İlk sevgi

İlklərin sevgisi bir başqa olur… Heç zaman da unudulmur… üstündən necə hadisələr keçsə belə ilk, elə ilk olaraq da qalır…
İlk addım, dediyimiz ilk söz, məktəbə ilk dəfə getdiyimiz gün, institutda ilk günümüz… Hər biri bizim həyatımızın ən özəl anlarıdır…

Ilk sevgi

Amma bir ilk var ki, o daha başqadır bizim üçün… Bu ilk sevgidir… Birinə qarşı ilk dəfə hiss etdiyimiz bir şey. Qəribə bir həyəcan… Duyğularla, düşüncələrlə ifadə edilməyəcək qədər mükəmməl və mürəkkəb, amma yenə də gözəl bir hiss… Kimiləri üçün bu ilk elə son olaraq da qalır… Qarşılarına doğru bir insan çıxdığından sevgini başqasında axtarmağa ehtiyac da qalmır. Bu əsl xoşbəxtlikdir… Kimiləri üçünsə o, həqiqətən də bir ilk olaraq qalır. Amma yaddaşlara elə həkk olunur ki, heç vaxt xatirəndən çıxmır

Ilk sevgi

Sevgi onsuz da gözəl bir hiss, fərqli bir duyğudur. Hələ onu ilk dəfə bir ilə yaşayırsansa, necə unuda bilərsən ki??? Yalansız, saf bir sevgiylə bağlanırsan ona… Həyatda birinin sənin üçün nə qədər önəmli olduğunu başa düşürsən… çalışırsan ki, ona qarşı hisslərini ən gözəl şəkildə ifadə edəsən, sevgini ən gözəl şəkildə yaşayasan… Amma… Amma… O – Tanrının sənin üçün ilk sevgin olaraq göndərdiyi insan bütün həyatını paylaşacağın biri deyilsə, yaşanan hər şey geridə qalır… O keçirdiyin bütün hiss və həyəcanlar yerini qəribə bir hüzünə verir… Amma heç bir zaman unutmayacağın, qəlbinin bir hissəsində ömrünün sonunadək saxlayacağın qəribə bir hüzünə

Ilk sevgi

P.S: Bəs sizin necə??? Sizin də heç vaxt unutmayacağınız ilk sevginiz olubmu ve sizcə ilk sevgi unudulurmu???

MR...

Şərhlər:

  1. Yasaksin_kalbime dedi ki:

    ilk sevgilim olub.ilk kimide qalib.tewekkurler

  2. DaRk_AnGeL dedi ki:

    İlk sevgi unudulmur..Amma zaman keçdikcə unutmağa çalışmalısan başqa yolu yoxdur…Çox sağol xəbərə görə

  3. important life dedi ki:

    iLk seVginI UnuTmaq muMkuN deYiL.. twk

  4. Umidlerin izi ile dedi ki:

    men inanmiram zaman kecdikce yavaw yavaw unudulur ama bir weyle razi olaram ki bir azda olsa urekde qalir.. tewekkurler xebere gore maraqli xeberdir..

  5. Angel-Feride dedi ki:
    Yalansız, saf bir sevgiylə bağlanırsan ona… Həyatda birinin sənin üçün nə qədər önəmli olduğunu başa düşürsən… Çalışırsan ki, ona qarşı hisslərini ən gözəl şəkildə ifadə edəsən, sevgini ən gözəl şəkildə yaşayasan
  6. fidan75 dedi ki:

    mence ilk sevgiyle son sevgi bir insan olmalidir.severse ölümüne sevmeli insan.ama uşaqliqda biraz sevgiye benzer hissler yaşar hami.nebilim.maraqli mövzu.teşekkür