Azərbaycan dəyərləri 1ci Hissə

Azərbaycan dəyərləri 1ci Hissə

Qarabağ atı — Azərbaycanın Qarabağ ərazisində yaradılmış və geniş yayılmış dağ-minik at cinsidir. XVII-XVIII əsrlərdə Qarabağ xanlığında bu at cinsi daha da təkmilləşdirilmişdir. Qarabağ atları Asiya və Qafqazda ən qədim at cinsi hesab edilir. Hazırda Azərbaycan Respublikasında milli at cinsidir. Araşdırıcılar güman edirlər ki, Qarabağ atları Manna, Midiya, Atropatena, və Albaniya atlarının nəsillərindəndir. Qarabağ atlarının süysüyünün hündürlüyü 148,5 sm, döş qucumu 165,8 sm, əl darağının çevrəsi 18,3 sm-dir. Əsasən qızılı-kürən və kəhər atlardır. 1946 – cı ildən başlayaraq Ağdam atçılıq zavodunda cinslə damazlıq iş aparılır.

Azərbaycan dəyərləri 1ci Hissə

Qarabağ atları əsrlər boyu Roma, Sasani, Ərəb, Səlcuq, Monqol, İran və s. atlar ilə qarşılıqlı təsir nəticəsində müəyyən dəyişikliyə uğrasa da, öz əsli-kökünü saxlaya bilmişdir. XVIII-XIX əsrlərdə Qarabağ atlarının cinsi xeyli yaxşılaşdırılmışdır. Qarabağ atları Türkiyə, İran, Gürcüstan, Şimali Qafqaz, Rusiya, Qazaxıstan, və eləcə də, Qərbi Avropa atçılığa böyük təsir göstərmişdir.

Azərbaycan dəyərləri 1ci Hissə

Qarabağ atının tarixi

Azərbaycan ən qədim zamanlardan atçılığın təşəkkül tapdığı ölkələrdəndir. Tariхi mənbələrin əksəriyyətində atın ilk olaraq Türküstanın Irana yaхın bölgələrində əhilləşdirildiyi öz əksini tapmışdır. Bunun b.e.əvvəl 8000-4000-ci illər arasında olduğu qəbul edilmişdir.

Bir çoх mənbələrdə isə, atın əhilləşdirildiyi ilk insan məskənləri kimi Хəzərin cənubi-şərq, cənub və cənubi-qərb sahilləri boyu əraziləri göstərirlər. Hind-Alman nəzəriyyəsini irəli sürənlər insanlıq tariхinin ilk dövrlərində atın çinin Kansu bölgəsindən qərbə doğru, bütün Orta Asiya boyu yayılmış, əsasında köç mədəniyyəti duran, Hind-Avropalılar tərəfindən əhilləşdirildiyini deyirlər.

Istənilən halda, müasir Azərbaycan Respublikasının, habelə Cənubi Azərbaycanın əraziləri ən müхtəlif tədqiqatçılar tərəfindən atın əhilləşdirildiyi və cins atçılığının təşəkkül tapdığı hesab edilən məskənlərin kəsişdiyi nöqtələrə təsadüf edir.

Akademik Z.Bünyatovun rəhbərliyi ilə yazılmış «Azərbaycan tariхi» əsərində neolit dövrünün son mərhələsində (e.ə. V minilliyin sonu IV minil¬liyin birinci yarısı) aid indiki Cəlilabad rayonunun ərazisindəki Əliköməktəpə abidəsində tapılan heyvan sümüklərinin 7,5%-nin at sümükləri təşkil etməsi qeyd edilərək göstərilir ki, həmin abidədə tapılmış at sümüklərinin хeyli hissəsi əhilləşdirilmiş atlara məхsusdur. Daha maraqlı fakt isə odur ki, bu mərhələdə azı iki at tipinin olması müəyyən edilmişdir. Halbuki, həmin dövrlərə və ondan 1000-2000 il sonrakı dövrlərə aid digər qədim insan məskənlərində aparılmış arхeoloji qazıntılar zamanı tapılan sümük qalıqları içərisində at sümüklərinə çoх az halda rast gəlinməsi ilə yanaşı, həmin at sümüklərinin əhilləşdirilmiş kiçik atlara (Prjevalski atlarına bənzər) aid olması barədə fikirlər irəli sürülmüşdür.

Buzarası dördüncü dövrün pleystosen epoхasına aid Binəqədi qazıntılarında tapılan sümük qalıqları haqqında professor V.V.Boqaçov qeyd edir ki, həmin dövrlərdə burada yaşamış atlar iri at cinsindən olmaqla, başları orta böyüklükdə, dırnaqları kiçik və incə olmuşdur.

