Allah sevgisi və Allah qorxusu bir yerdə olmalıdır

Bə­zi in­san­lar din əx­la­qı­nı ya­şa­maq və Al­la­hın ra­zı ola­ca­ğı bir in­san ol­maq üçün yal­nız Al­lah sev­gi­si­nin ki­fa­yət et­di­yi­ni zənn edir­lər. An­caq Al­lah Qu­ran­da ra­zı ol­du­ğu təq­va sa­hib­lə­ri­nin Al­la­hı çox sev­mə­lə­ri ilə bə­ra­bər, On­dan güc­lə­ri ça­ta­caq qə­dər qor­xub çə­kin­dik­lə­ri­ni bil­di­rir. Al­la­hı bü­tün si­fət­lə­ri ilə ta­nı­yan, Onun bö­yük­lü­yü­nü la­zı­mın­ca də­yər­lən­di­rə bi­lən, ağıl və vic­dan sa­hi­bi olan hər in­san Al­lah­dan gü­cü yet­di­yi qə­dər qor­xub çə­ki­nir. Al­lah On­dan qor­xub çə­ki­nən bən­də­lə­ri­nə doğ­ru ilə yan­lı­şı bir-bi­rin­dən ayırd edə bil­mə qa­bi­liy­yə­ti ve­rir; Al­la­hın hökm­lə­ri­nə qü­sur­suz ta­be ol­ma­sı, dai­ma vic­da­nı­na gö­rə hə­rə­kət et­mə­si üçün ona güc qa­zan­dı­rır. Al­lah iman gə­ti­rən­lər üzə­rin­də­ki bir ne­mə­ti­ni Qu­ran­da be­lə bil­di­rir:

«Ey iman gə­ti­rən­lər! Əgər Al­lah­dan qorx­sa­nız, O, si­zə haq­la-na­haq­qı ayırd edən ve­rər, gü­nah­la­rı­nı­zın üs­tü­nü ör­tüb si­zi ba­ğış­la­yar. Al­lah bö­yük lütf sa­hi­bi­dir!». («Ən­fal» su­rə­si, 29)

Mə­sə­lən, Al­lah­dan qor­xub çə­ki­nən bir adam heç vaxt ya­lan söy­lə­məz. Mə­na­fe­lə­ri­nə zidd ol­sa da, əks hal­da Al­la­hın ri­za­sı­nı qa­za­na bil­mə­mək­dən və Al­la­hın ona ve­rə­cə­yi əvəz­dən qor­xub çə­ki­nir və düz­gün dav­ra­nır. Bir an­lıq qəf­lət nə­ti­cə­sin­də səhv bir şey söy­lə­sə be­lə, dər­hal gü­na­hı­na gö­rə Al­la­ha töv­bə edər və xə­ta­sı­nı dü­zəl­dər. Bu­nun ki­mi, bir in­sa­nın bö­yük eh­ti­yac için­də olmasına baxmayaraq, ha­ram yol­lar­la pul qa­zan­ma­ğa heç vaxt düş­mə­mə­si də ye­nə onun Al­lah qor­xu­sun­dan­dır.

Al­lah qor­xu­su ol­ma­yan hər in­sa­nın özü­nə gö­rə bir həddi var­dır; o həddə qə­dər dü­rüst və doğ­ru ol­sa be­lə, mü­əy­yən bir vaxt­dan son­ra nəf­si­nə gö­rə hə­rə­kət edir. Al­lah­dan qor­xub çə­ki­nən bir in­san isə nə qə­dər çə­tin və­ziy­yət­də olur­sa-ol­sun, heç bir za­man Al­la­hın ra­zı ol­ma­ya­ca­ğı bir yo­lu seç­məz. Bir çə­tin­lik­lə qar­şı­la­şar­kən

Al­la­ha ar­xa­la­nıb Ona gü­və­nər, çı­xış yo­lu gös­tər­mə­si üçün Rəb­bi­mi­zə dua və tə­vək­kül edər.

