Sənə son məktubum

Bu sənə içimdən,canımdan, ürəyimdən qoparaq son məktub… Hər sətiri sən qoxacaq, sənin gözəl gözlərine baxaraq, yazacağam bu son məktubumu…
Sənə daha əvvəl dəfələrlə məktublar, şeirlər yazdım. Hər sətirində sənə olan sevdamı izah etdim. Hər sətirində səni, həmişə səni yazdım.
Bəzən bir çiçək oldun izah etdiyim, bəzən bir quş qanadında ümidlər, göz yaşı oldun bəzən də… Amma həmişə mənimlə, mənim sətirlərimdə oldun…
Niyəmi son? Əslində bu məktub bəlkə sənə sonuncu məktubumdur. Mənim üçünsə bir başlanğıc.
Acıların qucağına atacağam özümü. Tək sənin yerinə heç bir şey qoymayacağam… Tək sənin yerin boş qalacaq…
Mən məndə olduğum zamanadək… Əlinin tuttuğum o ilk anı düşünürəm indi. üzüm gülür, amma gözlərim doldu. Niyə?
Səni gördüyüm o ilk an var haa… Öncə,qəlbim titriyərdi… Nə qədər sakit görünürdüm amma…
Sən sevinc ve həyəcandan titriyərdin, o an anlamışdım SƏN MƏNİM olduğunu…
O xoşbəxt anları, dəqiqələri beləmi xatırlıyacağdıq? Hər başlanğıcın bir sonu var deyərlər…
Qovuşmaq sərxoşluğuna öyrəşmədən, ayrılığın acısı çökmüşdü ürəklərimizi…
İndi məni yola saldığın o avtobusun yanındayam… Sənin gözlərindəki o yalvarış indi mənim gözlərimdədir…
Hələ o son sarılmağımızın qoxunu duyuram bu an. Bütün həqiqətiylə…
Qollarını bədənimdə hiss edirəm. “Mələyim” deməyin hələ də qulaqlarımdadır. Sanki bir sevda nağılıydı, ayrılıqla sona çatan …
Və…
Ardından gələn əzab dolu, acı dolu dəqiqələr, saatlar… Günlər və aylar sənsiz, mənsiz.
Yalanla, dolanla bitmiş, bitirilmiş minlərlə qutulara sirr kimi bağlanmış…
Bu sənə son məktubumdur, sevdiyim… Qəlbim atdığı müddətcə gözlərim səndən başqasını görməsin…
Əllərim əllərinə həsrət qalmış… üRƏYİM BU SON SEVDAYLA SON TAPSIN… Səndən başqasını sevmək haram olsun…
Və sevgilim, səndən üç şey həmişə mənimlə qalsın… Sevdamızın nişanəsi üzük və xatirələrim… Və ürəyimi sıxıb, qovuran sevdan…
Bu sənə son məktubumdur. Yaxşı bax özünə, sevdiyim. Möhkəm geyin, soyuqlama. Yeməyinə diqqət et.
Həmişə gül… Sənə gülmək yaraşır… Güclü ol və unutma…
Səni daim sevən, arzulayan, gözləyən, səninlə yatıb səninlə qalxan hər anında səninlə yaşayan bir can var…
Mələyin var UZAQLARDA…

Love Girl

Şərhlər:

  1. important life dedi ki:

    Ardından gələn əzab dolu, acı dolu dəqiqələr, saatlar… Günlər və aylar sənsiz, mənsiz.
    :(((

  2. fidan75 dedi ki:

    acıların qucagına atacagam özümü tek senin yerin boş qalacaq………..
    cooxsagolun

  3. Yasaksin_kalbime dedi ki:

    ela yazilib ellerine sagliq.tewekkurler