Ehtiyacım var sənə

Bir nağıl, hekayət, bəlkə də bir rəvayət oldu dillərdə varlığını belə bilmədiyin sevgim. Səssiz-səmirsiz gəldin kimsəsiz könlümə. Sevginin nə olduğunu bilmədən sevgi yağışına qərq etdin cansız ruhumu. Əsdikcə insan ruhunu məst edən xəfif meh kimi əsib zülmət dünyamı nura doğru apardın. İlk səni sevdi ürək. Mən sevməyi səndən öyrəndim. ”Taleyim” deyib qəlbimi və ağlımı sənlə doldurarkən sildim oradakı bütün keçmiş kədərləri. Atdım ruhumu inlətən kimsəsizlik yükünü. ”Sevirəm” deyib səni kimsəyə anlatmağa cəsarət etməsəm də hər kəs sənə olan sevgimi azacıq da olsa anladı. Amma yaşadığım bu adi həyatda dünyamı hədsiz gözəl edən varlığın nə olduğunu heç kəs bilmədi. Bu xəyalının bəxş etdiyi xoşbəxtlik duyğusu idi .O xəyal ki, sonralar qəlbim onu özünə həmdəm seçib hər an onunla söhbət edirdi. Bax beləcə xoşbəxtliyimin təməlini qoydu bu məhəbbət. Mən xoşbəxtliyin nə olduğunu səndən öyrəndim.
Elə bu xoşbəxtliyə qovuşmaq üçün hər gün sənli sabahlara oyanmaq ümidi ilə yumuram gözlərimi: bir gün həsrətdən ağlaya-ağlaya, bir gün də xəyalının bəxş etdiyi xoşbəxtlikdən gülərək. Qəribədir ki, dodaqlarıma qonan ilk gülüşün səbəbkarı sən olduğun kimi, gözlərimdən axan ilk yaşların da səbəbkarı sənsən. Mənsə düşünmədən, hiss etmədən, uzaqlardan hər gün bir az daha bağlanıram sənə. Artıq sevgin qəlbimdə elə bir yer tutub ki, o sevginin bitməsi üçün bu ürəyin dayanması gərək. Amma neyləyim ki, bu vücud bu ürəksiz yaşaya bilmədiyi kimi bu ürək də bu sevgisiz yaşaya bilmir. Artıq nə sənsizliyə, nə də sənsizliyin gətirdiyi tükənməz iztirablara dözmür ürək. Öz sevgisinin oduna hər gün bir az daha əriyib asta-asta məhv olur. Xəyalının gözləri önündə bitir zavallı bir ömür.
Mənsə bu ömrü deyil xəyalını, varlığını hiss edərək bitirmək istərdim.


Ehtiyacım var sənə

Umidlerin izi ile

Şərhlər:

  1. fidan75 dedi ki:

    səssiz sevgi..tanışdır.ama her ne olur olsun hec kese ehtiyacın olmadığın inanasan ALLAH DAN BAŞQA.MARAQLİ XEBER.TSK

  2. Yasaksin_kalbime dedi ki:

    maraqli idi.ellerine sagliq

  3. New_Moon dedi ki:

    Sevgi Menlik Deyil Amma Maraqli Idi Cox Sagol

  4. mR_bAkiNec dedi ki:

    Çox sağol xəbərə görə əladı

  5. Umidlerin izi ile dedi ki:

    Beyendiyinize sevindim bayaca

  6. deniz15 dedi ki:

    tesekkurler maraqli xeber ucun cox sagolun