Məni anlaya biləcək qədər

Məni anlaya biləcək qədər tək qala bilərsənmi? Bir başına, səssiz qaranlıqda, kimsəsiz düşüncələr, soyuq kölgələrlə,kimsəyə ehtiyacın olmadan yaşaya bilərsənmi? Yalnız özünə sarılaraq, çiyinində ağlayaraq, öz mənliyində təsəllilər axtararaq?

Sən, məni anlaya biləcək qədər dəlirə bilərsənmi sevdiyim? Beyninin içindəki əsassız danışmalara dözə bilərsənmi uzun gecələr boyunca,haqlı olduqlarını qəbul edə bilərsənmi, bezmədən usanmadan müzakirə edə bilərsənmi, məcbur qaldığında sevə bilərsənmi?

Sən, sən məni anlaya biləcək biri ola bilərsənmi ? Kiçik şeylərə ağlaya biləcək qədər, yeri gəldiyində sarmaşıqların arxasında
hürən itə baş tuta biləcək qədər cəsur, cizgi filmlərinin başlarkən nə edib edib televiziyanın başına oturacaq qədər sadiq ola bilərsənmi?

Sən, məni anlaya biləcək qədər gözyaşı tökəbilərsənmi sevdiyim? Aynaya baxdığında o qıpqırmızı qabarıq gözlərlə sənə baxan insanı tanıyamayacak qədər ağlaya bilərsən? İslaq olmuş yastıqda yatacaq qədər uyuşabilərsənmi? Sən sevgilim, sən hönkürtüyə boğula bilərsənmi ağrıyla, ağrıların yaradıcısı mövqeyində olduğunu bilərək,

yaxşılaşmağı rədd edərək?

Məni anlaya biləcək bir ola bilərsənmi sən sevdiyim; ürəyin sızlarken gülümsəyə bilərsənmi, necəsən sualına həmişə “yaxşıyam”deyə cavab verə bilərsənmi, susqunluğunu səbəbsiz olduğuna qarşındakını razı edə bilərsənmi? Yaxşı saf ola bilərsənmi sevdiyim;”sevirəm”lərə həmişə inanacaq qədər, önəmsənmədiyini görə bilməyəcək qədər

kor ola bilərsənmi?

Angel-Feride

Şərhlər:

  1. Umidlerin izi ile dedi ki:

    Canim ellerine sagliq supppaaadi :))

  2. Love Girl dedi ki:

    Cox gozel yazidi ellerine sagliq

  3. fidan75 dedi ki:

    cooxgozel.cooxsagolun

  4. MR... dedi ki:

    Məni anlaya biləcək qədər tək qala bilərsənmi? Bir başına, səssiz qaranlıqda, kimsəsiz düşüncələr, soyuq kölgələrlə,kimsəyə ehtiyacın olmadan yaşaya bilərsənmi? Yalnız özünə sarılaraq, çiyinində ağlayaraq, öz mənliyində təsəllilər axtararaq?

    ela alinib twwekurller

  5. DaRk_AnGeL dedi ki:

    Qəşəng sözləri var bəyəndim çox sağol

  6. EnD_Of_TiMe dedi ki:

    Məni anlaya biləcək bir ola bilərsənmi urek