Bu bürcün qadınlarından uzaq gəzin

Bürclər qadınların xarakteri haqqında ən əsas ipucudur. Kişilər qadınları bürcünə görə tanıya bilir və münasibət qurmaq asan olur.

Qoç bürcü – bu bürcün qadınları dürüst, enerjili və dalaşqan olur. çox vaxt yüksək səslə danışırlar. Mənfi tərəfləri ancaq qısqanc və kinli olmasıdır. Hər kəsin onu tərifləməsini istəyir. Onun yanında başqalarını təriflədikdə buna qıcığı tutur. Bundan başqa, qoç qadınları yaxşı evdar hesab olunurlar.

Buğa bürcü – bu bürcün sahibləri səbrli, ərinin sözünü dinləyən, açıq sözlü olur. Buğa bürcünün qadınları incəsənət sahəsində daha iddialı olur. İnsanlarla səmimi və mehriban davranır və ətrafdakılardan da eyni şeyi gözləyir. Evini təmiz və səliqəli saxlamaq onun üçün vacib şərtlərdən biridir. Sevdiyi insana olduqca bağlı olur. Buğa bürcünün qadınları nadir hallarda boşanır. İnsanlarla yaxşı yola gedə bilir.

Əkizlər bürcü – bu bürcün qadınları tez bir zamanda dostluq qura bilir. Lakin dostları uzun müddət davam etdirə bilmirlər. Görünüşlərində tez-tez dəyişiklik etməyi və evi tez-tez dekorasiya etməyi sevirlər. Gözəl ailə sahibi də olmağı bacarırlar. Ağıllı və savadlı kişi ilə ailə qurmaq istəyər və bundan böyük zövq duyarlar. Gizli eşq məcaraları yaşayırlar

Xərçəng bürcü – bu bürcün qadınları ərlərinə olduqca sadiq və inanclı olur. Xərçəng bürcünün qadınlarının fikrini dəyişmək mümkün olmur. Bundan əlavə, çox savadlı, yüksək intellekt sahibi və gözəl ana olurlar. Ərinə yardım edər və onun hər bir işini dəstəkləyər. Ərinin günahlarını bağışlaya bilir. Heç vaxt kiməsə öz fikirləri ilə təzyiq göstərməz.

Şir bürcü – bu bürcdən olan qadınlar cəsur olur. Müzakirə və mübahisə etməyi sevsə də, sevimli insan olur. Mübarizkar və iddialıdır. Evi idarə etməyi bacarır. Qəribə olsa da, dünyanı öz qayda-qanunlarına uyğunlaşdırmağa çalışır. Heç vaxt etdiyi yaxşılıqların əvəzini gözləməz. Sevdiyi insanı həmişə kontrol altında saxlamaq istəyir. Bacarıqlı və rəhbər qadın olmağı qarşısına məqsəd qoyurlar.

Qız bürcü – bu bürcün qadınlarının gözündən sevgi hiss olunur. Dürüst və təmiz qəlbli insandır. çəkingən olduğu üçün çox zaman sevgisini ərinə açıqlaya bilmir. Başqalarına kömək etməyi və gəzib-görməyi sevir. Hər şeyi qabartmağı və şişirtməyi sevərlər.

Tərəzi bürcü – bu bürcün qadınları erkən yaşlarda evlənir. Müdrik və nəzakətli xanım olurlar. Sevgi münasibətlərində xüsusi bacarıq yiyəsi olurlar. Bundan əlavə, konfortu, bahalı geyimləri və gözəl yaşamağı sevirlər. Əri xəyanət etsə də, boşanmağı qətiyyən düşünmürlər.

Əqrəb bürcü – sevdiyi insana göstərdiyi qayğı və nəvazişin qarşılığını gözləyir. Hünərli və qərarlı qadın olurlar. Davranışlarını hər zaman nəzarət altında saxlayır və qüsurlarını gizlətməyə və düzəltməyə çalışırlar. çox çalışqan və sakit olurlar lakin qəflətən sükutu pozub fırtına yarada bilirlər. Əsəbləşən zaman özlərini idarə edə bilmirlər. Hökm verməyi sevir və başqalarının onları idarə etməyini heç vaxt icazə vermirlər. İnsanlardan göstərdiyi rəftarın qarşılığını gözləyir. Evlərini çox gözəl dekorasiya etməyi bacarırlar. Özlərini və ətrafdakıları sevindirməyi yaxşı bacarırlar.

Oxatan bürcü – bu qadınlar onlara əmr verənlərlə mübahisə edir və bu kimi davranışları qətiyyən xoşlamır. Yaxşı ev qadını və ana olmağı bacarırlar. Sakit, ağıllı, bacarıqlı və istiqanlı insandır. Başqalarının işlərinə burun soxmur.

Oğlaq bürcü – bu qadınlar qarşılarına çıxan əngəllərə baxmayaraq, istədiklərini əldə bilirlər. çalışqan və əzmlidir. Şöhrətpərəst və pula hərisli insan olurlar. Erkən evlilik həyatına və dünyaya çox uşaq gətirmək əleyhinə olur. İşinə bağlı insanlardır. Dostları çox az olur və sevgiyə o qədər də inamlı olmurlar.

