Hisslərim
Hisslərimi ağaca vermək istəyirəm. Böyüyüb budaqlanması üçün.
Hisslərimi dənizə tökmək istəyirəm. Sular tək saflaşması üçün.
Hisslərimi bir arıya vermək istəyirəm. Ondan pətək hörməsi üçün.
Hisslərimi ən uzun yolların qatarı etmək istəyirəm. Uzaqlarda yaşasın deyə.
Hisslərimi buludlara qatmaq istəyirəm. Yağışı ilə torpağı yuması üçün.
Hisslərimi dumana vermək istəyirəm. Görünməzlikdə itsin deyə.
Hisslərimi qayalara bağlamaq istəyirəm. Bir daha geri dönməsin deyə.
Hisslərimi kağıza ağ qələmlə yazmaq istəyirəm. Heç vaxt oxunmasın deyə.
Hisslərimi günəşə bəxş etmək istəyirəm. Dünyanı isitməsi üçün.
Hisslərimi okeanlara çəkmək istəyirəm. İzləri silinsin deyə.
Hisslərimi yeni doğulmuş körpəyə vermək istəyirəm. Günahları olmasın deyə.
Hisslərimi aya vermək istəyirəm. Qaranlıq gecəni aydınlatması üçün.
Hisslərimi uçurumlara aparmaq istəyirəm. Yerə düşərək parçalanması üçün.
Hisslərimi şəlalələrə qatmaq istəyirəm. Qorxusuzca dağları aşsın deyə.
Hisslərimi oda atmaq istəyirəm. Yanaraq soyuq külə çevrilməsi üçün.
Hisslərimi göylərə uçurmaq istəyirəm. Allaha yaxın olması üçün
Yenilənib:
Elaaaa
tewekkur…
Hisslərimi dumana vermək istəyirəm.
Görünməzlikdə itsin deyə.
Elaaaaaaaa ellerine saqliq
Hisslərimi göylərə uçurmaq istəyirəm. Allaha yaxın olması üçün….
qeweeeyyyy…ellaaa super twkler
Super Tewekkurler……
Hiss eT Və SeV 😀 !
Superrr beyendim ellerin derd gormesin..)
ellerine sagliq eladi.coooox beyendim
Hisslərimi göylərə uçurmaq istəyirəm. Allaha yaxın olması üçün
super eline sagliq tewekkur