Bir mən varam, bir də dəniz

Nə üçünsə dəniz həmişə sevənlərin həmdəmi olub…
Bir vaxtlar mən də dənizi çox sevərdim, eynən O`nu sevdiyim kimi.
Amma indi dənizə nifrət edirəm, dənizə yaxın yaşamağıma,
dənizin havasına öyrəşməyimə baxmayaraq…
O`nun da gözləri mavi idi, dənizin rəngi kimi.
O`na “dənizim” deyirdim və hərdən mənə elə gəlirdi ki, dəniz rəngini
O`nun gözlərindən borc alıb. Həmişə dəniz qırağına bir yerdə gedərdik.
Saatlarla dənizə baxardıq… Mən təzə yazdığım şeirlərimi deyərdim,
o isə heyran-heyran mənə qulaq asardı… şeirlərim o dəmdə
mənim özümə də qeyri-adi görünərdi. Bəlkə O`na həsr
elədiyim üçün, ya da dənizin zümzüməsinin müşayiətində dediyim üçün?!..
Həyatda heç nə əbədi deyilmiş…
Dəniz dəniz gözlü “dənizim”i mənə qısqandı, O`nu məndən aldı…
O`nu itirəndən sonra dəniz qırağına cəmi bir dəfə getdim, bir
dəstə çobanyastığını dənizə səpməyə…
çobanyastığı O`nun ən çox sevdiyi gül idi…
Dəniz üçün yazdığım şeirlərimi cırmaq, yandırmaq, külünü göyə
sovurmaq istədim. Amma bacarmadım. çünki, dənizdən bəhs etdiyim,
dənizi təsvir etdiyim şeirlərin hamısını O`na həsr eləmişdim.
Axı mən dənizlə dəniz gözlü “dənizim”i bir-birindən ayırmırdım…
Indisə O yoxdur. Bir mən varam, bir də dəniz…

MR...

Şərhlər:

  1. =ReiNKaRNaSiYa= dedi ki:

    Deniz menim derd ortagim, sadiq dostumdu….ellerine saglik..elaa…

  2. mR_bAkiNec dedi ki:

    Mən dənizi çox sevirəm..
    Hər gecə dəniz qırağına getmək adət eləmişəm…
    Ona görə yox sadəcə onsuzluğa görə..
    Təşəkkür xəbərə görə

  3. gizem dedi ki:

    Supa. Twk.deniz.ucun.olurem

  4. Yasaksin_kalbime dedi ki:

    superdi.ellerine sagliq

  5. Love Girl dedi ki:

    ellerine sagliq

  6. Angel-Feride dedi ki:
    Denizi, coxxxxxxxxxxx seviremmmm,Denizin sahilinde gezende ,denize baxanda ve sakitce lepelerin sesini dinledikde insani ruhen sakitlesdirir) xeyal …..Xebere gore tesekkur edirem,cox gozel xeberdir…..
  7. DaRk_AnGeL dedi ki:

    Beyendim tewekkurler..