Kim nə düşünür düşünsün

Yenə mən… Yenə sətirlərim… Yox bu dəfə nə dostluqdan, nə sevgidən, nə ayrılıqdan, nə qovuşmaqdan yazmıyacam. Bütün bunları bir tərəfə qoyuram… Bu həyatdan nə qazanırıq onu düşünürəm. Kimisi özünü sevgi uğrunda fəda edir, kimisi dostundan vurulan zərbənin argısını çəkir, kimisi sevgisinə qovuşmaq üçün nələrisə qurban verir, amma heç kim düşünmür sonumuz necə olacaq. Düzdü sonumuzun necə olacağını bir tək Allah bilir, amma yenə də insan olaraq düşünmək lazımdır.
Bu yaşıma qədər çox şeyə göz yumdum, keçib gedər dedim, düzələr dedim, amma nə keçib gedən oldu, nə düzələn. Nə qədər qarşımdakını fikirləşdimsə, nə qədər qarşımdakının yaxşılığını düşündümsə, özüm bir o qədər diqqətdən kənarda qaldım. Halbuki hər kəsin dərdinə şərik olmağa çalışdım, eybi yox özümün ürəyim qırılsa da qoy qarşımdakının qəlbi qırılmasın dedim. Şikayət etmirəm, eybi yox qoy belə olsun. Onsuz da hər bir insan özünün necə olduğunu göstərir. Nə qədər incisəm də, qırılsam da özümü dəyişə bilmərəm. Mən də belə yaradıldım. Bəzən eləmədiklərim yandırır məni. Bilmirəm bu bir peşmançılıqdırmı, yoxsa həqiqətəndə etməməli olduğumda haqlıyam. Hər zaman elə bildim nəyi necə görürəmsə elədə qalacaq amma zaman hər şeyin dəyişdiyini zaman-zaman insana göstərir. Bu qaçılmazdır. Bəzən nifrət edirəm həyata, bəzən də şirin gəlir. Amma həyat hər necə olsa da insan bu həyatdan keçə bilmir. Bəzən hər şeydən uzaqlaşmaqda görürəm əlacı, çıxıb getmək ən yaxşısıdır deyirəm amma getdiyim yer bundan fərqlimi olacaq? Bax bu suala çaşıb qalıram…
Bəlkə də çoxları məni qınıyacaq, bəlkə də çoxları mənə haqq qazandıracaq bilmirəm, amma kim nə deyir desin, kim nə düşünür düşünsün. Mən belə yaradıldım və belə olmağımla da fəxr edirəm

MR...

Şərhlər:

  1. Love Girl dedi ki:

    Mən belə yaradıldım və belə olmağımla da fəxr edirəm

    SUPER COOOX BEYENDIM

  2. important life dedi ki:

    hEqiQetEnDe hEyat QerIbedIr twk

  3. mR_bAkiNec dedi ki:

    əladı çox sağol xəbərə görə qaqaş

  4. fidan75 dedi ki:

    halbuki herkesin derdine şerik olmaga calışdım eybi yox öz üreyim qırılsa da qoy qarşıdakının qəlbi qırılmasın dedim.
    mende bele oldum ne qeder deyişmeye sadelövhluyu atmagı sınadımsa alınmadı deyişə bilmədim ama hərşeyə baxmayaraq bu halımdan razıyam ve bu tip insanlar hecvaxt deyişə bilmir.coooooooooooox gozel xeber.cooooox sagolun