Molla Nəsrəddin lətifələri

Qatır.

Molla Nəsrəddin bir gün qatıra minibmiş.

Heyvan olduqca sürətli gedirmiş.

Molla da onu tuta bilmir, dayandıra bilmirmiş.

Bunu görən bir qonşusu soruşubmuş:

-Molla, deyib, belə tələ-tələ hara nə yana?

Molla güc bəla səslənib:

-Qatır haraya gedərsə o yana…

Sipan.

Bir gün mollanın eşşəyinin bir balası olub.

Molla sipanı bazarda satmağa qərar verib.

Sipanı bazara götürərkən yoldan keçən iki şagird mollaya, “Oğlunu haraya aparırsan?” deyə soruşub.

Molla uşaqların özüylə lağ etdiyini başa düşüb və tez cavaı yapışdırıb:

“Sizin getdiyiniz məktəbə qeydini etdirəcəyəm.”

Paxlava.

Molla axşam evə doğru gedərkən paxlava sevən bir kəndçi ilə qarşılaşır.

-Molla, qısa bir zaman öncə bir adam böyük bir nimçə paxlava yeyirdi.

-Məni maraqlandırmır!

-Ama adam nimçəni sizin evdə yeyirdi.

-O zaman səni maraqlandırmır!

Beş qəpik.

Bir gün Molla yellənə-yellənə yolda gəzərkən, biri arxadan kürəyinə qüvvətli bir şillə vurub.

Molla hardasa yerə düşəcək olur.

Hiddətlə,

-Hansı cürətlə vurursan?!

Gənc adam, bir az çoxbilmiş rəftarla üzr istəyər.

Kiçik bir xəta etdiyini, Molla`nı bir dostuna bənzətdiyini deyər.

Həmdə, Molla`nın kiçik bir təpəni dağ halına gətirdiyini bildirər.

Bunun üstünə, Molla məhkəməyə getməkdə təkid edər.

Gənc adamın qəbul etməkdən başqa çarəsi yoxdur.

Qazıya gedərlər.

Qazı hər iki tərəfi də dinləyər.

Ancaq gənc adamın dostu olduğundan, onu müşkül vəziyyətdən qurtarmağın çarəsinə baxarkən, Molla`nı da yumuşaltmağa çalışar.

-Molla, hisslərini anlayıram.

Hər kəs eyni şeyləri hiss edərdi bu vəziyyətdə.

İndi nə deyirsən, bu gənc adam özünə bir şillə vursa qəbul edərsən?

Molla bununla kifayətlənməz, məhkəmə edilməsində israr edər.

Bunun üstünə qazı, gənc adama 5 qəpik cəza verər və gedibgətirməsini deyib və taxtdan enər.

Molla, gənc adamın qayıtmağını gözləyər.

Bir saat keçər, iki saat keçər ama gənc adamdan səs səda yoxdur.

Məhkəmə qapısının bağlanmasına az qalmışkən Molla qazının ən məşğul vaxtında kürəyinə güclü bir şillə vurar və deyər,

-Bağışlayın qazı bəy, daha çox gözləməyəcəyəm.

Gələrsə de ona, 5 qəpiyi sənə versin.

Cənnət.

Bir gün padşah Molla Nəsrəddin`dən soruşub:

-Molla, mən öləndə cənnətə gedəcəm yoxsa cəhənnəmə, de görüm? deyib.

Molla padşaha qorxmadan:

-Cəhənnəmə gedərsiniz padşahım, deyib.

Padşahın əsəbdən saqqalları titrəyib.

Bu vəziyyəti görən Molla:

-Əsəbləşməyin padşahım mən əslində sizə cənnətə gedərsiniz deyəcəkdim ama sizin cəlladlarıızın qılınçlarıyla ölən günahsız insanlardan cənnət dolub daşır.

Buna görə cənnətə yerləşməzsiz deyə cəhənnəmə gedərsiniz dedim, deyib.

Mollanın qaynanası.

Molla Nəsrəddinin qaynanası paltar yuyarkən çaya düşüb, sulara batıb, itib gedib.

Qəsəbə xalqı yığışıb axtarmağa çalışıblar qadını.

Molla da axtarmaqda, ama hər kəs kimi çayın axdığı tərəfə deyil də gəldiyi tərəfə doğru gedərək…

Görənlərdən biri çaşıb qalıb bu işə və səslənib Molla`ya:

-Molla sən tərs tərəfə gedirsən!

Başını adamdan tərəfə çevirən Molla bu qarşılığı verib:

-Sən mənim qaynanamı tanımazsan qardaş.

Dünyanın ən tərs qadınıydı o.

Mütləq cəsədi də tərs tərəfə getmişdir…

Qırx.

Molla Nəsrəddin`dən yaşını soruşublar:

-Qırx, tam qırx, deyə cavablayar.

On il sonra eyni sualı soruşular:

-Qırx, deyə cavablayanda.

-Aa molla, on il əvvəl də qırx yaşında olduğunu demişdin, deyiblər.

Molla heç pozmadan:

-Övladım, nə bilim on il əvvəlini, deyib.

Bülbül.

Molla Nəsrəddin`in ürəyi meyvə istəyər, gedər birinin bağçasına

Ağaca çıxar nə taparsa atışdırar.