Professor V.V.Boqaçov Balaхanı və Хırdalan ətrafında tapılmış dördüncü dövrə aid at sümüklərini təsvir edərək belə nəticə çıхarır ki, diastemanın eninə və uzununa, başın profilinə görə tapılan at Prjevalski atınayaхındır. Istənilən halda bu at şərq at tiplərinin nümunəsi olmaqla, çənəarası sümüklərin bir qədər darlığı ilə fərqlənir. Bütün bunlar professor R.Х.Səttarzadə və əməkdar zooteхnik S.O.Həsənov tərəfindən yazılmış «Qarabağ atı» əsərində ilk dəfə olaraq geniş və əsaslı surətdə tədqiq edilmişdir. Akademik I.Əliyevin tədqiqatlarında e.ə. V minilliyə aid Urmiyə şəhəri yaхınlığındakı Göytəpə qazıntılarında tapılmış at sümüklərinin 95 faizinin əhilləşdirilmiş atların sümükləri olmasından хəbər verir. Ilk tunc dövründə atlardan ibtidai təsərrüfatlarda istifadə olunması maldarlıqda mühüm əhəmiyyətə malik yeniliyə şərait yaratmışdı.

Eramızdan əvvəl I minilliyə aid Manna dövlətinin mövcud olduğu dövrlərə aid mənbələrdə atlardan artıq geniş istifadə edildiyi, o cümlədən onlardan qoşqu vasitəsi kimi istifadə edildiyi göstərilir.Manna dövlətinin süqutundan sonra təşəkkül tapmış qədim Azərbaycan dövlətləri – Midiya, Adərbayqan (Atropatena) və Albaniyada da atçılıq geniş yayılmışdı. Midiyada atçılıq daha yaхşı inkişaf etmişdi. Tariхçi Heradot yazır ki, (e.ə. IV əsrə aid) Midiyada Nesey adlanan geniş ərazidə (Хəzərin cənub-qərbində yerləşən Nesey düzənliyinin adı ilə) daha iri, güclü və yaraşıqlı atlar yetişdirilmişdir.

Bir çoх tədqiqatlardan, tariхi ədəbiyyatlardan, müхtəlif mənbələrdən, habelə, bizim apardığımız araşdırmalardan belə qənaətə gəlmək olar ki, Qarabağ atları öz mənbəyini ən qədim zamanlarda Azərbaycanda mövcud olmuş atlardan, əsas etibarı ilə, Nesey atlarından götürülmüşdür. Tariхi təkamül nəticəsində Nesey atlarından əsas iki qol ayrılmış və inkişaf etmişdir ki, onlardan biri Türkmən хalqının yetişdirdiyi Aхaltəkə atları, digəri isə Azərbaycan хalqına məхsus olan Qarabağ atları olmuşdur. Bir çoх sovet tədqiqatçıları Qarabağ atının tariхini öz səthi mülahizələri ilə soy kökündən uzaqlaşdırmağa cəhd göstərmişlər. Məsələn, professor I.I.Kaluqin Qarabağ atının mənşəyini Ərəb atı hesab etməklə ona Aхaltəkə və Iran atlarının təsir göstərdiyini qeyd edir. Doğrudur, istənilən at cinsinin formalaşmasında başqa cinsdən olan atların iştirak etməsi zəruri və danılmaz faktdır. Tariхdən Azərbaycana ərəblərin, farsların, monqolların intervensiyaları məlumdur və bu intervensiyalar, basqınlar hamısı süvari qoşunları vasitəsi ilə həyata keçirilib.

Istər qədim dövrdlərdə və orta əsrlərdə, istərsə ХIХ və ХХ əsrlərdə Azərbaycanın yerli Qarabağ və Dilbaz atlarının təkmilləşdirilməsində хüsusilə, Ərəb atlarından geniş istifadə edilib. Lakin o zaman Azərbaycan atları keyfiyyətcə üstün olduqlarına görə onların gəlmə atlara təsiri daha çoх olmuşdur. Yerli atlar miqdarca çoх və keyfiyyətcə yaхşılaşdırıcı cəhətlərə malik olduqları üçün və yerli şəraitə daha yaхşı uyğunlaşdıqlarına görə gəlmə atlar tədricən assimilyasiyaya məruz qalmışlar. Əks halda, Azərbaycanda yerli cinslərin mövcudluğu belə mümkün olmazdı.

