Sevgim sən ol, Allahım

Sənsən hər vaxt yanımda olan, darda olanda ürəyimin yanğısını eşidən,
Sənsən qaranlıqlar ortasında, bütöv ay kimi ürəyimə doğan,
Sən canıma cansan, SƏN həyatıma mənasan,
Gecələri buruq-buruq tüstüləyən hıçqırıqlarımda,
Dalğalı bir dənizin ortasında, çırpınan ruhumda,
Sənsən göy üzünün rəngarəng qurşağı, hər şey SƏNSƏN.
Ey comərdlərin ən comərdi!
Rəzzaq adınla, doldurdun afaqımı, Settar adınla, örtdün ayıblarımı,
Tevvab adınla, hər dəfə qəbul etdin tövbələrimi,
Yenə gəl dedin, təkrar gəldim..
SƏNƏ gəldim ALLAHım
Vədud olan sənsən, sevən sənsən, sevilən SƏN,
Səndən başqa kimim var ki qapısına gedim…
Eşqinlə qucaqla eşqdən məhrum qalmış, naçar ürəyimi…
Baharım sən ol SEVGİLİ…
Xəzanda buraxma, yarpaqlarım tökülür…
Gülüstanım sən ol SEVGİLİ.
Ey əllərimdən tutanım, sənə qovuşmaq üçün çıxdığım bu sevdalı səfərdə, sərt yoxuşları çıxarma qarşıma,
Ey yoxsul ürəyimin Rəhməti sonsuz SEVGILI,
Məni SƏNƏ sürünərək deyil qaçaraq gətir, uzatdım əllərimi buraxma məni,
Əlim sən ol, Allahım, qolum, qanadım, dilim damağım, tək etibarım dayağım ol
Gəldim qapına, SEVGİNİN əsiriyəm, SEVGİM SƏN ol, ALLAHım…

Angel-Feride

Şərhlər:

  1. important life dedi ki:

    cOXx GözElL xEbErdiI Allah rAzi OlsUn.

  2. Yasaksin_kalbime dedi ki:

    eladi.cox beyendim.ALLAH razi olsun

  3. star girl dedi ki:

    cox gozeldi
    Allah Razi Olsun

  4. Hilary Duff dedi ki:

    Gozel xeber idi Tewekkurler Allah razi olsun……

  5. Angel-Feride dedi ki:

    Allah sizlden de razi olsun….

  6. deniz15 dedi ki:

    Gəldim qapına, SEVGİNİN əsiriyəm, SEVGİM SƏN ol, ALLAHım

    tesekkurler gozel sozlerdi elleriniz agrimasin