Nə? Necə? Harada? Nə vaxt?

Onu insanlar qədim zamanlardan istifadə etsələr də, Avropaya orta əsrlərdə bir rahibin onu tapmasıyla gətirilmişdir. Əsasən gəmi səyahətlərində gəminin sürətini ölçmək üçün istifadə edilirdi. Müasir dövrdə kilsələrdə, tibbdə, fotostudiyalarda və bəzək əşyası kimi istifadə edilir. Söhbət qum saatından gedir

Barroudeyl gölü ətrafında qoyunlarını otaran çobanlar fikir verirlər ki, qoyunların dəriləri yerli qayalara sürtünəndə qaralır . Bu barədə yerli alimlərə bildirəndə, onlar düşünüblər ki, Borroudeyldə üzə “qara daş” yataqları çıxır. Yerli əhali tezliklə burada yazı üçün müxtəlif ləvazimatlar hazırlamağa başlayır, adını isə “qara daş” qoyurlar.

İlkin formaları barədə yazılar 1565-ci ilin minerallar barədə yazılan traktatında olub. XV əsrdə, müasir formasının ilk addımları atıldı. Onun meydana gəlməsinə əsl dəstək Josef Hardtmuth’dan gəldi. Memarlıq və çörəkçilik qabiliyyətini istifadə edərək kirəmit istehsalına və qab istehsalı yəni farfor işinə başladı. Ancaq bu işləri etmək üçün əvvəl şəkillərə ehtiyacı olduğundan və şəkil çəkmək üçün də istifadə edilən vasitələr olduqca pis olduğundan, bu ehtiyac onun möcüzə bir fikirin sahibi olmasını təmin etdi. Bu əşyanın bu gün bildiyimiz şəklini Fransız kimyaçı Nikola Konte vermişdir. Gil və qrafit qarışığını yandırıb taxtadan silindr çubuqlar içinə qoyan Conte; 1795-ci ildə patentini aldı. İlk fabrikini isə 1861-ci ildə Eberhard Faber, Nyu-Yorkda qurmuşdur. Söhbət karandaşdan gedir

Əvvəllər onun əvəzinə quru çörəkdən istifadə ediblər. Latın Amerikasından kauçuk gətirəndən sonra (əsasən Braziliyadan), insanlar görür ki, o daha yaxşı görür bu işi. Fransa Akademiyasının 1752-ci il protokolunda ondan bəhs edildiyinə rast gəlinməkdədir. Bu qeydlərdə, caoutchouch adı verilən, Cənub Amerika ağaclarından əldə edilən bitki mənşəli formasından danışılmaqdadır. Nəhayət, 1770-ci ildə ingilis Cozef Pristli ilk nümunəni düzəldir. Eyni ildə, ingilis mühəndis Edward Nairne, çörək qırıntıları yerinə kauçuk istifadə edərək onu satışa təqdim etdi. Nairne, kauçuk parçalarını bir yerə gətirərkən təsadüfən onların bu gücünü görmüş və məhsulu meydana gətirmişdi. Bu mövzudakı əsas inkişafı, 1839-da Charles Goodyearin vulkanlaşmış kauçuku kəşf etməsi oldu. Beləcə onların daha dayanıqlı və uzun ömürlü olanının istifadəsi artdı. Artıq son bir addım qalmışdır. Ancaq bu addımı düz 1858-ci ildə atdılar. Amerikalı Hayman Lipmanın ağlına onu karandaşın ucuna yerləşdirilməsi gəldi. Söhbət pozandan gedir

Onun icadı XVII əsrin əvvəllərinə gedib çıxır. İlk əvvəllər onun əvəzinə isidilmiş ağır daşlar istifadə edilərkən daha sonra saplı düz dəmir plakatlar odda isidilməyə başlandı. Bu üsulla istiliyin uzun müddət qoruna bilməməsi səbəbilə dəmir plakatları oyaraq içlərini kömür közüylə doldurardılar. Köz halında kömür qoyularaq isidilən bunlar isə olduqca ağır idi. 1888-də ABŞ-lı Henry Seely elektrikli növünü icad etdi. İki çubuq karbon arasında qurduğu kabelli elektrik körpüsüylə dəmirin istiləşməsini təmin edirdi. Onunla görülən iş, həm də paltar parazitlərini öldürərək gigiyena üçün yaxşı idi. 1905-də ilk dəfə son dərəcə yüngül elektrikli növü bazara çıxdı.

