Qorxduğum sevgi başıma gəldi
Sənsiz olmaz… Bilirdim, birgün yenidən çıxıb gedəcəyini bilirdim. Amma yenədə sənə bir şans daha vermişdim. Niyə belə etdin axı? Mən sənə nəyi verə bilmədim axı? Sevə bilmədim məgər mən səni?.. Başa düşmürəm səni.. Başa düşmürəm gedişinin səbəbini. Mənə göstərdiyin səbəbləri başa düşmürəm, daha doğrusu başa düşmək istəmirəm. Axı iki insan bir birini dəlicəsinə sevirsə necə ola bilərki ayrı qalsınlar. İnan fikirləşdikcə dəli oluram.
Başa düşmürəm həm “səni çox sevirəm” deyirsən, həm də “bağışla onsuzda biz deyə birşey olmayacaq” deyib çıxıb gedirsən. Bilirsən burda içimdən nə keçir???.. QIŞQIRMAQ… “Getmə, nə olar məni sənsiz qoyma, atma” deyə var gücümlə arxandan qışqırmaq…
Niyə başa düşmürsən axı mən sənsiz ola bilmərəm. Sənin qoxunu duymadan, sənin o gözəl gözlərini, şirin üzünü görmədən, o gobud əllərini tutmadan yaşaya bilmərəm. İstəmirəm mən belə acılar çəkmək, sənsiz yaşamaq istəmirəm. Məni sənsizliyə, sevgisizliyə məcbur etmə. Nə çətindi axı qürurunu bir yana qoyubda, “sənsiz darıxıram, səni sevirəm” demək. Sevdiyim ürəyim qayıt geri. Nəfəsimi, yaşama səbəbimi alma məndən qayıt, yalvarıram sənə. Bir şeyi heçvaxt unutma bu can sənsiz əsla yaşamaz, var olmaz…!!!
Yenilənib:
cox saq ol xebere gore oxudum
OXUDUM XEBERE GORE TWK
gozel xeberdi ama fikrim ferqlidir.KİMSEYE QAYİT DEMEYCEYSEN.ALCALARAG SEVMEKDENSE QÜRURLA NİFRET ETMEK YAXSİDİR………………
En Yaxwisi Ne Sevesen Nedeki Geri Don Demekdi////
tesekkurler cox sagolun