Kişilərin düşüncələrini oxuyun

Heç bir kişinin əslində ağlından nələr keçirdiyini maraqlandınızmı və soruşmağa qorxdunuzmu? Tək deyilsiniz.
Sizin üçün ən çox maraq doğuran beş sualı tapdıq. Baxaq kişi perspektiviylə verilən cavablar təxmin etdiyiniz kimidirmi?

1. Kişilərin hamısı eyni cinsi fantaziyalarımı qurar?
Və bunlar nələrdir?

Kişilərin fantaziyaları böyük ehtimalla düşündüyünüzdən daha kişicədir.
Kişi cinsi fantaziyalarında möhkəm bir düstur var: atəşli və çılğın bir cinsiliyi olmaması lazım olan insanlarla yaşamaq.
Bu siyahının içərisinə platonik dostlar,sevgililər, dostların yaxın dostları və ya yataqda yaxşı olan köhnə sevgililər girə bilir.

2. Kişilər partnyorlarının özlərindən çox pul qazanmasını istəyərlərmi?

Bəli. Bunu gizlətməyə çalışsalar və ya əhəmiyyətsiz olduğunu söyləsələr belə əslində bir qadının daha çox pul qazanması onların şəxsiyyətlərinə vurulmuş bir zərbə kimi hiss edərlər.
Bunun yanında bütün evin dolanışığını təmin etmək də xoşlarına gəlmir.
Bir başqasının maliyyə büdcəsindən aslı olmaq onlar üçün böyük bir təzyiq halına gəlir.

3. Partnyorumun məni aldatdığını necə anlaya bilərəm?

Buradakı ən əhəmiyyətli nöqtə güvəndir. Unutmayın ki, partnyorunuza bu mövzuyla əlaqədar hər hansı bir sual soruşduğunuz zaman onun bağlılığını soruşursunuz. Və heç bir zaman konkret bir sübut olana qədər partnyorunuzun sizi aldattığına əmin ola bilməzsiniz.
Yaxşı, bəs şübhələnirsinizsə, lakin isbat edə bilmirsinizsə, onda necə?

Sizə, klas aldatma siqnallarını sıralaya bilərik:

İşi olduğu üçün evə gec gələcəyini söyləyir, lakin zəng edib onu ofisdə tapa bilməzsiniz, cinsəllik yaşamaq və ya yaxınlaşmaq istəməz, davamlı sevgilisi və ya bir iş yoldaşından bəhs edər, sizinlə olmadığı zamanlarda harada olduğu mövzusunda çox reaksiyalı davranar…
Lakin yenə də bunların heç birisi sədaqətsizliyin göstəricisi deyil. Partnyorunuzu günahlandırmadan əvvəl ümumi olaraq əlaqənizdəki güvən məsələsini sorğulayın.
Gerçək və etibarlı bir əlaqəyə başlamadan əvvəl hislərinizin və birlikdə necə davam edəcəyinizin fərqinə varın.
Bu asan deyil, amma edilməsi mümkündür.

Güvən heç bir zaman qəti bir şey deyil. Bizi həssas buraxdığı üçün çox qiymətlidir.
Bunun yanında güvən dəstəyi həyatdakı ən zəngin xəzinədir.
Ona görə duyğularımız haqqında dürüst olma riskinə dəyər, nə qədər acı verəcəyi əhəmiyyətli deyil.
Uğurlar!

4. Kişilər ilk görüşdə cinsi birlikdəlik yaşayan qadınlar haqqında gerçəkdə nə düşünür?

Gerçək budur ki, ucuz biri olduğunuzu düşünər. Lakin, bunun pis bir şey olduğu deyilə bilməz. Əhəmiyyətli olan sizin bir əlaqədən nə gözlədiyinizdir.
Partnyorunuzun özünün bir istisna olduğuna və qarşınıza çıxan hər kişi ilə yatağa girmədiyinizə inansa da bu davranış gələcək əlaqənizin əksəriyyətlə cinsilik üzərinə qurulu olacağını göstərir.
İrəlidə görüşmək üçün plan etdikdə sizi yemək masasının qarşısında deyil, üstündə xəyal edəcək.
Bunun yerinə, bir az vaxt verməli və bir-birinizi tanımaya çalışmalı və fiziki yaxınlığın zamanla meydana gəlməsini təmin etməlisiniz.
Bu mövzudakı tək istisna, əgər partnyorunuz əvvəldən yaxın dostunuzdusa, bu prosesi daha qısa tuta bilmənizin də doğru olmasıdır.