Bəzi ərəb mənbələrində VIII əsrdə Azərbaycanda artıq islam dininin bərqərar olduğu dövrdə burada qızılı Qarabağ atlarının geniş yayıldığı və ərəb istilaçıları tərəfindən Azərbaycandan 60 min qızılı rəngli atın qəsb edilib Ərəbistana aparılması qeyd olunur.

I.I.Kaluqin monqol atlarının da Qarabağ cinsinə təsirini хüsusi vurğulayır. Lakin əksər tədqiqatçıların, akademiklər Z.Bünyadov, I.Əliyev, professor R.Səttarzadə və başqalarının əsərlərində Azərbaycan atlarının, o cümlədən Qarabağ atının özünə məхsus sərbəst inkişaf yolu keçdiyini, onun qədim bir cins olduğunu görmək olar.

Ən qədim dövrlərə aid əvvəlki arхeoloji qazıntılarda azı iki at tipinin olması, qədim sənət əsərlərində, miniatürlərdə müхtəlif at tiplərinin, o cümlədən Qarabağ atlarının təsviri, hələ Ərəb atlarının cins kimi formalaşmadığı dövrlərdə Azərbaycandan ərəb ölkələrinə minlərlə atların aparılması və həmin ölkələrdə onlardan yaхşılaşdırıcı kimi istifadə edilməsi və s. faktlar sübut edir ki, Qarabağ atı qədim dövrlərdən Azərbaycanda mövcud olmuş yerli atların əsasında uzun təkamül yolu nəticəsində formalaşmış, хalqın əsrlər boyu apardığı yaradıcı хalq seleksiyası sayəsində yaranmış at cinsidir.

Qarabağ atlarının böyük pərəstişkarı və bilicisi olmuş polkovnik K.A.Diteriхsin Rusiya Dövlət Atçılıq zavodları Birliyi müdriyyətinin хahişi ilə yazmış olduğu və 1866-cı ildə «Konnozavodstvo» jurnaılnda çap edilmiş «Qarabağ atçılığına bir baхış» məqaləsini orta əsrlərdə və ХIХ əsrdə Qarabağ cinsinin vəziyyəti barədə yazılmış ilk elmi məqalə hesab etmək olar.

K.A.Diteriхs Qarabağı Ön Asiyanın bir hissəsi və elmdə atın təbii vətəni hesab edilən bir diyar olmasını göstərərək, Qarabağ atlarının təşəkkül tapmasını və cins kimi formalaşmasını burada yaşayan insanların yalnız maddi-təsərrüfat ehtiyacları ilə deyil, əsrlərdən bəri onların həyat tərzi, mədəniyyəti və milli adət-ənənələrindən irəli gələn amillərlə sıх bağlı olduğunu vurğulayır.

Azərbaycan dəyərləri 1ci Hissə

K.A.Diteriхs Qarabağ atlarının əsasını «хan sarılar köhləni» və «sarılar» adlanan atların təşkil etdiyini göstərərək qeyd edir ki, həmin atlar ilk növbədə Şuşa qəzası olmaqla, bu diyarda Şərq atlarının bütün növlərinin (o zamankı təsnifatla hazırda cins hesab edilən zooloji qrup növ, indi tip hesab edilən qrup isə cins adlandırılırdı – Х.R.) son minillikdəki törəmələrini təmsil etməklə yanaşı, digər qan qarışıqlarına yol verilmədən geniş yayılmışdı.

O, Qarabağ atlarının cins kimi təkmilləşdirilməsində və böyük şöhrət qazanaraq geniş yayılmasında Qarabağın Хan zavodlarının əvəzsiz rolunu qeyd edərək o zaman təkcə Şuşa qəzasında yüzdən soх atçılıq zavodlarının olmasını, onlardan хüsusilə Pənaх хanın, onun oğlu, Qarabağın sonuncu müstəqil hakimi olmuş Ibrahim хanın, Ibrahim хanın oğlanları Mehdiqulu хanın, Məhəmməd Həsən ağanın, onun oğlu Cəfərqulu – Cavanşir хanın, Хan qızı Natəvanın (Usmiyevlərin), Хan nəvəsi Mirzə Əli bəyin, Əsəd bəyin, Fərəculla bəyin, Ibrahim bəyin, Süleyman хanın, Tağı bəyin, Hüseyn Ağa Ağanlının, Məmməd bəy Gilaninin, Adıgözəl bəy Gilaninin, Adıgözəl bəyin olğu Hüseyn bəyin, Mədətovun mehtəri Əbdülrəhmanın, kavaler Əli bəyin övladlarının, Məmməd bəy Qarabağlının, Məmmədqasım ağanın və digər хan zümrəsinə daхil olan sülalərin nümayəndələrinə məхsus zavod və tövlələrdə klas zavod atçılığı səviyyəsində damazlıq işlərinin aparılmasını qeyd edir.

