İçinə şeytan girmiş insan
… İçinə şeytan girmiş insan …
Almaniyada yerləşən balaca Klinqeberq şəhəri kütləvi dini sitayiş yerinə çevrilib. Minlərlə insan Anneliz Mişelin məzarını ziyarətə gedir. Mişel 23 yaşında faciəli ölümü ilə yadda qalıb. Onun hekayəsi haqqıda isə “Emili Rouzun altı şeytanı” adlı film də çəkilib.
Anneliz doğulandan qorxu içində yaşayan qız olub. Onun ailəsi dindar imiş. Atası keşiş olmaq istəyib, amma bu alınmayıb. Qızın üç xalası isə rahibə olublar. Mişelin ailəsinin də digər ailələr kimi öz sirri vardı.
1948-ci ildə Annelizin anası qızı Martanı dünyaya gətirir. Lakin həmin vaxt o, əri ilə rəsmi nikahda olmur. Bu o qədər biabırçı bir şey kimi qəbul edilirdi ki, toy günündə gəlin başını qara örtüklə örtür. Dörd il sonra Anneliz dünyaya gəlir. Ana qızlarına dindarlığı təlqin edir ki, işlətdiyi günahı ört-basdır etsin. 8 yaşı olanda Marta böyrəyindəki şişdən ölür. Hissiyatlı Anneliz günahların yuyulmasının vacib olduğunu daha dərindən hiss edir. Qızda əsl günah xəstəliyi yaranır. O hər addımda ətrafında yuyulması vacib olan günahlar görür. 60-cı illərdə gənclər azadlığı dadanda Anneliz daş döşəmədə yataraq vağzal binasının döşəməsində yatan narkomanların günahlarının yuyulmasına çalışırdı.
16 yaşı olanda Annelizdə güclü tutmalar başlayır. Həkimlərin yazdığı heç bir dərman ona kömək etmir. Qız daim huşsuz və depressiyada olur. Valideynləri qərar verirlər ki, məsələ Annelizin içinə girən şeytanlardır. Qız özü isə qarabasmalı dualardan şikayət edir. 1973-cü ildə Annelizdə depressiya başlayır və o, intihar haqqında düşünür. Qızın qulağına səslər gəlir. Anneliz iki dəfə yerli keşişə müraciət edir ki, onun içindəki şeytanları qovsun, lakin keşiş imtina edir. Səbəb isə o olur ki, qız heç də içinə şeytan girmişə bənzəmir. Yəni qədim dillərdə dualar kimi qeyri-adi heç bir vəziyyət olmur.
Qızın vəziyyəti hər gün pisləşir. Lakin o, gündəlik dini ayin – 600 dəfə əyilib-qalxma hərəkətini edir. Nəticədə dizləri yara olur. Sonra başqa qəribəliklər meydana çıxır. Qız stolun altına girib hürür, böcək, hətta ölü quş başı yeyir. Bir neçə il sonra artıq pis vəziyyətdə olan Anneliz keşişə yalvarır ki, ayin keçirsin. Bu dəfə də imtina edildikdən sonra qız ailə üzvlərinin üzərinə hücum edir ki, İsanın şəkillərini yığışdırsınlar. Yalnız bundan sonra keşişlər evə gəlirlər. Anneliz həkimlərin köməyindən tamamilə imtina edir. Sonralar həkimlər diaqnoz qoyurlar – müalicəsi mümkün şizofreniya. Şeytanın qovulması ayini keşiş Arnold Renz və köməkçisi Ernstom Alt tərəfindən aparılır. 9 ay ərzində keşiş həftədə bir neçə dəfə seans keçirir. Onların sözlərinə görə, qızın bədəninə İuda İskariota, Lyusifer, Kaina və Adolf Hitler şeytanları giribmiş. Ayin zamanı qızın səsi yazılıb. Lakin mütəxəssislər onu dinləyib hər hansı nəticəyə gəlməyin qeyri-mümkün olduğunu deyirlər. Anneliz özü isə seans ərzində çırpındığı üçün yatağa bağlanır.
