Böyümüşəm mən, Ana

Bildirməz, içimə atmağı öyrənmişəm..Ağlarkən hıçqırmaz, gülərkən adi təbəssüm edən

olmuşam! Rəngli görünən hər şey sanki qaralmış birdən.Gerçəklər canımı incitmiş,

insanlara inamımı itirməyəmi başladım?!.. Ana! Birinə bağlandımmı vaz geçməz…Özləməmi

dilə gətirməz olmuşam..Və içimdən gələnləri söyləməyi belə unutmağa

başlamışam! Qorxaraq qaçmışam sənsiz yaşayacağım yalnız günlərdən, ama hələdə alışa

bilməmişəm böyüdüyümə …İtirməkdən də qorxar oldum ..Sən kimi təsəlli edən olmaz ki o

zaman və sadəcə bunu düşünərək gizlin ağlamağıda öyrəndim…Sənin yerinə nağıl danışan

qadının səsi gələr ağlıma…

Bax, kiçik qızın olaraq qalmamışam…Ölümü də anlamışam, Öyrənmişəm, Bəzən sənə ən

yaxın birinin səni yad sanmasını ..

Gedənlərin geri gəlmədiyini və bəzən ümidinin boş olduğunu bilərəkdən, xəyala dalmağı

öyrəndim, ana … Həyat öyrətmiş bunları mənə! Bir varmış , bir

yoxmuş kimi başlayan o gözəl hekayənin bir nağıl olduğunu…

Uşaqlığımı çox özlədim, heç olmazsa məndən bu qədər uzaq olmazdın .. Bunu anlamazdım!

Sənə nə qədər yazsamda deyəcəklərim sanki çox ək…

Səndən daha şəfqətli və mərhəmətlisini tapa bilməyəcəyimi bilərəkdən.. Uşaqlığımı çox

özlədim Ana.

Yağış yağır! Səsləri eşidirsən mi?..

Ən az sənin səsin qədər gözəldir..

Yuxum gəldi, bax..

Yuxuya dalsam yuxularımdan getməsin o günlər… indi

böyüdüm, öyrəndim:

Anasız bir insan qalasız qorumasızdır! Neçə yaşınızda olarsanız olun ,

Ana olmayan həyat

canlanmaz .. Bəzi günlərdə daha çox canı yanar insanın , Ana olmayınca. Bax bunları

öyrəndim, Ana..

mR_bAkiNec

Şərhlər:

  1. Yasaksin_kalbime dedi ki:

    ALLAH hec kimi anasiz heyat yawatmasin.tewekkurler

  2. Hilary Duff dedi ki:

    Gozel xeber idi Tewekkurler…….

  3. CooL_Man dedi ki:

    gezel xebere gore teshk.

  4. MR... dedi ki:

    twk xcebere gore gitara

  5. Angel-Feride dedi ki:
    Bildirməz, içimə atmağı öyrənmişəm..Ağlarkən hıçqırmaz, gülərkən adi təbəssüm edən olmuşam! Rəngli görünən hər şey sanki qaralmış birdən.Gerçəklər canımı incitmiş, insanlara inamımı itirməyəmi başladım?!.. Ana! Birinə bağlandımmı vaz geçməz…Özləməmi dilə gətirməz olmuşam..Və içimdən gələnləri söyləməyi belə unutmağa başlamışam!

    Cox gozel xeberdir,tesekkurler…….

  6. yAgmurlar dedi ki:

    cox gozel xeberdi ellerine saglik

  7. deniz15 dedi ki:

    maraqlidi beyendim ellerinize sagliq