Kişilər niyə xəyanət edir?

Əgər kişi bir qadını sevirsə, ona xəyanət edə bilərmi?

Sosioloqların sorğusuna əsasən, kişilərin yarısı həyat yoldaşlarına xəyanət edir. Deməli onlar öz həyat yoldaşlarını sevmirlər? Kişi xəyanətinin əsas səbəbi nədir? Nəyə görə xəyanət yalnız kişilərə icazə verilən hərəkət kimi qəbul olunur? Xəyanətkar-qadına isə cəmiyyət daha ciddi reaksiyalar verir. Sənə qarşı xəyanət olunubsa, bu heç də sizin sevgidə uğursuzluğunuz demək deyil. Əksinə, bu cür hallar qadına imkan verir ki, öz həyatına bir daha nəzər salsın və onu yaxşı tərəfə dəyişsin.

Kişi xəyanətinin bir neçə əsas səbəbi…

1. Siz sadəcə həmin kişini seçməmisiniz. Onun üçün inam, ailə həyatı, sadiqlik bir o qədər də qiymətli deyil. O yenilik və macəra axtarışındadır. Sıxıntı və sükutun baş verməməsi üçün o, sevgili axtarışında olacaq.

2. Sevgilinizlə münasibətlərdə inam yarada bilmirsiniz. Ola bilsin ki, siz çox qısqancsınız və emosiyalarınızla bacarmırsınız. Əgər onun işdən gec gəlməsi, telefonla çox danışması və ya hər hansı ötən qıza baxmasına görə daim söz-söhbət və dava yaradırsınızsa, bu, o deməkdir gec və ya tez onu itirəcəksiniz.

3. Heç də bütün kişilər kənarda seks axtarmır. Bəzi kişilər sevgilisi ilə tam fərqli xəyallar qurur. Ola bilsin ki, həyat yoldaşınız ailədə özünə lazım və vacib olan emosiyaları ala bilmir.

4. Qorxular. Daim xəyanət haqda düşünmək və qorxmaqla onu özünüzə daha asan cəlb etmiş olacaqsınız. Vəfasızlıq haqda düşünərək biz özümüzə əmr veririk və şüursuz olaraq xəyanətkar həyat yoldaşı axtarmağa başlayırıq. Və yaxud özümüzü elə aparırıq ki, bizim hələ ki, vəfalı həyat yoldaşımız xəyanətə doğru gedir.

Xəyanətin digər səbəbləri…

Ər öz xanımını nə qədər sevsə belə, zamanla qadının xarici görünüşündə və davranışındakı dəyişikliklər onun diqqətindən kənarda qalmır. Belə ki, ailə həyatı qurmuş əksər qadınlar illər keçdikcə özlərinə qulluq etməyi bir o qədər vacib hesab etmir.
Qadınlar belə hesab edirlər ki, əgər ər varsa, bununla hər şey bitdi.
O artıq heç hara getməyəcək.
Qadınlar kişi psixologiyasına məxsus bir neçə əsas məqamı bilməlidirlər. Belə ki, ən vəfalı və sevən kişi ilk olaraq gözləri ilə sevir. İşdə və gündəlik həyatda onu baxımlı qadınlar əhatə edir. Onlara diqqət yetirməmək isə kişi psixologiyasına yaddır. Tez və ya gec onlardan hər hansı birinə adi kişi marağı yaranır. Sonra isə təsadüflər baş verə bilər: iş yoldaşları ilə qonaqlıq, yaxın dost və rəfiqələrlə yığıncaq və.s. Bütün bunlar artıq cəlbedici olmayan həyat yoldaşını unutdura bilər.

Lakin heç də hər şey qadından asılı deyil. Potensial olaraq bütün kişilər uyğun zaman baş verdikdə xəyanətə meyillidir. Əgər kişi ömrünün sonuna kimi vəfalıdırsa, bu ya anormallıqdır, ya da sadəcə olaraq həmin qadının bəxti gətirib.
Kişilər – ilk olaraq bioloji, daha sonra sosialoji varlıqdırlar. Bəzən kişilər qadınları özlərinə cəlb edirlər. çünki hər bir kişi onun cəlbedici baxışlarına vurulan qadınlardan sadəcə zövq alır.

Əksər kişilər heç də qadınlardan geri qalmayaraq gözəl geyinməyi, bahalı parfümeriyadan istifadə etməyi, ümumiyyətlə hər tərəfli özünə baxmağı çox sevir. Bununla da, qadın diqqətini özlərinə cəlb edir, daha sonra imtina edə bilmirlər.
Nəyə görə cəmiyyət kişi xəyanətinə bu qədər səthi yanaşır? Qadın xəyanəti isə hər zaman qəbuledilməzdir. Burada məsələ, ictimai psixologiyadadır.