1976-cı ildə orqanizmi zəif Anneliz pnevmaniyaya yoluxur. Özünə gəlmədən vəfat edir.
Valideynləri Annelizi Martanın yanında dəfn edirlər. Həmin qəbirstanlıq qeyri-qanuni doğulanlar və intihar edənlər üçün nəzərdə tutulubmuş. Annelizin ölümündən sonra valideynlər və keşiş cinayət işinə cəlb edilirlər. Həkimlər qızın müalicəsi mümkün xəstəliyə yoluxduğunu sadəcə valideynlərinin bu müalicəyə əngəl olduqlarını bildirirlər. Cəza isə yüngül olur. İki keşiş və valideynlər sadəcə şərti olaraq 6 ay azadlıqdan mərhum edilirlər.
Annelizin ölümündən sonra da dini şaiyələr kəsilmir. 1998-ci ildə Şərqi Almaniyadan olan rahibə Mişelin ailəsinə bildirir ki, onun gözünə xəyal görünüb. Deyir ki, Anneliz qəbirdə də rahat deyil, onun cəsədi heç çürüməyib də, çünki qara qüvvələr ondan əl çəkmir. Ailə qəbri açmağa qərar verir. Böyük izdihamın gözü önündə qəbir açılır. Ailə yalnız Mişelin skeletini görəndən sonra rahatlaşır.
Mişelin anası bu gün də yaşayır. Onun 80 yaşı var. Qadının əri ölüb, digər üç qızı onu tərk edib. O hələ də yaşadıqlarından sonra özünə gələ bilmir. Pəncərəsindən isə iki qızının qəbri görünür.
Yenilənib:
aydaaa dewhet bu ne idi cox pis oldum
tesekkurler xebere gore
Qizada allah rehmet etsin///bizden iraq olsun/
sorry oxumadim… bele weyler menlik deyil :\\
eziyyete gore tewekkurler…
bir daha zur isteyirem…
Amin
Allah heckese yawatmasin dehset qorxdum
bunun icine 3 harifli bi shey girmish ))) tewekurler xbere gre
menlik deyil oxuya bilmerem yenede twk
Tewekkurler xeber cun……..
xeber maraqli idi….ewi mene deyen lazimki, cox vacib idi gee gece bunu oxuduun??)) neyse Allah gostermesin hec kime..amin…
Ay aman dehwetdi eee
cox sag ol maraqlidi..
Allah hamimizin komeyi olsun!
BU eslinde serf sohbetdir insanin bedenineweytan girmir cinlere gire bilir..cinler ise iki cur olur . yaxsi ve pis .. gorunduyu kimi bu qizin bedenine pis cin girib ve ona eziyyet verib.. cinler insanin bedenine muxtelif yollarla daxil ola bilirler cox vaxt ele olurki insanlara vergi ile aldadirlar..yuxuda onlara vergi verilecek deye teklif gonderiller.. ve hetda qebul etmeyende el cekmirler bir nece ay ve ya bir nece il bu devam ede biler.. insanin gozune bel egorune biler bu zaman ise insan digerleri terefden deli kimi qebul edilir.. bu cox qorxulu bir haldir.. bir sozle allah gostermesin
werhlere baxandan sonra vidioya baxmaq iatemirem.cox qorxdum.melumata gore tewekkurler
Offf Allah uzaq elesin
Ay Allah qorxdum eee , video axira qeder baxa bilmedim,dehsetdir ((( , dogrudan insanin bedenine seytan girir? ((…….Allah qizi rehmet elesin,cox pis oldum(
qorxuncdu,ALLAH hec kese vermesin amin,tewekkur xebere gore
deyilene gore bu yaxinlarda yevlaxdada bir qizin bedenine weytan girib ..imkan varsa o haqdada nese yazardiz …xebere gore twkler
gece gece baxdim pis oldum ee(((Allah hec kese yawatmasin((Allah rehmet lelesin
amma teweekkur cox maraqli idi axira qeder oxudum)
aydaa gerek oxumayaydim.dehwetdi. Allah hec kese yawatmasin 🙁