Bağçanın sahibi sonunda gələr:

-Nə edirsən mənim ağacımda, deyər.

Molla:

-Mən bülbüləm deyər.

Adam isə:

-Onda öt də bir görək, deyər.

Molla, ağzını büzərəkbir cür səslər çıxardar.

Adam qəhqəhə atıb:

-Heç belə bülbül olar? deyib.

Molla da çoxbilmiş-çoxbilmiş cavab verib:

-Bülbülün naşısı belə ötər…

Oğru.

Bir gün Molla Nəsrəddin`in eşşəyi oğurlanıb.

Can sıxıntısı içində vəziyyəti qonşularına izah edincə hər başdan bir səs çıxmağa başlayıb.

Birisi:

-Molla, niyə axurun qapısına yaxşı bir qıfıl taxmadın ki, deyib

Bir başqası:

-Evinə oğru girir də sənin necə xəbərin olmur, deyə danışıb.

Bir digəri də:

-Molla, bağışla ama eşşəyin oğurlanmasına ən böyük səbəb yenə sənsən, çünki doğru dürüst bir axurun belə yoxdur.

Hardan baxsan tökülür.

Molla əsəbləşib:

-Əşi, yaxşı gözəl də, qəbahətin hamısı mənimdi?

Oğrunun heç günahı yoxdu?

Eşşək.

Molla Nəsrəddin oğlunu məktəbdən götürərkən eşşəklə gəlib.

Oğluyla eşşəyin üzərində evin yolunu tutublar.

Aradan zaman keçib.

Bir grup insan qabaqlarına çıxıb.

Bir insan:

-Molla ayıb deyil, eşşək o qədər yükü necə daşısın?

Molla da oğlunu eşşəkdən endirib yoluna davam edib.

Aradan zaman keçib, biri:

-Ayıb, ayıb.

Balaca uşaq gəzdirilər heç?

Moll uşağı eşşəyə oturdub, özü enib, yoluna davam edib.

Aradan zaman keçib., yenə biri:

-Bu zamanə uşaqları belədi də, qoca atalar gəzər özləri eşşəyə minər.

Bu söz uşağın acığına gedər cə eşşəkdən enər ikisidə pidaya gedərlər.

Ordan boşboğazın biri:

-Ağılsızlara baxın eşşək qabada gedir bunlar piyada…

Bunun üstünə Molla Nəsrəddin:

-Görürsən də oğlum el-aləmin ağzı torba deyil ki büzəsən.

Все онлайн игры

BaBy BaRBie

Şərhlər:

  1. important life dedi ki:

    tewekkur paylawdigincun maragliydi.bezileride ders göturulesi idi

  2. TARKAN dedi ki:

    ooo eladi coxun oxumamisdim saolun applause surprised

  3. Umidlerin izi ile dedi ki:

    tewekkurler xebere gore..

  4. New_Moon dedi ki:

    Oğru.

    Bir gün Molla Nəsrəddin`in eşşəyi oğurlanıb.

    Can sıxıntısı içində vəziyyəti qonşularına izah edincə hər başdan bir səs çıxmağa başlayıb.

    Birisi:

    -Molla, niyə axurun qapısına yaxşı bir qıfıl taxmadın ki, deyib

    Bir başqası:

    -Evinə oğru girir də sənin necə xəbərin olmur, deyə danışıb.

    Bir digəri də:

    -Molla, bağışla ama eşşəyin oğurlanmasına ən böyük səbəb yenə sənsən, çünki doğru dürüst bir axurun belə yoxdur.

    Hardan baxsan tökülür.

    Molla əsəbləşib:

    -Əşi, yaxşı gözəl də, qəbahətin hamısı mənimdi?

    Oğrunun heç günahı yoxdu? cranky
    Cox Sagol

  5. Yasaksin_kalbime dedi ki:

    oxudum,cox gulmeli idi.tewekkurler

  6. merry-girl dedi ki:

    Xa xa xa bir az da olsa nastraeniyam acildi hec keyfim yoxdi tesekkur

  7. mR_bAkiNec dedi ki:

    xoşuma gəlir Mollanın lətifələri : )
    Əladı

  8. EnD_Of_TiMe dedi ki:

    oxumaga sebr yoxdu eeee

  9. Love Girl dedi ki:

    Mollanın qaynanası.
    Molla Nəsrəddinin qaynanası paltar yuyarkən çaya düşüb, sulara batıb, itib gedib.
    Qəsəbə xalqı yığışıb axtarmağa çalışıblar qadını.
    Molla da axtarmaqda, ama hər kəs kimi çayın axdığı tərəfə deyil də gəldiyi tərəfə doğru gedərək…
    Görənlərdən biri çaşıb qalıb bu işə və səslənib Molla`ya:
    -Molla sən tərs tərəfə gedirsən!
    Başını adamdan tərəfə çevirən Molla bu qarşılığı verib:
    -Sən mənim qaynanamı tanımazsan qardaş.
    Dünyanın ən tərs qadınıydı o.
    Mütləq cəsədi də tərs tərəfə getmişdir…



    Tewekkurler laugh1

  10. deniz15 dedi ki:

    tesekkurler cox sagolun