Dini hekayə

Bir gənc Kəbədə həmişə belə dua edirdi: Ey doğru olanların yardımçısı olan Allahım, ey haramdan çəkinənlərin yardımçısı olan Allahım, ey əmanəti öz sahibinə qaytaran Allahım, sənə həmd olsun!. Bu vəziyyət oradakıların diqqətini cəlb etdi və gəncdən bunun səbəbini soruşdular: Nəyə görə həmişə eyni duanı edirsən? Məgər başqa dua bilmirsən?.

7-8 il əvvəl Kəbədə qızılla dolu bir torba tapdım. Torbada 1000 qızıl var idi. İçimdən bir səs: Bu qızıllara sənin çox ehtiyacın var deyirdi. Sonra düşündüm ki: Olmaz, sənin olmayan haram mal ilə xoşbəxt ola bilməzsən. Bu, günahdır. Elə bu vaxt bir kişinin torbanı axtardığını gördüm. Mən torbanı yiyəsinə qaytardım. Qızıllarını tapan şəxs çox sevindi və mənə 30 qızıl hədiyyə etdi. ürəyimdə Allaha dua edə-edə bazara yollandım. Bazarda nurani bir gənc əsirin satıldığını gördükdə qiyməti ilə maraqlandım. Əsir 30 qızıla satılırdı. O gənci alıb evimə gətirdim. çox ədəbli və çalışqan gənc idi, bütün işlərimdə mənə kömək edirdi.

Bir gün gənc dedi: Mən Fas əmirinin oğluyam. Atamın adamları məni sizdən almağa gələcəklər. Siz çox yaxşı və təmizürəkli insansınız. Məni 30 min qızıla satarsınız. Həqiqətən də, bir neçə gün sonra əmirin adamları gəlib oğlanı məndən 30 min qızıla aldılar. Mən həmin pula iş yeri açdım və xeyli qazanc əldə edərək varlandım. Bir gün qohumlarım evlənmək üçün məni bir qızla tanış etdilər. Varlı ailədən olan qızın atası yenicə vəfat etmişdi. Nikahdan sonra qızın cehizlərini gətirərkən əşyaların içində bir torba gözümə sataşdı. Qızdan torba barədə soruşduqda qız belə cavab verdi: Bu torbanın içində 970 qızıl var. Atam bir neçə il əvvəl torbanı Kəbədə itirmişdi. Onu tapan gənc haramdan çəkinərək torbanı atama qaytarmışdı. Atam etdiyi yaxşılığın əvəzində 30 qızılı ona hədiyyə etdi, yerdə qalanını isə cehiz olaraq mənə verdi.

Qızın sözlərini eşitdikdə səcdəyə getdim, Allaha şükür edərək: Deməli, tapdığım bu qızıllar mənim ruzim idi, sadəcə, Allah-Təala onu mənə halal yolla vermək istəmişdi. O vaxtdan hər zaman Allaha həmd edirəm və Kəbədə eşitdiyiniz bu duanı edirəm.

Deyerli fikirleriniz….

star girl

Şərhlər:

  1. sirli-melek dedi ki:

    Allah Razi Olsun

  2. Umidlerin izi ile dedi ki:

    Sadece superrr bawqa soz tapa bilmirem coooox elaa hekayedi ALLAH razi olsun..

  3. Pestimist... dedi ki:

    ela hekayedir tesekkurler..

  4. _SAFURA_ dedi ki:

    heqiqeten cox maraqlidi

  5. star girl dedi ki:

    sabinocka,
    ANGEL16,
    coxsaqolun reylerinize gore

  6. ANGEL16 dedi ki:

    allah razi olsun cox gozel hekayedi

  7. sabinocka dedi ki:

    Allah razi olsun maraqli idi

  8. star girl dedi ki:

    sirli-melek
    ,mR_bAkiNec,
    ALLAH HAMIMIZDAN RAZI OLSUN

  9. mR_bAkiNec dedi ki:

    Allah razı olsun….
    …. Ürəyinə sağlık..

  10. important life dedi ki:

    ne gözel cox ela hekayedi twk

  11. star girl dedi ki:

    Yasaksin_kalbime,
    deymez beyendiyine sevindim

  12. Yasaksin_kalbime dedi ki:

    ela hekayedi.mence hami haramdan qacmalidi.tewekkurler

  13. star girl dedi ki:

    MR…,
    ALLAH HAMIMIZDAN RAZI OLSUN

  14. MR... dedi ki:

    Allah Razi Olsun.

  15. star girl dedi ki:

    important life,
    Angel-Feride,
    YUQAN,
    Nezrin,
    siz de coxsaqolun reylerinize gore
    ALLAH HAMIMIZDAN RAZI OLSUN

  16. YUQAN dedi ki:

    ela hekayedi ….oxumuwdum bunu ve bir nece defede bele hadisenin wahidi olmuwam

  17. Angel-Feride dedi ki:

    Ay ne gozel hekayedir,coxx beyendim…. Heqiqeten de senin olmayan haram mal ile hec vaxt xosbext olmaq olmaz, belke o tapdigin malin sahibine senden cox ehtiyaci var,amma cox tessuff ki ,bezi insanlar bele etmir,hetta kimin mali oldugunu bildiyi halda qaytarmir((( menimde basima bele bir sey gelseydi ,sozsuz ki ,hekayede oldugu kimi ederdim ve Allah her seyi gorur,senin ne etdiyini ,ne fikirlesdiyini her seyi gorur ..Burada deyibler ee, Allah sene ureyince versin, kimisi ucun bu bedduadir ,kimisicun ise yox) ……Allah razi olsun senden canim, Xeberi cox beyendim xeyal