Şokolad haqqında məlumat

Şokolad haqqında məlumat

Kakao və şokoladın hazırlandığı barın bitkisinin latınca adı «Theobrama cacao»-dur. Hərfi tərcümədə «Tanrıların qidası» deməkdir. O, Şimali və Cənubi Amerikanın, Avstraliya, Asiya qitəsinin adalarının nəmli tropiklərində bitir.
Dənələr öz şokolad aromasını və şokolad rəngini 2 – 7 saat davam edən xüsusi proses -fermentasiya (sadə dillə desək, qıcırma) nəticəsində alır.

Şokoladı necə hazırlayırlar
Qızardılmış kakao-paxlası üyüdülür və xırdalanır, ona şəkər, kakao-yağ, və eləcədə müxtəlif dad əlavələrini – xırdalanmış fındıq, badam, süd, rom, likör və s. əlavə edirlər. Alınmış şokolad kütləsini bir neçə gün ərzində xüsusi rezervuarlarda tam vahid forma alınana kimi yaxşıca qarışıdırırlar. Sonra isə onu soyudur, formalarla tökür və şokolad plitələləri və ya şokolad fiqurları formasında hazırlayırlar.
Soyudulmuş şokoladı formalardan çıxarır və qablaşdırırlar. Şokoladın örtüyü mütləq hermetik olmalı, işıq və nəmdən yaxşı qorumalıdır. çünki işıqda şokolad turşulaşmağa başlayır və həddən artıq nəmdə isə ağ qatla örtülür. Bundan əlavə şokoladı kənar iylərdən qorumaq lazımdır, çünki o, bunları asanlıqla özünə çəkir.

Şokolad haqqında məlumat

Şokolad valyutası
Əsrlərlə şokolad ağacının dənəsi maya xalqında demək olar ki, qızıl qiymətində dəyərləndirildi və tamdəyərli xırda pul kimi istifadə edilirdi. Daha bahalı şeylərin ödənişi bütöv qınlarla aparılırdı. Maraqlısı odur ki, qədim maya xalqı arasında saxta pul kəsmə inkişaf etmişdi. Fırıldaqçılar qınlardan kakao-paxlasını çıxarır, boş yerə gil doldurur, onları yapışqanla bərkidir və dövriyyəyə buraxırdılar.
Beləliklə, şokolad iqtisadiyyatı özünü tükəndirmişdi və bizim eranın təqribən 600-cı ilində maya kakao ağaclarını plantasiyalarda əkməyə başladılar.


Şokolad şokolad olmağa başlayır
XIX əsrin əvvəlinə kimi şokoladı içirdilər. Düzdür, 1674-cü ildə kakaonu pirojnaya əlavə etməyə başladılar, lakin bu, uzun müddət şokoladın içki kimi qalmasına mane olmadı. 1700-ci ildə ingilislər kiçik kulinariya inqilabını həyata keçirdilər və ilk dəfə olaraq şokolada süd əlavə etdilər.
Şokolad plantasiyaları bütün dünyada yayılırdı, kakao-paxlaların Avropaya idxalı böyük templərlə artırdı – astek və konkistadorların qiymətli itkisi daha asanlıqla əldə edilirdi. XVİİİ əsrin sonuna hər bir fransız şokolad fincanını dada bilərdi: təkcə Parisdə 500 qənnadı fabriki var idi. İngiltərənin şokolad evləri (Chocolate Houses) öz populyarlığı ilə çay və kofe salonlarını geridə qoymuşdu.
1819-cu ildə isveçrəli Frasua Lui Kaye ilk dəfə dünyada öz nisbi çətin ərimə xüsusiyyətinə görə məhşur olan təmiz kakao yağı əldə etmişdir. Bu, Kayeyə dünyada ilk dəfə bərk şokolad plitkası yaratmağa imkan vermişdir. Artıq 1820-ci ildə Vivi şəhərinin yaxınlığında dünyada ilk şokolad fabriki açılmışdır.
Avropanı şokolad bumu əhatə etmişdir. Fabriklər bir-birinin ardınca açılırdı. Texnologiya inkişaf edir, reseptura təkmilləşirdi. Şokolada fındıq, şəkərlənmiş meyvə, şərab, hətta pivə də əlavə etməyə başladılar.
1875-ci ildə bir isveçrəli Daniel Peter daha bir şokolad inqilabı etmişdir. O, şokolada süd tozu əlavə etmişdir.

Şokolad haqqında məlumat

Şokolad və qadınlar
Şokolad ideal qadın şirniyyatı sayılır. Qeyd etmək lazımdır ki, bu əbəs yerə deyilmir. Zəif cinsin nümayəndələrində daha çox piy hüceyrələri vardır, və bu səbəbdən onlar da öz təbiəti ilə yağlı və şirin şeylərə meyllidir. (çox hallarda özlərinə ziyan vurmaqla). Vaxtında yeyilmiş şokolad istənilən yaşlı qızı hər hansı bir məsələyə görə özündən çıxmağın qarşısını alır, ya uğursuz məhəbbət, ya sınmış ayyaqabı dabanı olsun.
Bəzi alimlərin fikrincə şokolad qadın cazibələyini artırır. Helsinki Universitetindən alıimlər aşkar etmişlər ki, hamilləlik dövründə şokoladın yeyilməsi gələcək uşağın sağlamlağına müsbət təsir göstərir.
Məlum olmuşdur ki, şirin şeyləri xoşlayanların uşaqları daha şən, fəal və zirək böyüyürlər. Onlar naməlum hallarda daha az qorxuya məruz qalırlar. Buna görə də bu, ehtimal etməyə əsas verir ki, şokolad təkcə gələcək anada deyil, hətta körpədə də stressi çıxarır. Burada ən əsası həddini aşmamaqdır.