16 Fevral 1858 tarixində W. Vandenburg və J. Harvey ondan rahat istifadə edə bilmək üçün taxtasının patentini aldılar. Qatlana da bilən taxtasının ilk patenti 1875-ci ildə Kanadalı John B. Porter tərəfindən alındı. Söhbət ütüdən gedir

İlk növləri Misir piramidaları dövrünə aid edilir. İlk əvvəllər onları torba halında hazırlayırdılar, buna görə də onların barmaq üçün nəzərdə tutulmuş hissələri yox idi. Misir xanımları bu üsulla öz əllərini işdən və yeməkdən qoruya bilirdilər. XIX əsrin kişiləri əllərində onu daşıyırdılar, onlar bunu çox vaxt ətrafdakıları cəlb etmək üçün istifadə edirdilər. İspanların kübar təbəqəyə aid olan nümayəndələri papa və kralların yanında olarkən onu taxmırlar, həmçinin kilsə, dəfn mərasimində, faciəvi hadisələrdə və bayramlarda da onun taxılması xoş hal deyil. Onların tikişinə xüsusi diqqət yetirilirdi, çünki onları sürətli taxmaq üçün bu mühüm əhəmiyyət kəsb edir. Dişi ilə onu çıxardan adamlar təqsirkar sayılır, həmçinin salamlaşarkən yaxud əlində onu daşıyaraq müəyyən bir şeyi götürən insanlar mədəniyyətdən kasad hesab olunurdu. Bütün bu qadağalar kişiləri sonunda bezdirdi və onlar onu taxmaq əvəzinə kəmərlərində daşımağa başladılar.

Orta əsrlər tarixində və Renessans dövründə onlar insanların vəzifələrindən xəbər verirdilər. Döyüşçülər, din xadimləri, hətta dövlət qulluğunda olan şəxsləri belə asanlıqla ayırd etmək mümkün idi. Həmçinin həmin dövrün məhkəmə orqanları da əllərində o olmadan hökm verə bilməzdilər. Müqəddəs Roma imperiyasında döyüşçülər onu ayaqlar altına ataraq, xüsusi məna ifadə edən hərəkət kimi davranırdılar. Bunun isə nəticəsi yalnız qanla təmizlənə bilinərdi. XVI əsrdən etibarən artıq onlar da dəbdə mühüm rol oynamağa başladılar. Söhbət əlcəkdən gedir

O, həm də insan sağlığı baxımından son dərəcə mühüm bir yer tutur. Paltarlar içərisində insanın həyatı boyunca ən çox istifadə etdiyi və ömrü qısa olanıdır. İlk nümunəsi miladdan əvvəl 500-600-cü illərə təsadüf edir. Nottingham yaxınlığında Calverton qəsəbəsində yaşayan bir kilsə xadimi William Lee qadınların əllə tikmə hərəkətlərini diqqətlə izləyərək, bu hərəkətləri mexanik olarak həyata keçirən bir mexanizm hazırlamışdır. Hazırlanan bu mexanizm də ilk onun istehsalını həyata keçirmişdir. Bu sistem zamanla inkişaf etdirilmiş və 1849-cu ildə İngilis Matthew Towsen dilli iynənin patentini alaraq bu inkişafa dəstək vermişdir. II Dünya Müharibəsi ərəfəsində Amerikada Dupont şirkətinin daha əsnək, dözümlü və örtücü bir lif olan və müasir zamanda da neylon 66 olaraq tanınan bir parça istehsal etmişdir. Bununla da o daha əsnək, dayanıqlı və rahat bir geyim halını almışdır. Söhbət corabdan gedir

KiSS Me

Şərhlər:

  1. important life dedi ki:

    cOrabMi?? 😀 😀
    twk

  2. Love Girl dedi ki:
    hmm… xebere gore tewekkur
  3. mR_bAkiNec dedi ki:

    Çox maraqlıdı…..

  4. Yasaksin_kalbime dedi ki:

    maraqliydi.tewekkurler

  5. New_Moon dedi ki:

    twk Pis Deyildi Sagol

  6. polo dedi ki:

    bu xeberin mutleq ardi olmalidir .. bu xeberin adini oxuyanda hec bele bir wey gozdemirdim .. amma xeberi oxuduqdan sanra cox xowuma geldi ..

  7. Umidlerin izi ile dedi ki:

    Tewekkurler maraqli idi ))

  8. deniz15 dedi ki:

    cox maraqlidi teskkur edirem