Qadın qədim zamanlardan ailənin qoruyucusudur və anadır. Buna görə də şəxsi həyatla məşğul olmağa icazə verilmirdi. Kişinin isə cəmiyyətdə tutduğu rol fərqlidir. Ona görə də bəzi hallarda qadınlar bu fikrə dözümlülük nümayiş etdirir. Həmçinin kişi və qadın psixologiyasındakı fərqlər də burada özünü göstərir. Kənarda hər hansı qanunsuz əlaqənin olması bəzən kişi üçün namus məsələsidir, desək yanılmarıq. çünki dostlar arasında bu, kişi qüruru kimi qəbul olunur. Araşdırmalar göstərir ki, kənardakı münasibətlərlə kişilər özlərinə olan güvəni bərpa etməyə çalışırlar.

Nəyə görə qadınlar bunu bağışlayır və ərləri ilə ailə həyatında yaşamağa davam edirlər? Əksər qadınlar sevgilərindən imtina edə bilmirlər və onlara layiq olmayan kişi ilə yaşamağa davam edirlər. Digərləri isə sadəcə övladlarını fikirləşir. Bir qrup qadınlar sadəcə həyatlarını qəfil dəyişiməkdən qorxurlar. Bu isə özünə güvənin olmamasından irəli gəlir.

İstənilən halda qadın vəziyyəti dəyişə bilər.
“Kişi başdırsa, qadın boyun” misalını yada salın.

Daim baxımlı olmağı, həyat yoldaşlarınızın gözündə gözəl görünməyi sadəcə həyat tərzinə çevirin. Sürprizlər hazırlayın, onun qəlbini fəth etmək üçün ağlasığmaz variantlara belə əl ata bilərsiniz. Neqativ emosiyaların həyatınızın sahibi olmağına icazə verməyin.
Əsas odur ki, daim sevimli qalın. Kişi psixologiyasında nəzərinizə çatdırdığımız faktları isə unutmayın

Bəs sizcə niyə kişilər xəyanət edir?

MR...

Şərhlər:

  1. Umidlerin izi ile dedi ki:

    Sebrim catmadi axira kimi oxumaqa emeye hormet tewekkurler..

  2. Yasaksin_kalbime dedi ki:

    kiwilerin qaninda var xeyanet etmek.niyesini men bilmirem.tewekkurler

  3. Love Girl dedi ki:
    Maraqli xeberdi….Xebere gore tewekkurler…..
  4. New_Moon dedi ki:

    Sitat: Yasaksin_kalbime
    kiwilerin qaninda var xeyanet etmek.


    Bu Sozu Butun Kiwilere Unvanlamaq Duz Deyil….Indi Qizlarin Coxusu Oglan Firladir Elinde Ele Oglanlarda Qeyretsiz olur

    Xebere Gore Sagol

  5. DaRk_AnGeL dedi ki:

    Hər kəs elədiyi işə görə bir gün cavab verəcək!!!Çox sağol xəbərə görə

  6. EnD_Of_TiMe dedi ki:

    tesekkurler xeber ucun

  7. hz_yusif dedi ki:

    xeyanet etmek duzgun hereket deyil .bunu ancaq meneviyati temiz olmyan insanlar edir

  8. SEBERT dedi ki:

    twk,bele etmek de menim fikrimce dogru deyil

  9. Hilary Duff dedi ki:

    Tewekkurler xeber cun…..

  10. CooL_Man dedi ki:

    ehh bele movzulari xoshlami… bes qadinlar niye xeyanet edir?!

    eziyyete gore teshekkur…

  11. Ninaska dedi ki:

    xeyaneet nea
    tshk xeberchun

  12. Unudulmaz_gunler dedi ki:

    axira kimi oxudum twkler…men feministem ona gorede kiwilerden zehlem gedir bu heyatda en cox istediyim wey qainlarin lider olmasidir

  13. New_Moon dedi ki:

    Sitat: Unudulmaz_gunler
    men feministem ona gorede kiwilerden zehlem gedir bu heyatda en cox istediyim wey qainlarin lider olmasidir


    happy happy happy happy happy

  14. MR... dedi ki:
    twk reylere gore
  15. deniz15 dedi ki:

    cox sagolun tesekkur edirem