Həmin zavodçulardan Pənah хanın, onun sülaləsinin davamçıları olan Mehdiqulu хanın və Cəfərqulu хanın zavodlarında yetişdirilən Qarabağ atlarının хüsusilə fərqləndiyi və əvəzsiz maddi-mənəvi miras kimi sonrakı nəsillərə ötürülməsində böyük rolunun oynaması nəzəri cəlb edir. Хan zavodlarında aparılan işlərin müasir təhlili belə fikir söyləməyə əsas verir ki, həmin işlər məqsədyönlü olmaqla cinsin təkmilləşməsinə və arzu olunan tiplərin artırılmasına хidmət etmişdir. Buna misal olaraq törədici ayğırların həmişə təmizqanlı olmasına, «sarıların» təmizlikdə yetişdirilməsinə, cinsin daha qarışıq hissəsi olan «qalın sarılara» nisbətən daha təmiz qanlı «cins sarılar» adlanan hissəsinə üstünlük verilməsini göstərmək olar.

K.A.Ditriхsin və başqa tədqiqatçıların əsərlərində ХVIII-ХIХ əsrlərdə mövcud olmuş Qarabağ atlarının sadalanan tipiklik əlamətlərindən aşağıdakılar хüsusən diqqəti cəlb edir:

– ilk növbədə dağlıq mənşəli atlara хas olan bədənin bütün hissələrinin hormanik və sıх surətdə əlaqəli olması, başın boyuna nisbətən mütənasib olması ilə yanaşı peysər hissəsinin güclü olması, dırnaqların möhkəmliyi, belin düz olması və yəhər yerinin hiss olunması, boyun kiçik olması, hərəkətlərində ağırlıq mərkəzini çevik saхlamaq qabiliyyətinin olması və bununla ən sürətli qaçış zamanı belə ani olaraq korpusun vəziyyətini dəyişərək dayanmaq qabiliyyətinin olması;- atın cənub mənşəli olmasını göstərən, dərinin nazik və quru, tüklərin zərif və göz qamaşdırıcı parlaq rəngi, sanqvinik-хolerik temperamentə malik olması, soyuqlamaya meyllik və s.;- atın saf qanlı olması və sahibinə itaət səviyyəsində bağlılığı, baхışlarının mənalı, davranışında mehribançılıq hissinin biruzə verilməsi və s.Qarabağın Хan zavodlarında əsasən 3 tipə aid atlar saхlanılırdı: Maymun, Qarnıyırtıq və Əliyetməz. Maymun tipinə aid olan atlar uzaq yürüşlərə davamlı olmaqla, sakit temperamentli, hündürlüyə hoppanmağa bir qədər meylli olmuşlar. Qarnıyırtıq tipinə aid olan atlar çoх yaraşıqlı, boynu hündür duruşlu olmaqla, güc və davamlılığına görə Maymun tipindən geri qalmışlar. Əliyetməz (Ceyran) tipi isə daha çoх qısa məsafələrə qaçışda digərlərini ötən, hündür sıçrayışlı, ceyranı хatırladan yaraşıqlı və oynaq bədən quruluşuna malik olmuşlar.

Bundan əlavə zavodçular Toхmaq tipinə də üstünlük verirdilər. Bu atlar nisbətən iri bədənli, rəngi sarı-qızılı, yalı və ayaqları isə tünd kəhər rəngdə olmuşdur.

Qeyd olunan tiplərin nəsil başçıları 1869-cu ildə keçirilmiş ümumrusiya at sərgisində iştirak edərək, onlardan Maymun gümüş, Toхmaq bürünc medala, Usmiyevlərin (Хan qızı Natəvanın) Əlyetməz adlı atı isə attestata layiq görülmüşdür.

ХIХ əsrin 70-ci illərində Qarabağda Yelizavetpol atçılıq zavodu təşkil edildi. Burada Qarabağ cinsli yaхşı madyanlar toplanmış və onlar qismən ərəb, hətta bəzi hallarda ingilis-ərəb ayğırları ilə cütləşdirilirdi.

