Buz möcüzələri – FOTOLAR

Əksər təbiət fotoqrafları adətən dəniz kənarında, isti havada, rəngarəng balıqqulaqları axtarıb, lentə almağı sevirlər. Lakin bir nəfər dondurucu şimalda, par-par parıldayan buzları çəkməyi hər şeydən çox sevir. Fotoqraf Luri Belequrşi İslandiyada, Qrenlandiyada olduqca gözəl, rəngarəng buz mənzərələrini lentə alıb. Hər gün batanda və gün çıxanda bu buzlar qəribə formalar alırlar. Onları hər dəfə müxtəlif rənglərdə və müxtəlif ölçülərdə görmək olur.
Moldovalı fotoqraf Luri Şərqi Qrenlandiyada və İslandiyanın Vatnajokull Milli Parkında düz bir il buzların fotosunu çəkib. Fotoqraf deyib:
– Buzlar fotosunu çəkməyi sevdiyim ən sevdiyim əşyalardandırlar. Xüsusilə də mavi buz. Siz İslandiya və Qrenlandiyada çoxlu mavi buz tapa bilərsiniz. Ən sevdiyim yer İslandiyada Jokulsarlondur. Siz orada çoxlu aysberq olan qara qumlu çimərliklər tapa bilərsiniz. Onlar xüsusilə də gün çıxışı və gün batışında gözəl görünürlər. Həmişə dalğalara baxırdım. Bəzən onlar həqiqətən çox hündür olurlar. Keçən il böyük dalğalardan biri mənim foto aparatımı korladı. Məncə İslandiya və Qrenlandiyanın mənzərələri çox gözəldir.
Lurinin 29 yaşı var və o fotoqraflığı özü öyrənib. O fotolarını Canın5D Mark III-lə çəkib.
Yenilənib:
Mene maraqli geldi sizinle paylasdim ,inaniram beyeneceksiz
super deeeeeeee
maraqli Wekillerdii ) Cox Saolll
Qewengdiler Cox Sagol
Bu buz möcüzəsi deyil ALLAH Təalıanın möcüzəsidir 🙂
Əllərinə sağlik..
super
tesekkurler xebere gore
Maraqli wekillerdi tewekkurler
coox gozeldi,xeberchun twk
Maraqli idi Tewekkurler…….
saq ol
hmmmmmm interesno
vay maraqlidi ) twkrlerr
aaaaaaaa ne qeşengdiiiiiiiiiiiiiiiiiiiiiiiiiii tesekkurler cox beyendim