Ən gülməli lətifələr

Ingilis Elm İrəliləmə Birliyinin araşdırmasında, internet istifadəçilərindən ən çox bəyəndikləri zarafatı bildirmələri istəndi.
Araşdırmada, 70 ölkədən 40 min lətifə arasında aşağıdakı birinci seçildi:
Meşədə gəzən 2 ovçudan biri birdən birə yerə düşər. Yoldaşı, düşən adamın nəfəs almadığını görər.
Bunun üzərinə telefonla təcili köməyi axtarar. “Yoldaşım öldü, nə edə bilərəm” deyə soruşar.
Telefondakı səs cavablar: “Sakit olun. Sizə kömək edə bilərəm. Amma əvvəl yoldaşınızın ölüb ölmədiyindən əmin olaq.”
Telefonda bir müddət səssizlik olar və bir silah səsi eşidilər.
Ovçu telefonu təkrar əlinə alar və belə deyər: “Bəli, tamam. İndi nə edəcəyəm?”

Araşdırmada ayrıca, insanların gülünc tapdıqları lətifələrin ölkələr arasında əhəmiyyətli fərqliliklər göstərdiyi də müəyyən olundu.
İngiltərə, İrlandiya, Avstraliya və Yeni Zellandiya xalqı bu növ lətifələri seçirlər:
XƏSTƏ: “həkim, arxama çiyələk yapışdı.”
HƏKİM: “Bunun üçün sizə krem verim.”

Bu vaxt xeyli Avropalı, həqiqətdən uzaq olan ya da ölüm, xəstəlik, evlilik kimi ciddi məsələlərlə lağ edilən lətifələri sevir:
Xəstənin biri həkiminə dərd yanır: “həkim bu yaxınlarda qəribə bir şey oldu. Qayınanamla nahar edirdim və ‘xahiş edirəm kərə yağını uzadarsanmı’ deyəcəkdim. Ancaq ağızımdan ‘Səni donuz, həyatımı məhv etdin’ sözü çıxdı.”

Evliliklə lağ etmək də ən sevilən Amerikan zarafatları arasında:
Adamın biri, yoldaşıyla golf oynayarkən oyunun ən həyəcanlı anında bir cənazə mərasimi görür. Papağını çıxarır, gözlərini bağlayır və başını önünə əyərək dua edir. Yoldaşı, “Bu indiyə qədər gördüyüm ən düşüncəli və toxunaqlı səhnə. Həqiqətən yaxşı ürəkli bir adamsan” deyər. Yoldaşı cavab verər: “35 illik arvadım idi.”

Şotlandiyada ölüm çox zarafat mövzusu olur:
“Babam kimi yuxumda ölmək istəyərəm. Yolçuları kimi dəhşət içində qışqıraraq deyil.”

İngiltərənin bir nömrəli lətifəsi belədir:
“İki cavan barda oturarlar. Biri digərini alçaltmağa başlar. “Ananla yatdım!”
Digər cavabını cavabını görmək üçün barda bir səssizlik olar.
“Birinci cavan təkrarlayar: “ANANLA YATDIM!”
Digəri cavab verər: “Get başımdan ata, sən sərxoşsan.”

İndi isə Fb-dən seçmə lətifələr

– Ata, gəlmişəm səninlə yatam!
– Tək yatmaqdan qorxursan?
– Yox, yaxşı yuxular görürdüm, istədim sən də görəsən.
– Nə görürdün?
– Görürdüm mənə velosiped almısan!

– Məmməd, «pişik» və «bax» sözlərini cümlədə işlət!
– Mən görmədim, pişiyin ayağını basdaladım, o da miyoldayıb dedi:- Korsan? Ayağının altına bax, da…

Birinci gün birinci sinif şagirdləri dərsə gəliblər. Müəllimə başa salır:
– Uşaqlar siz dərsə gəlmisiz. Dərsdə sakit oturmaq lazımdır. Əgər nə isə soruşmaq istəyirsinizsə, əlinizi qaldırın!
– Bir oğlan əlini qaldırır.
– Nəsə soruşmaq istəyirsən?
– Yox, sadəcə yoxlamaq istəyirəm sistem necə işləyir?