5. Niyə kişilər ayrıldıqdan sonra geri dönərlər?

Açıq danışmaq lazım olsa, kişilərin ayrıldıqdan sonra geri dönməsinin səbəbi uzun zamandır yaşamadıqları bir şeylə üz-üzə gəlmələri və bundan ötəri təlaşlanmalarıdır.
Bir kişi, ayrıldıqdan dərhal sonra sizi axtardısa bilin ki, sizə həqiqətən dəyər verirdi, səhvini başa düşdü və əlaqəni düzəltmək üçün əlindən gələni etmək istəyir.
Bundan əlavə, aylar sonra sizi axtarsa, sizin üçün həqiqətən darıxdığına və sizin nə qədər xüsusi olduğunuzu anladığına inanın.
Amma əgər sizi ayrıldıqdan iki üç həftə sonra axtarırsa, aldanmayın. Erotik ehtiyaclarını qarşılayacaq birini tapa bilmədiyi üçün sizə geri dönür.
Telefon dəftərinizdən adını silmək vaxtı gəlmişdir.


Kişilərin qadınlar haqqında bilmədikləri 10 şey:

1) Kişilər qadınların bəzən digər zamanlardan biraz daha çox maraq gözlədiklərini hiss edirlər.
2) Kişilər qadınların bəzi hallarda istədiklərini çox ağıllıca bir yolla edə bildiklərini bilməzlər.
Hər qadının istədiklərini etmək üçün bir-birindən hiyləgərcə nömrələri vardır. Kişilərin təxmin etdiyi qədər saf bir qız yoxdur.
3) Qadınlar bir sıra şeyləri inanılmaz altdan alırlar. Heç bir kişi qadının altdan aldığının fərqinə vara bilməz.
4) Ev işləriylə məşğul olmaqdan çox yorğun düşəndə ​​belə kişilər, qadınların məruz qaldıqları bu çin işgəncəsini görməməzlikdən gələrək evin vəziyyətindən şikayətlənərlər.
5) Qadınların əmri ələ keçirdiklərində nələr edə biləcəklərini və bundan necə bir dinclik hiss edəcəklərini bilməzlər.
6) Avtomobili qadınlar istifadə edərkən, kişilərin etdikləri tənqidləri qadınlar əslində eşitməzliyə vururlar.
7) Kişilər təhqir edilən qadınların nələr hiss etdiklərini əsla bilməyəcəklər. Gündəlik həyatda qadınları təhqir etməyə bir adət kimi davam edəcəklər.
8) Kişilər qadınlarla mübahisə edərkən, gülərüz və şirin dillə hər şeyi həll edə biləcəklərini heç cür fərqinə vara bilmirlər.
Pozulan əlaqələrdəki əsas problem bəlkə də gülərüz əkliyidir.
9) Kişilər futbol seyr edərkən qadınların nələr hiss etdiklərini anlaya bilməzlər. Varsa yoxsa tutduğu komandanın qalib gəlməsidir, ağıllarından keçən.
Televiziyada matç seyr edən bir kişi yanındakı qadının dəyərini çoxdan unutmuşdur.
10) Bu doqquz maddənin doqquzunun da etibarlı olduğu yerlərdə belə, kişilər əslində haqlı olduqlarını bildirərkən, yenə də qadınların hiss etdiklərini heç bir zaman bilməyəcəklər.

Gərginliyə pəhriz:

Dr. Ender Saraç gün içərisində yaşanan stressə qarşı bədəni qorumaq üçün nümunə pəhriz hazırladı.

Səhər:

Bol taxıllı nahar.
Müsli (Yulaf əzməsi, buğda, alma qurusu, fındıq, qoz, badam, kətan toxumu, qarğıdalı), ilıq süd

-Ara günlər-
Alma kompotu (Az şəkərli edilməli)

Günorta:

Bol yaşıl salat (salata reyhan, nanə əlavə edilə bilər.)
Orta böyüklükdə ağ et və ya qatıq, pendir və ya qayğanaq.

-Ara günlər-
Bir stəkan ayran.
Bir-iki saat sonra meyvə və ya kompot (çox az şəkərli)

Axşam:

Karbonhidrat (Makaron, düyü)
Sulu, yaşıl tərəvəz
Paxlalı bitkilər (Mərcimək, paxla, noxud, soya)
Yeməklərə zəncəfil əlavə edə bilər.
Axşam yeməyindən sonra təzə meyvə, üç-dörd ədəd badam, üç-dörd ədəd fındıq yemək gərəkdir.
Gün ərzində ilıq və ya isti çay içmək lazımdır.

HeYaTiM

Şərhlər:

  1. important life dedi ki:

    tewekkurler.maragliydi 🙂

  2. MURAD_X dedi ki:
    5-ci duzdu.. twk xebere gore..
  3. MR... dedi ki:

    saq ol xebere gore maraqliidi

  4. Yasaksin_kalbime dedi ki:

    xebere gore tewekkurler.

  5. mR_bAkiNec dedi ki:

    Təşəkkürlər :))

  6. sabinocka dedi ki:

    tesekurler cox maraqli idi

  7. polo dedi ki:

    menlik deyil ..prosda emeye hormat oxudum..

  8. Umidlerin izi ile dedi ki:

    maraqli xeberdir tewekkurler 🙂

  9. deniz15 dedi ki:

    maraqlidi tesekkurler