İslamda dikdaban ayaqqabı geyinmək günahdır?

Sual:Quranın Nur surəsinin 31-ci ayəsində deyilir: “Gizlətdikəri zinətlərinin bilinməyi üçün ayaqlarını yerə vurmasınlar”. Buna əsasən hal-hazırda dikdaban ayaqqabı geyinən və tak-tuk səsi çıxarda-çıxarda yeriyən qadınları necə qiymətləndirmək olar?

Cavab: Burada əsas məsələ bu deyil. çünki dikdaban ayaqqabı geyinən təkcə qadınlar deyil. Artıq bəzi kişilər də belə geyinirlər. Bəzi adamlar deyirlər ki, Muhəmməd peyğəmbərin (s. a. v.) dövründə bəzi qadınlar ayaqlarına xalxal geyinirdilər ki, səs çıxartsın və öz varlıqlarını uzaqdan kişilərə hiss etdirsinlər. Əslində isə məsələ xalxal məsələsi deyil.

Bu məsələ yeriyiş tərzi ilə əlaqədardır. Burada söhbət kişilərin şəhvani hislərini oyandıran, onları iştahlandıran yeriyişdən gedir. Təəssüf ki, bəzi qadınlar diqqəti cəlb etmək və öz bədənlərini nümayiş etdirmək üçün bu cür yeriyirlər.

Allah Quranın İsra surəsinin 37-ci və Loğman surəsinin 18-ci ayələrində belə buyurur:
“Yer üzündə elə ərköyün-ərköyün yerimə!”.

Allahın bəndələri yeridikləri vaxt özlərini əziyyətə salmaz, nazlanmaz, başqalarına nəyi isə nümayiş etdirməz, əzilib büzülməz və lovğalanmazlar. Müsəlman kişi və qadınlar yeridikləri vaxt normal yeriməlidirlər.

Pestimist...

Şərhlər:

  1. important life dedi ki:

    Təəssüf ki, bəzi qadınlar diqqəti cəlb etmək və öz bədənlərini nümayiş etdirmək üçün bu cür yeriyirlər.
    teesuf twk

  2. Yasaksin_kalbime dedi ki:

    xebere gore tewekkurler.teesufki bele qadinlar var.

  3. DaRk_AnGeL dedi ki:

    Təəssüf ki elə qadınlar var…ALLAH RAZI OLSUN xəbərə görə

  4. Umidlerin izi ile dedi ki:

    ele insanlar coxdu.. ALLAH razi olsun coox maraqli xeberdir ellerine sagliq..

  5. Pestimist... dedi ki:

    tesekkurler. minnetdaram reyleriniz ucun

  6. polo dedi ki:

    hmm bilirdim olmaz amma bu dercede de melumatim yox idi Allah razi olsun

  7. ASI dedi ki:

    Gundelik ise hec uygun gelmir.bunun ucun geyinmeyi xoslamiram