Şokolad haqqında məlumat

Şokolad və kişilər
Yaddan çıxarmaq lazım deyil ki, şokolad ilk əvvəldən kişi məmulatıdır. Əbəs yerə deyil ki, bəzi şokolad istehsalçıları açıq-aşkar öz məhsullarını kişi auditoriyasına istiqamətləndirirlər.
Tünd şokolad dünyanın bir çox ölkələrində təyyarəçilərn, qütbçülərin və eləcədə hərbçilərin qida rasionunda ayrılmaz hissəni təşkil edir. Qidalandırıcı və kompakt şəkilli şokolad əvəzedilməz energi mənbəyidir və fövqəladə hallarda isə sadəcə olaraq əvəssizdir.
Şokolad içki şəkilində Mekada istifadə edilmiş və oradan 16 əsrdə kakao-paxlalar ispanlar tərəfindən Avropaya gətirilmişdi. Tərkibində yalnız kakao-məhsullar (kakao-paxlalar və kakao-yağlar) və şəkər olan təbii şokoladlar və tərkibində quru süd, kofe, qozlar və s. əlavələrlə olan şokoladları vardır. Şokoladın hissələrinin xırdalığından asılı olaraq şokoladı adi və desert şokoladlara ayırırlar. Həmçinin içərisi doldurulmuş şokolad məmulatları da istehsal edilir. 100 qramda şokoladın yağlığıı 35-37%, kalorisi – 2240 kc (540 kkal) təşkil edir.
Təmizləndikdən, sortlamadan və qızardılandan sonra kakao-paxlalar parçalanır və sonra maye maddə-sürtülmüş kakaoya üyüdülür. şokolad kütləsi sürtülmüş kakao, kakao-yağ, şəkər (adətən şəkər pudrası) və lazımi dad və aroma maddələrinin qarışdırılması ilə alınır. Qarışıq 20 mkm-dən böyük olmamaqla bərk hissəciklərə qədər xırdalanır. Alınmış kütlə bir daha kakao-yağ ilə qarışdırılır və 30-31C-yə soyudulandan sonra şokoladtökən avtomata adi şokolad və ya minalanmış konfet hazırlmaq üçün ötürülür. Desert şokoladın kütləsi (şokoladın aromatik və dad keyfiyyətlərini yaxşılaşdırmaq üçün ) əlavə olaraq tökülmədən qabaq 70C temperaturda ( orta hesabla 3 gün) emala məruz qalır.
Şokolad plitka, müxtəlif fiqurlar, medal, trüfel formasında və şokolad məmulatları isə batonlar və asorti konfetlər şəklində istehsal edilir. Təbii şokoladın saxlama müddəti 6 ay, əlavələri olan şokoladın saxlama müddəti isə – 3 aydır.

Şokolad haqqında məlumat

Şokolad ürəyi
Almaniyalı aşbaz Qreqor Pfaff və onun heyəti müqəddəs Valentin gününə dünyada şokoladdan və pryanik xəmirindən ən böyük ürək düzəltmişlər.
Şokolad ürəyinin çəkisi 922 kiloqramdır, hündürlüyü və eni isə 5 metrdir. Şokolad şah əsəri Banqonkun mehmanxanalarının birində yerləşdirilmişdir.

Yüksək şokolad
1991-ciilin fevralında Barselonada ən yüksək şokolad modelini hazırlayıblar. Nümunəvi şokolod əsəri 27 fut ( 8.5 m) hündürlüyə qalxır və bəzi şokolad xoşlayanlar bu eksponatı dişləməyə başlamayana qədər o, insanları sevindirirdi.

Şokolad haqqında məlumat

Şokoladın xeyri barədə
XIX əsrin fransız əzcaçısı şokolad haqqında yazırdı: «Bu, ilahi cənət içikisidir, bu, əsl panaseyadır- bütün xəstəliklərin universal dərmanıdır».

CooL_Man

Şərhlər:

  1. Нюша dedi ki:

    komp mendeeeeeeeeeeeeeeeeeee istireeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeem

  2. sabinocka dedi ki:

    gozel melumatdi tskler

  3. SEBERT dedi ki:

    holiday en coox sevdiyim seylerden biri <3

  4. CooL_Man dedi ki:

    Angel-Feride,
    demezz 🙂

  5. Angel-Feride dedi ki:

    Şokoladı coxxxxx sevirem…….Xebere gore tesekkur edirem

  6. CooL_Man dedi ki:

    Hilary Duff,
    deymez 🙂

  7. Hilary Duff dedi ki:

    Tewekkurler xeber cun…….

  8. Yasaksin_kalbime dedi ki:

    wokalad coxda xowlamiram.melumata gore tewekkurler

  9. Love Girl dedi ki:
    gece gece bu nedi bele lap wiwdimeee… offf ya tamda pehriz vaxti girl_impossible
  10. deniz15 dedi ki:

    ele yiyerdimmmmmmm lezzetle