbər verə bilər?

– Əslində bu mümkündür. Kimsə ingiliscə status yazır, çünki xarici dildə öz fikirlərini daha yaxşı çatdırır. Bəzi şəxslər cəmiyyətdə tutduğu mövqeyə görə fikirlərini açıq-aşkar deyə bilmir. Amma əcnəbi dildə yazanda bu psixoloji maneə aradan qalxır. Etirafların çoxu ingiliscə yazılır.

– Deməli, sosial şəbəkələrdə profilləri nəzərdən keçirəndə ürəyinizdə həmin insanları çək-çevir edirsiniz?

– Bu, öyrəndiyim peşədən irəli gəlir. Psixologiyanı bilmək insanın həyatını qismən asanlaşdırır, amma çətin məqamlar da var. Asan tərəfi odur ki, bütün prosesləri analiz edib düzgün nəticə çıxarıram. çətin tərəfi isə odur ki, nəticələri çıxarır və kimlər haqqındasa bəzi məlumatları biləndə yaşamaq çətinləşir

– Deyirlər, qızlar kollektivində yersiz söz-söhbət, münaqişə və dedi-qodu daha çox olur. Sizdə necədir?

– Digər tələbə kollektivlərindən elə də fərqlənmirik. Xüsusən də bəzənib-düzənmək məsələsində heç fərq qoymuruq. Onsuz da xanımlar özlərini əsasən həmcinslərinə nümayiş etdirir. Dəbli geyinmək, müasir aksessuarlar taxmaq və s. məsələlərdə xanımlar adətən öz aralarında rəqabətə girir.

MR...

Şərhlər:

  1. Yasaksin_kalbime dedi ki:

    xebere gore tewekkurler.face girmirem.

  2. mR_bAkiNec dedi ki:

    Baxır kim paylaşırda.. əslindı normaldıye amma dostluğunda ancaq tanişlar olduğu muddət..
    Belə qoymaq mənədə anormaldır ) Təşəkkür xəbərə görə

  3. yAgmurlar dedi ki:

    dogrudur tewekkurler

  4. important life dedi ki:

    psixoloqun dediyi tamamile düzdu twk

  5. Angel-Feride dedi ki:
    Mahnı paylaşanlara gəlincə, hər bir insan yalnız düşdüyü emosional duruma uyğun mahnı paylaşır.

    Dogrudur…..Xebere geldikde ise tesekkur edirem……
  6. MR... dedi ki:

    CooL_Man,
    duz deyirse dost!

  7. CooL_Man dedi ki:

    paylawmasina pis baxirlar… ona gore… mence, normal qarwilanmalidir

  8. Hilary Duff dedi ki:

    Tewekkurler xeber cun…….

  9. SEBERT dedi ki:

    hmm eziyyete twk