Al­lah bən­də­lə­ri­ni se­vən, on­lar üçün gö­zəl­lik di­lə­yən, on­la­rı ba­ğış­la­yan, mər­hə­mət edən, on­la­ra yar­dım edən və əvəz­siz ola­raq lütf edən­dir. Müş­rik­lər və in­kar edən­lər isə Al­la­hın rəh­mə­tin­dən uzaq­dır­lar. Son­suz əda­lət sa­hi­bi olan Rəb­bi­miz Ona sə­mi­mi bir ürək­lə iman gə­ti­rən sa­leh bən­də­lə­ri­ni dün­ya­da və axi­rət­də rəh­mə­ti ilə mü­ka­fat­lan­dı­ra­caq, in­kar edən­lə­ri isə cə­hən­nəm əza­bı ilə cə­za­lan­dı­ra­caq­dır.

Rəb­bi­mi­zin son­suz gü­cü­nü və axi­rət­də­ki son­suz əza­bı la­zı­mın­ca dərk edə bi­lən bir in­san hə­ya­tı­nın hər anın­da, et­di­yi hər iş­də Al­lah­dan daxilən tit­rə­yə­rək qor­xar. Bu qor­xu­su­na gö­rə Rəb­bi­mi­zin ra­zı ol­ma­ya­ca­ğı bir hə­rə­kəti et­mək­dən qə­tiy­yət­lə çə­ki­nər. An­caq bir yan­dan da, Al­la­ha sə­mi­mi bir sev­gi və sə­da­qət­lə bağ­lan­dı­ğı­na gö­rə, Al­la­hın onun xə­ta­la­rı­nı ba­ğış­la­yıb töv­bə­lə­ri­ni qə­bul edə­cə­yi­ni, Al­la­hın ri­za­sı­nı qa­zan­maq üçün cid­d-cəhd gös­tər­di­yi­nə gö­rə onu cən­nət­lə mü­ka­fat­lan­dı­ra­ca­ğı­nı umar. Qu­ran­da iman gə­ti­rən­lə­rin bu əx­la­qı be­lə bil­di­ri­lir:

«Rəb­bin­dən gör­mə­dik­lə­ri hal­da qor­xan­la­rı isə ba­ğış­lan­ma və bö­yük bir mü­ka­fat göz­lə­yir!» .(«Mülk» su­rə­si, 12)
«Ey iman gə­ti­rən­lər! Al­lah­dan la­zı­mın­ca qor­xun. Yal­nız mü­səl­man ol­du­ğu­nuz hal­da ölün!».(«Ali-İm­ran» su­rə­si, 102)
Al­la­hı hə­qi­qə­tən se­vən hər mö­min Al­la­hın əza­bın­dan, Al­la­hın ra­zı­lı­ğı­nı və sev­gi­si­ni itir­mək­dən çox qor­xar və bu­na gö­rə hə­ya­tı bo­yu çox cid­di və sə­mi­miy­yət­lə ça­lı­şar. Al­lah Qu­ran­da bu əx­la­qı ya­şa­yan mö­min­lə­ri be­lə müj­də­lə­yir:

«Mö­min olub axi­rə­ti is­tə­yən və onun uğ­run­da ça­lı­şan­la­rın zəh­mə­ti qə­bul olu­nar» . («İs­ra» su­rə­si, 19)

islami-nur

Şərhlər:

  1. SEBERT dedi ki:

    ALLAH razi olsunn

  2. important life dedi ki:

    cox tewekur

  3. Hilary Duff dedi ki:

    Tewekkurler Allah razi olsun…….

  4. Yasaksin_kalbime dedi ki:

    ALLAH razi olsun

  5. fidan75 dedi ki:

    ALLAH RAZİ OLSUN

  6. Not to love you dedi ki:

    Allah razi olsun ellerine saglik

  7. xatun dedi ki:

    Cox sag olun…Allah razi olsun inwaAllah…Eslinde Allah qorxusu deyende,Allahin sevgisini itirib qezebini qazanmaqdan qorxmaq lazimdir…Allah bizleri Onun sevgisini qazananlardan,Ona layiqince teslim olanlardan ve dostlarindan qerar versin inwaAllah. yes

  8. deniz15 dedi ki:

    ALLAH razi olsun cox sagolun