Bürclər dekabr üçün nə vəd edir?

Qoç
Sizin üçün yaxşı ay olacaq, karyerada yüksəliş üçün yeni imkanlar yaranacaq. İşdə yüzfaizli uğur əldə etmək üçün ətrafdakıların məsləhətlərinə qulaq asın. Həmçinin ətrafınızda baş verənləri diqqətlə izləyin.

Buğa
Sevgi narahatlığı sizi taqətdən salacaq və ruhi sakitliyinizi pozacaq. Sevgilinizlə tez-tez mübahisəniz düşəcək, dava edəcək, küsəcək və barışacaqsınız. Davalara əsas səbəb Buğaların yersiz qısqanclığı olacaq. Onlara elə gələcək ki, sevgilisi ona qarşı soyuyub və kənar şəxslərə baxır.

Əkizlər
Sevgilinizlə münasibətdə problemlərdən uzaq olmaq üçün ona hər bir detalı izah edin, dəqiqləşdirin. Həmçinin münasibətlərinizi həmişəlik birləşdirmək, yəni nikaha girmə haqqında düşünmək vaxtıdır. Əks halda sevgiliniz ciddi fikirdə olmadığınızı və hisslərinizin həqiqi olmadığını düşünəcək.

Xərçəng
Gələcək partnyorunuzu ideal görmək istəyi yarını axtaran Xərçənglər üçün pis nəticələnə bilər. Yanınızda sizi həqiqətən sevən və tənhalığınıza son qoya biləcək, gələcəkdə sizə yaxşı ər və ya arvad olan insanın olduğunu görə bilməzsiniz. İntuisiyanız və hissetmə bacarığınız inkişaf edib.

Şir
Bu ay özünüzü tamamilə işə verəcək və yüksək nəticələr əldə edəcəksiniz. Bu da sonradan karyerada pilə-pillə irəliləməyinizə kömək olacaq. Gələcəkdə maddi durumunuz yaxşılaşacaq. Ancaq hər gün bu tempdə işləyərək yorulacaqsınız ki, bu da sağlamlığınıza və psixikanıza təsir edəcək.

Qız
Sənət aləmində olan adamlar bu aya uzun səfərlə başlayacaqlar. Sizi evdən kənarda böyük uğur gözləyir. Bu dövrdə ən yaxşı keyfiyyətlərinizi açıb göstərəcəksiniz, həmçinin yeni dostlarınız, davamçılarınız, həmfikirləriniz olacaq. Şəxsi həyatınız da sizi sevindirəcək.

Tərəzi
Bu ay uğur əldə edəcəksiniz, ancaq bir şərtlə ki, baş verən istənilən hadisəyə qeyri-standart yanaşacaq və fərqli tərzdə baxacaqsınızsa, hərəkətləriniz nə qədər orijinal və qeyri-adi olarsa, məqsədinizə bir o qədər asan çatacaqsınız. Ola bilsin həyatınızda keçmişinizdən bir insan peyda olacaq.

Əqrəb
Bu dövrdə ayağınızın altını qazanlar və uğurunuza mane olanlar çox olacaq. Ancaq sizi çətinə salmaq elə də asan deyil. Siz xoşbəxtliyiniz uğrunda elə cəsarətlə mübarizə aparacaqsınız ki, düşmənləriniz heyrətə gələcək. Bu ay rəhbər vəzifə tutacağınız istisna deyil.

Oxatan
Bu ay sevimli işinizlə məşğul olmağınız sizə nəinki çoxlu pul, həmçinin ruhu sakitlik gətirəcək. Hər yeni başlanğıc uğur gətirəcək və istədiyinizə tez nail olacaqsınız. Əgər yolunuza xırda çətinliklər çıxsa belə, bu sizi daha da ruhlandıracaq.

Oğlaq
Özünüz də bilmədən yeni gəlir yeri tapacaqsınız və borclarınızı rahatlıqla ödəyəcəksiniz. Ətrafdakı insanlarla ünsiyyətdə problem yarana bilər. Riskli kommersiya layihələrinə girişmək məsləhət deyil, belə ki, uğursuzluğa düçar ola bilərsiniz.

Dolça
Bu ay həyatınızda ciddi dəyişikliklər gözlənilmir. Rəhbərlik işinizdən razı qalacaq, odur ki, sizi yüksəliş gözləyir. Uşaqlar təhsildəki uğurları, davranışları ilə sizi sevindirəcək. Sevdiyiniz insan hər işdə sizi dəstəkləyəcək.