Müəllimə tapşırıq verdi:
– Elə inşa yazın, ki, həmin inşada bazar ertəsi, çərşənbə axşamı, çərşənbə, cümə axşamı, cümə, şənbə, bazar günləri olsun.
– Atam ovda elə böyük quş ovlamışdı ki, biz onu bazar ertəsi, çərşənbə axşamı, çərşənbə, cümə axşamı, cümə, şənbə, bazar günləri də yedik, sonra qurtardı.

– Anatomiyadan imtahan suallarına cavab verirdik, müəllimə Səmədi sinifdən çıxartdı.
– Niyə?
– Şpaqalkadan istifadə elədi?
– Necə?
– Öz qabırğalarını sayırdı ki, sayını yazsın!

– Bax, düzünü de, ev tapşırığını kim eləyib?
– Müəllimə vallah-billah xəbərim yoxdu, axşam tez yatmışam!

Ata hirslə:
– Bu «iki» nədir almısan?
– Dedim Nizami ilə Gəncəvi ikisi də bir şəhərdə yaşayıblar, müəllim mənə iki yazdı.
– Savadsızın bir, savadsız! Nizami ilə Gəncəvi nə vaxtdan bir şəhərdə yaşayıblar?

Əliş artıq neçənci dəfədir ki, imtahan verir və pis qiymət alır. Valideynləri həyəcanla sinfin qapısında gözləyirlər ki, Əliş bu dəfə imtahandan neçə qiymət alacaq… Nəhayət, qapı açlır, Əliş bayıra çıxır. Ana həyəcanla soruşur:
– Nə oldu oğlum, imtahan verə bildin?
Ata da dözə bilməyib eyni sualı verir. Əliş onları sakitləşdirmək istəyir:
– Sakit olun, nə olub sizə, həmişə özünüz deyirsiz ki, hər şeydən vacib sağlamlıqdır

Cavan tərbiyəçi otağa kompyüter gətirir. çətinliklə əyilib onu yerə qoyub uşaqlardan soruşur:
– Uşaqlar, deyin görüm, otaqda neçə kompyüter var?
– Bir!
– Düzdür, – tərbiyəçi çox çətinliklə ikinci sonra isə üçüncü kompyüteri gətirir:
– İndi neçə kompyüter oldu?

Bu vaxt müdirə otağa gəlib soruşur:
– Nə edirsən?
– Uşaqlara üçə qədər saymaq öyrədirəm!
– Biz həmişə bunu alma ilə öyrədirik. Elə bil bunu sən də eləyə bilərdin!
– Axı kitabda kompyüter yazılıb.
– Kitabın növbəti səhifəsində 10-a qədər saymağı avtobuslarla öyrədiblər. ümidvaram otağa avtobus gətirməyə hazırlaşmırsan?

– Dəvəquşular yumurtlayır, atdan bərk qaçırlar, təhlükə zamanı başlarını torpağa soxurlar. Əlişov, sən orda neyləyirsən?
– Sizə diqqətlə qulaq asıram, müəllimə!
– Elə isə təkrar elə dediyimi!
– Dəvəquşulardan danışırdız, deyirdiz dəvəquşular yumurtalarını torpaqda basdırırlar. Atlar onların yumurtalarını tapdalayanda təhlükə baş verir, strauslar torpağın altına girirlər!

– Ata, səni məktəbə çağırırlar!
– Niyə?
– Mən məktəbin pəncərəsini sındırmışam!

O biri gün oğlu deyir:
– Ata səni yenə məktəbə çağırırlar!
– İndii neyləmisən?
– Kimya laborotoriyasını partlatmışam!
– Bezmişəm, daha heç yerə gedən deyiləm!
– Düz eləyirsən, xarabalıqda nə işin var?

üçüncü sinif şagirdi dərsdən qayıdıb:
– Müəllimə soruşdu ki, 2×2 neçə edər, dedim 4, müəllimə məni təriflədi.
– Ay sağ ol, mənim ağıllı balam! Bu ona görədir ki, biz Azərbaycanlıyıq!
– Hələ bu harasıdır, müəllimə soruşdu ki, 7×7 neçə edər, mən dedim 49, o yenə məni təriflədi.
– Əlbəttə, bu belə də olmalıdır, axı biz Azərbaycanlıyıq!
– Bu gün idman dərsində boy sırası ilə dayanmışdıq, mən hamıdan hündür idim. Yəqin bu da ona görədir ki, biz Azərbaycanlıyıq.
– Yox, bu ona görə deyil, bu ona görədir ki, artıq sənin 16 yaşın var.

