Şəhərlər 19-cu hissə

Şəhərlər 19-cu hissə

Lissabon – Portuqaliyanın paytaxtı və ən böyük şəhəridir. Avropaın ən rəngli paytaxtlarından biri olan Lissabon Roma və İstanbul kimi yeddi təpə üzərinə qurulmuşdur. 1260-cı ildən bəri Portuqaliyanın paytaxtı olan şəhər XVI əsrda Portuqaliya İmperiyası zamanında ən ehtişamlı dövrünü yaşamışdır.

Şəhərlər 19-cu hissə

İqlim
Lissabon Avropanın ən isti paytaxtlarındandır. Bahar və yay fəsilləri ümumiyyətlə günəşlidir. Ən yüksək istilik 35º ilə 40 °C, ən aşağı istilik 15º ilə 20 °C arasındadır. Payız və qış mövsümləri ümumiyyətlə yağışlı və küləklidir ancaq günəşli günlərə də rast gəlinir. İstilik nadir olaraq 5 °Cnin altına düşür. Bu mövsümlərin orta istiliyi 10 °C ətrafındadır. Qar yağması isə Lissabonda çox nadirən baş verir. Ortalama olaraq ildə 3.300 günəşli saat və 100 yağışlı gün vardır. Lissabonun iqliminə Qolfstrim (Gulf Stream) cərəyanı çox təsir göstərir.

Şəhərlər 19-cu hissə

Əhali
Şəhərin əhalisi 564.657 ikən metropoludan bölgənin əhalisi 2. 760.723dür. Lissabon Metropoludan Bölgəsi, Böyük Lissabon və Setúbal Yarımadası altbölgəlerini ehtiva edər. Şəhər içindəki əhali sıxlığı 6.658 adam/km² dir. Lissabon Avropada ən sürətli böyüyən metropoludan sahələrdən biridir və Birləşmiş Millətlər Təşkilatı təxminlərinə görə 2050-ci ildə əhali 4,5 milyon adama çatacaq.

Şəhərlər 19-cu hissə

İdman
Lissabonda ən məşhur idman futboldur. Şəhərin başlıca klubları arasında UEFAnın 5 ulduzlu stadionlar siyahısında olan 65,000 nəfərlik Estádio də Luz (İşıq Stadionu) ilə SL Benfica klubunun adını çəkmək olar. Benfica UEFA çempionlar Liqasını iki dəfə qazanmış və yeddi dəfə finalda oynamışdır. Klubun məşhur oyunçuları arasında 1960-cı illərdə Eusebio, hal-hazırda da Rui Costa, Nuno Gomes və Simão Sabrosa sayıla bilər.
Sporting Lissabon, şəhərin digər məşhur futbol klubudur. Bu klub öz oyunlarını 52.000 nəfərlik və yenə UEFA-nın 5 ulduzlu stadionlar siyahısında olan Estádio José də Alvalade (Jpubosé də Alvalade Stadionu) stadionunda keçirir. Sporting Lissabon bir dəfə UEFA Kubok Qalibləri Kubokunu qazanmış və bir dəfə də UEFA Kubokunda final oynamışdır.
Hər il Mart ayında əhalinin kütləvi iştirak etdiyi və dünya səviyyəsindəki bu cür tədbirlərdə ən çox adamın toplandığı qaçışlardan olan Yarı Marafon təşkil edilir.
Bundan başqa, 2006-cı ildən bəri Dakar Rallisinin başlanğıcı Lissabondan götürülməkdədir.

Şəhərlər 19-cu hissə

Qardaş şəhərlər
Monreal, Kanada
Cersi, Amerika Birləşmiş Ştatları
Paris, Fransa
Budapeşt, Macarıstan
Zaqreb, Xorvatiya
Madrid, İspaniya
Nikosiya, Cənubi Kipr
Buenos-Ayres, Argentina
Makao, çin Xalq Respublikası
Afina, Yunanıstan

Şəhərlər 19-cu hissə
Şəhərlər 19-cu hissə
Şəhərlər 19-cu hissə
Şəhərlər 19-cu hissə
Şəhərlər 19-cu hissə
Şəhərlər 19-cu hissə

CooL_Man

Şərhlər:

  1. Yasaksin_kalbime dedi ki:

    BAKI butun weherlerden gozeldi.tewekkurler

  2. Hilary Duff dedi ki:

    Tewekkurler xeber cun……..

  3. CooL_Man dedi ki:

    Yasaksin_kalbime,
    o sozsuz…

    Hilary Duff,
    deymez 🙂

  4. MR... dedi ki:

    gormusem bbu sekilleri genede saq ol