Dolça bürcü – bu bürcün qadınları adət-ənənələrə sadiq deyil. Ərindən bezərsə, çox rahatlıqla boşanıb başqasını tapa bilər. Xeyirxah və nəzakətli davranmağı sevirlər. Xəstəliklərə qarşı çox zəif olur. Bu bürcün qadınları çox sosial olur və göstərişi sevirlər. Özünə uyğun insanlarla münasibət qurmağa çalışır. Bəzən çox mənasız davransa da, insanların onu başa düşməsini və bağışlamasını tələb edir.

Balıq bürcü – balıq bürcünün qadınları ərində ağıl, yaraşıq, savad və xarizma axtarır. Olduqca qısqanc və ərinə düşkün qadın olurlar. Həmçinin həyat yoldaşının sözündən çıxmazlar. Ərinə və uşaqlarına qarşı fədakar olur və insanlara qarşı xeyirxah davramağı sevir. Bəzən çox tərs xarakterə malik olur. Romantikliyi ilə digər bürclərdən seçilir.

Ninaska

Şərhlər:

  1. Love Girl dedi ki:

    Şir bürcü – bu bürcdən olan qadınlar cəsur olur. Müzakirə və mübahisə etməyi sevsə də, sevimli insan olur. Mübarizkar və iddialıdır. Evi idarə etməyi bacarır. Qəribə olsa da, dünyanı öz qayda-qanunlarına uyğunlaşdırmağa çalışır. Heç vaxt etdiyi yaxşılıqların əvəzini gözləməz. Sevdiyi insanı həmişə kontrol altında saxlamaq istəyir. Bacarıqlı və rəhbər qadın olmağı qarşısına məqsəd qoyurlar.

    Duzu hmmm Xebere gore cooox tewekkurler

  2. important life dedi ki:

    EkizLer bUrcu TamaMilE duZdu twk

  3. SEBERT dedi ki:

    bezileri dogrudu twk

  4. DaRk_AnGeL dedi ki:

    Dolça bürcü – bu bürcün qadınları adət-ənənələrə sadiq deyil. Ərindən bezərsə, çox rahatlıqla boşanıb başqasını tapa bilər. Xeyirxah və nəzakətli davranmağı sevirlər. Xəstəliklərə qarşı çox zəif olur. Bu bürcün qadınları çox sosial olur və göstərişi sevirlər. Özünə uyğun insanlarla münasibət qurmağa çalışır. Bəzən çox mənasız davransa da, insanların onu başa düşməsini və bağışlamasını tələb edir.
    Demək olar ki düzdü)))Çox sağol

  5. Ninaska dedi ki:

    reylerchun tahkk ;)) opucuk mende shir burcuyem duzdu 😀

  6. New_Moon dedi ki:

    Qoç bürcü – bu bürcün qadınları dürüst, enerjili və dalaşqan olur. Çox vaxt yüksək səslə danışırlar. Mənfi tərəfləri ancaq qısqanc və kinli olmasıdır. Hər kəsin onu tərifləməsini istəyir. Onun yanında başqalarını təriflədikdə buna qıcığı tutur. Bundan başqa, qoç qadınları yaxşı evdar hesab olunurlar.Xi Xi Xi happy

  7. Umidlerin izi ile dedi ki:

    Buğa bürcü – bu bürcün sahibləri səbrli, ərinin sözünü dinləyən, açıq sözlü olur. Buğa bürcünün qadınları incəsənət sahəsində daha iddialı olur. İnsanlarla səmimi və mehriban davranır və ətrafdakılardan da eyni şeyi gözləyir. Evini təmiz və səliqəli saxlamaq onun üçün vacib şərtlərdən biridir. Sevdiyi insana olduqca bağlı olur. Buğa bürcünün qadınları nadir hallarda boşanır. İnsanlarla yaxşı yola gedə bilir.
    Tewekkurler :)))

  8. Slatkaya dedi ki:

    Qız bürcü – bu bürcün qadınlarının gözündən sevgi hiss olunur. Dürüst və təmiz qəlbli insandır. Çəkingən olduğu üçün çox zaman sevgisini ərinə açıqlaya bilmir. Başqalarına kömək etməyi və gəzib-görməyi sevir. Hər şeyi qabartmağı və şişirtməyi sevərlər.
    cox sag ol maraqli idi

  9. polo dedi ki:

    ewi bow sohbetlerdide iw burcnen olsaydi ..ehh

  10. Yasaksin_kalbime dedi ki:

    terezi burcuyem.tewekkur

  11. EnD_Of_TiMe dedi ki:

    oglaq burcu bir az duzgunluk var eee inandirici gelmedi komp

  12. TARKAN dedi ki:

    baliqq )))))) twk

  13. _Sadece_B.G_ dedi ki:

    Oğlaq bürcü – bu qadınlar qarşılarına çıxan əngəllərə baxmayaraq, istədiklərini əldə bilirlər. Çalışqan və əzmlidir. Şöhrətpərəst və pula hərisli insan olurlar. Erkən evlilik həyatına və dünyaya çox uşaq gətirmək əleyhinə olur. İşinə bağlı insanlardır. Dostları çox az olur və sevgiyə o qədər də inamlı olmurlar.

    heri men twkrlerr