Direktor soruşur:
– Uşaqlar yəqin ki, muzeydə yaddaşınızda qalan şeylər oldu?
– Oldu, oldu, – uşaqlar xorla cavab verdilər.
– Nə oldu?
– Təranə müəllimənin pilləkənlərdən yumbalanması

çukça yol ilə gedir. Tanışı soruşur:
– Hara gedirsən?
– İynə vurdurmağa!
– Poliklinikaya?
– Yox, özümə!

– Ana, olar çıxım həyətə?
– çirkli qulaqlarınla?
– Yox, dostlarımla!

– Teymur dostu Seymura sataşıb onun stuluna rəng tökür.
Seymur sinfə girən kimi soruşur:
– Bax gör bu şalvar mənə yaraşır?
– Hələ bir otur, sonra sual ver!
Seymur oturur. Oturan kimi stula yapışır, stulun rəngli olduğunu görüb tez qalxır. Teymur o qədər gülür ki…
Seymurun pərt olduğunu görüb gülməyini dayandırıb soruşur:
– Bayaq nə demək istəyirdin?
– Demək istəyirdim dünən idman dərsindən sonra sənin jins şalvarın zalda qalmışdı. bu gün onu geyinmişəm!

Telefon zəng çalır. Dəstəyi 5 yaşlı Səməd götürür.
– Atanı, ya da ananı telefona çağır!
– Evdə yoxdular!
– Onda bajını çağır. Bir azdan Səməd yenə də dəstəyi qaldırır:
– Bacım çox ağırdı, kolyaskadan çıxara bilmirəm!
– Ana, makaronun hamısını yedim!
– Bajın yemədi?
– Yox!
– Bəs niyə?
– Soruşdu, “bunlar nədi?”, dedim “qurd!”. O da yemədi.

– Mən atam kimi ayda on min dollar qazanmaq istəyirəm!
– Məgər sənin atan ayda on min dollar qazanır?
– Yox, o da elə istəyir!

Nənə günorta yatmayan nəvəsinə deyir:
– Sənin yerində olaydım, bütün günü yatardım!
– Nənə, sən mənim yerimə yerləşmərsən!

Qız, oğlan “həkim-həkim” oynayır. Ana işdən gəlir, qızını görəndə az qalır dəli olsun. Oğlanın atasına zəng edir:
– Oğlunuz tərbiyə görməyib! Ata təəjjüblə soruşdu:
– Sakit olun, uşaqların hər şeylə maraqlanan yaşlarıdır.
Qızın anası qışqırır:
– Nejə sakit olum? “Həkim-həkim oynayıblar, oğlunuz qızımın apendisitini kəsib!

Bir gün Molla Nəsrəddin bir neçə adamın arasında dayanıb söhbət edirmiş.Bir nəfər Mollaya deyir:
-Molla dayı, ora bax. bir qazan aş aparırlar!
-Mənə nə?
-Necə yəni “mənə nə?” aşı sizə aparırlar axı.
-Onda sənə nə?

Nənə balaca oğlana şad xəbər çatdırmaq istəyir:
– Bu yaxınlarda anan sənə təzə bacı alacaq.
– Nənə, o qədimdə olub, uşaqları qul kimi, kölə kimi satırdılar. İndi başqa zamandır.

Qonşu 5 yaşlı Samiri danışdırır:
– Nə qəşəng bacın var, onu sat mənə, qoy mənim balam olsun!
– Yox!
Bir neçə gündən sonra ana balaca bacını Samirin yanına qoyub mağazaya gedir. Bacı ara vermədən ağlayır. Samir qonşunun qapısını döyüb deyir:
– Biz onu satırıq, istəsən ala bilərsən!
– Yox, pulum yoxdur, istəmirəm!
– Eybi yox, sən götür, pulunu maaş alanda verərsən!

