Sevgimi sənsiz yaşadım

Bəlkə həyatı boyunca onu kimsə sizin qədər sevməyəcək. O, bir daha əsla kimsəni tək mesajıyla xoşbəxt edə bilməyəcək. Bütün axmaqlıqlarına baxmayaraq, dözə biləcəyi bir kimsəsi olmayacaq.
Özünü pis hiss etdiyini anladığı zamanlarda kimsə onunla sizin maraqlandığınız qədər maraqlanmayacaq.
“çölə çıxma, hava soyuqdur, soyuqlayarsan” demək asandır, amma xəstə olduğunda kimsə sizdən daha çox kədərlənməyəcək bir daha. Qurduğunuz xəyalları başqalarıyla yaşaya bilməyəcək.
Film izlədiyində ağlına gələn ilk siz olacaqsınız, izləyəcəyiniz filmlər vardı çünki.
Əl-ələ gedən insanlar gördüyündə aglına gələn yenə ilk siz olacaqsınız, əl-ələ getdiyiniz yuxular vardı çünki.

Sizi düşünərək yatdığı gecələr olacaq.. Acı çəkəcək. Bəzən mesaj atmaq istəyəcək, darıxdı çünki.
Amma qüruru hər vaxt buna mane olacaq. Bir müddət sonra canı yanmayacaq, alışacaq çünki.
Amma əsla unuda bilməyəcək. İnsanları dayandıra bilməzsiniz, gedərlər. Getdiyi üçün peşman olacaq.
Sizin darıxdığınızdan daha çox darıxacaq həmişə. Və bir kişi, bir qadından daha çox sevər bəzən.
Amma kişilər bildirməzlər. Hər şeyə qalib gələ biləcək kimi görünənlər bir qadına məğlub olduğunu necə söyləyə bilər ki?

Sevgimi sənsiz yaşadım

Onlar ağrılarını içlərində yaşayarlar daim. Gedərlər çünki, düşünə bilməzlər. Nəinki qarşısındakı qadını düşünməyi, heç özlərini belə düşünə bilməzlər…
Mənə gəlincə.. çox səhv etdim. Amma heç olmasa bu etdiklərimdən dərs almağı öyrəndim. Acı çəkirəm, canım yanır. Həyatda ən çox dəyər verdiyim insanı itirdim, asan deyil. üstəlik dönməyəcək.
Və dönməyəcək birini gözləmək çox çətindir. Lakin indi gedib başqalarında onu axtarmaq kimi bir axmaqlıq etmərəm. 3-5 şəkilini silmək də onu mənə unutdurmaz. Unutmağa da çalışmıram.
Əgər istəsəm unudaram onsuz da. Mən onu hər vaxt ilk günkü kimi sevməyi seçdim çünki…
Bəli, kimsə onun kimi olmayacaq. Tək mesajıyla xoşbəxt olacağınız biri daha olmayacaq həyatınızda.
Kimsəni onun qədər sevə bilməyəcəksiniz. Telefonunuza davamlı həyəcanla baxmayacaqsınız.
Unuda bilməyəcəksiniz. Ən əhəmiyyətlisi də çox darıxacaqsınız. O qədər çox darıxacaqsınız ki, “Darıxmaqmı, ölməkmi?” desələr, ölməyi seçəcəksiniz.
Acı çəkəcəksiniz. çox şey itirdiyinizi düşünürsünüz, amma yanılırsınız.

Angel-Feride

Şərhlər:

  1. Нюша dedi ki:

    Kimsəni onun qədər sevə bilməyəcəksiniz. Telefonunuza davamlı həyəcanla baxmayacaqsınız.
    Unuda bilməyəcəksiniz. Ən əhəmiyyətlisi də çox darıxacaqsınız. O qədər çox darıxacaqsınız ki, "Darıxmaqmı, ölməkmi?" desələr, ölməyi seçəcəksiniz.
    dx

  2. mR_bAkiNec dedi ki:

    Çox sağol bu parçanı türkcə bir videoda izləmişdim o zamandan təsirini göstərmişdi..
    Çox sağol əladı həmişə ki,kimi Fəridə xanım 🙂

  3. Lucky Girl dedi ki:

    Insani sevgi yox…oyrewmek, baglanmaq oldurur….bunlardan pis hec ne yoxdu…

  4. Yasaksin_kalbime dedi ki:

    ela idi.tewekkurler.cox beyendim.

  5. Hilary Duff dedi ki:

    Super Tewekkurler xeber cun……

  6. Slatkaya dedi ki:

    elaaaaaaaaaaaa cox sag ol

  7. Sweet_Love dedi ki:

    Kimsəni onun qədər sevə bilməyəcəksiniz. Telefonunuza davamlı həyəcanla baxmayacaqsınız.
    Unuda bilməyəcəksiniz. Ən əhəmiyyətlisi də çox darıxacaqsınız. O qədər çox darıxacaqsınız ki, "Darıxmaqmı, ölməkmi?" desələr, ölməyi seçəcəksiniz.

    Zaten oyle cry Xebere gore twk

  8. MR... dedi ki:

    ela and super.. twk

  9. Not to love you dedi ki:

    Sperdi coooooooooooox sag ol canim

  10. CooL_Man dedi ki:
    gozel xeberdir
    thanks…
  11. sabinocka dedi ki:

    tesekkur cox beyendim