Balıqlar
Qarşınızda elə müxtəlif perspektivlər açılacaq ki, çaşacaq və hansının üzərində dayanmaq lazım olduğunu bilməyəcəksiniz. Əla əhvalınıza və yüksək ruh aləminizə qarşılıqlı sevgi də yaxşı təsir edəcək. Şəxsi həyatınız romantika və gələcək haqqında arzularla yadda qalacaq.

SEBERT

Şərhlər:

  1. Нюша dedi ki:

    ujassssssssssss o burgumu oxuyub bilmedim gulum yaaaaa kukku

  2. CooL_Man dedi ki:

    Şir
    Bu ay özünüzü tamamilə işə verəcək və yüksək nəticələr əldə edəcəksiniz. Bu da sonradan karyerada pilə-pillə irəliləməyinizə kömək olacaq. Gələcəkdə maddi durumunuz yaxşılaşacaq. Ancaq hər gün bu tempdə işləyərək yorulacaqsınız ki, bu da sağlamlığınıza və psixikanıza təsir edəcək.

    pis deyil :p
    tshk…

  3. important life dedi ki:

    ekizler burcuyem.sevgilim yoxdu ona göre de diyesen mene aid olmadi

  4. SEBERT dedi ki:

    cox sagolun serhlercun

  5. MR... dedi ki:

    Əkizlər
    Sevgilinizlə münasibətdə problemlərdən uzaq olmaq üçün ona hər bir detalı izah edin, dəqiqləşdirin. Həmçinin münasibətlərinizi həmişəlik birləşdirmək, yəni nikaha girmə haqqında düşünmək vaxtıdır. Əks halda sevgiliniz ciddi fikirdə olmadığınızı və hisslərinizin həqiqi olmadığını düşünəcək.
    neyse yaxwidi sa qol

  6. Slatkaya dedi ki:

    twk gorek ne ugurdu o ele

  7. Hilary Duff dedi ki:

    Tewekkurler xeber cun………

  8. Angel-Feride dedi ki:

    Oxatan
    Bu ay sevimli işinizlə məşğul olmağınız sizə nəinki çoxlu pul, həmçinin ruhu sakitlik gətirəcək. Hər yeni başlanğıc uğur gətirəcək və istədiyinizə tez nail olacaqsınız. Əgər yolunuza xırda çətinliklər çıxsa belə, bu sizi daha da ruhlandıracaq.
    xeyal

  9. Not to love you dedi ki:

    Ekizler,cox sag ol canim xebere gore

  10. BlAcKsTaRiN dedi ki:
    Şir
    Bu ay özünüzü tamamilə işə verəcək və yüksək nəticələr əldə edəcəksiniz. Bu da sonradan karyerada pilə-pillə irəliləməyinizə kömək olacaq. Gələcəkdə maddi durumunuz yaxşılaşacaq. Ancaq hər gün bu tempdə işləyərək yorulacaqsınız ki, bu da sağlamlığınıza və psixikanıza təsir edəcək.

    nese bu duz cixdiyee…

  11. Yasaksin_kalbime dedi ki:

    terezi. burclere inanmiram.tewekkurlerl

  12. mR_bAkiNec dedi ki:

    Bürclərə inanmıram.. Əməyə hörmət

  13. Sweet_Love dedi ki:

    Əkizlər
    Sevgilinizlə münasibətdə problemlərdən uzaq olmaq üçün ona hər bir detalı izah edin, dəqiqləşdirin. Həmçinin münasibətlərinizi həmişəlik birləşdirmək, yəni nikaha girmə haqqında düşünmək vaxtıdır. Əks halda sevgiliniz ciddi fikirdə olmadığınızı və hisslərinizin həqiqi olmadığını düşünəcək.

    Ilk gunnen bu sozler cixdi ((( twk

  14. Love Girl dedi ki:

    Şir
    Bu ay özünüzü tamamilə işə verəcək və yüksək nəticələr əldə edəcəksiniz. Bu da sonradan karyerada pilə-pillə irəliləməyinizə kömək olacaq. Gələcəkdə maddi durumunuz yaxşılaşacaq. Ancaq hər gün bu tempdə işləyərək yorulacaqsınız ki, bu da sağlamlığınıza və psixikanıza təsir edəcək.

    Tewekkurler Gunel Xanim))
  15. aysuncuk dedi ki:

    Xebercun tewekkur. Ama menimki duz demir 🙁 mda