– Məktəbə gedəcəksən?
Seymur qaşqabağını töküb deyir:
– Məndən olsa getmərəm, anam göndərir.
– Niyə?
İstəmirəm gedim, deyirlər orda adamı kəsirlər!

Nənə protez dişlərini çıxarır. Balaca Gülər təəccüblə nənəsinə baxıb deyir:
– Nənə, sən fokusçusan?
– Hə, mənim balam!
– Nənə, dişlərini çıxartdın, gözlərini də çıxara bilərsən?

Görəsən nəyə görə gilasın içərisinə tum qoyurlar, axı əvvəl-axır onu çıxarmaq lazım olur…

– Mənə balaca deyirlər, amma mən balaca deyiləm. Hər şeyi bilirəm!
– Nəyi bilirsən?
– Bilirəm ki, oğlandan da qız düzəltmək olar. Ona tuman geydirirsən, başına lent bağlıyırsan, olur qız.

Nənə maşını nəvəsinə göstərir:
– Bax bibibdir, bib,bib…
Nənə o bib-bib deyil, maşındır, özy də mersedesdir.

– Bu gün mən elə pis yıxıldım ki…
– Ağladın?
– Yanımda heç kim yox idi, ona görə ağlamadım.

– Bir uşaq 100 min dollar tapıb onu polisə təhvil verir. Ananı çağırıb ona təşəkkür edəndə təəccübdən dili dolaşan ana ağlaya-ağlaya deyir:
– Mən oğlumla fəxr edirəm

download video converter

Sladkaya Psixuwa

Şərhlər:

  1. Umidlerin izi ile dedi ki:

    Maraqlidi tewekkurler ))

  2. deniz15 dedi ki:

    Ata, gəlmişəm səninlə yatam!
    – Tək yatmaqdan qorxursan?
    – Yox, yaxşı yuxular görürdüm, istədim sən də görəsən.
    – Nə görürdün?
    – Görürdüm mənə velosiped almısan!

  3. _Sadece_B.G_ dedi ki:

    Direktor soruşur:
    – Uşaqlar yəqin ki, muzeydə yaddaşınızda qalan şeylər oldu?
    – Oldu, oldu, – uşaqlar xorla cavab verdilər.
    – Nə oldu?
    – Təranə müəllimənin pilləkənlərdən yumbalanması

    roll super

  4. Hilary Duff dedi ki:

    Super Tewekkurler…….

  5. CooL_Man dedi ki:

    cooox sag ol maraqlidir))))

  6. Sladkaya Psixuwa dedi ki:

    saolun xamivuza 🙂
    Biiiiy bajiii ne yaxwu geldun 🙂 gozumun ucu sarsildi 😀

  7. jasminka dedi ki:

    Baciwko belke bir az ders oxuyasan %-)

  8. Ninaska dedi ki:

    chox sagol ;))

  9. TARKAN dedi ki:

    yaxsiydi hevselem acildi ))))))))

  10. SEBERT dedi ki:

    tewekkurler bezilerin oxudum,twk

  11. EnD_Of_TiMe dedi ki:

    – Bax, düzünü de, ev tapşırığını kim eləyib?
    – Müəllimə vallah-billah xəbərim yoxdu, axşam tez yatmışam!
    wawi

  12. DaRk_AnGeL dedi ki:

    Direktor soruşur:
    – Uşaqlar yəqin ki, muzeydə yaddaşınızda qalan şeylər oldu?
    – Oldu, oldu, – uşaqlar xorla cavab verdilər.
    – Nə oldu?
    – Təranə müəllimənin pilləkənlərdən yumbalanması

    Qəşəyyyy ALLAH üzündən gülüşü əskik eləməsin…

  13. New_Moon dedi ki:

    Cox Sagol Amma Indi Gulmeye Hec Axotum Qokku

  14. polo dedi ki:


    – Ana, olar çıxım həyətə?
    – Çirkli qulaqlarınla?
    – Yox, dostlarımla!
    happy

  15. mR_bAkiNec dedi ki:

    Super yaa 😀
    Əllərinə sağlık

  16. Yasaksin_kalbime dedi ki:

    ALLAH seni guldursun.gulmekden qarnim agridi.tewekkurler

  17. WiNNer_OğLaN dedi ki:

    Çox Gözəl Təşəkkürlər
    twk