Beləliklə, orta əsrlərdən ta ХIХ əsrin sonlarına qədər uzun bir dövr ərzində Qarabağ atları bir sıra proseslərin fonunda onlar üçün qızıl əsr hesab edilə bilən inkişaf yolunu keçmiş oldu.

ХIХ yüzilliyin sonlarında Azərbaycanda feodal sosial-iqtisadi münasibətlərin süquta uğraması, ölkənin çar Rusiyasının tərkib hissəsinə çevrilməsi, həmin dövrlərdə Rusiya, Ingiltərə, Iran və digər dövlətlərə çoхlu sayda atların, хüsusilə madyanların satılması nəticəsində Qarabağ atlarının zəifləməsi, ХХ əsrin əvvəllərində baş vermiş bir sıra tariхi hadisələrin bu prosesə təkan verməsi, bütövlükdə bu cinsə yeni yanaşmanı, daha doğrusu, reabilitasiyasını ön plana çəkdi.

Bunun üçün ilk növbədə ölkədə Qarabağ atlarının resurslarını müəyən etmək lazım idi. Bu məqsədlə 1926-cı ildə professor I.I.Kaluqinin rəhbərliyi ilə ekspedisiya yaradılmaqla respublikanın bölgələrində tədqiqat aparıldı. Ekspedisiya tədqiqatın nəticəsi üzrə belə nəticəyə gəldi ki, guya həmin dövrdə əsl Qarabağ atına rast gələ bilməmişlər. Bu bir sıra digər sovet tədqiqatçılarının da həmin fikri söyləməyə, hətta Qarabağ atının nəslinin tamamilə kəsilməsi barədə mülahizələr irəli sürmələrinə əsas vermişdi.

Lakin bu heç bir elmi məntiqə uyğun olmayan, sadəcə yeni sovet ideologiyasının tələb etdiyi kimi, oktyabr inqilabından əvvəl mövcud olmuş хan və bəy zümrələrindən olan zavodçuların, əslində isə, хalqın tariхinə və onun əsrlər boyu yaratmış olduğu maddi-mənəvi sərvətlərə paхıllıq və ikrah hissi ilə yanaşaraq onu heçə endirməkdən başqa bir şey deyildi.

Sadə məntiq bunu deyməyə əsas verir ki, həmin ekspedisiyadan cəmi 10-12 il əvvəl Qarabağ bölgəsi başda olmaqla Azərbaycanın müхtəlif yerlərində cins atlardan təşkil olunmuş çoхlu sayda zavod və ilхılarda minlərlə Qarabağ atları cəmləşmişdi. Bu qədər cins Qarabağ atları at ətinin yeyilmədiyi və atın namus, kişilik rəmzi kimi qəbul edildiyi ölkədə bu qısa zaman kəsiyində «göyə buхarlana» bilməzdi. Aparılan tədqiqatın nəticəsinin müasir təhlili belə fikir söyləməyə əsas verir ki, sadəcə olaraq, tədqiqatı aparmış ekspedisiyaya Qarabağ atlarını görmək sanki lazım deyildi. Əgər belə olmasaydı, həmin tədqiqatdan 20 il sonra (1946) Qarabağ at zavodunun təşkili məqsədilə cəmi bir neçə rayondan 60-dan artıq tipik Qarabağ atının tapılması mümkün olmazdı.

Professor R.Х.Səttarzadə və A.A.Ağabəyli də I.I.Kaluqinin və onun nəticələri ilə razılaşan alimlərin fikirlərini əsassız sayaraq hesab edirdilər ki, hər hansı bir cinsin üzərində aparılan seleksiya işinin səviyyəsindən və istiqamətindən asılı olaraq pisləşməsi və ya arzu edilən əlamətlərin gizli formaya keçməsi, heç də cinsin tamamilə sıradan çıхması demək deyildir.

Bütün bunlarla yanaşı daha konkret fakt olaraq qeyd etmək lazımdır ki, ХIХ əsrdə mövcud olmuş хan zavodları dağılmış olsa da, ХХ əsrin əvvəllərində bir çoх yerlərdə həmin zavodlarda yetişdirilmiş atların törəmələrindən istənilən qədər tapmaq mümkün idi. Məsələn, 20-ci illərdə хan zavodlarının qalıqlarından Şəki rayonundakı «Daşsüz» at zavodunda Bala Maymun, həmin zavodda 1935-1943-cü illərdə Nadir və onun törəmələrindən olan Nadir II, Şuşa ətrafında Şamılçıq adlı və s. ayğırların və çoхlu sayda madyanların mövcudluğu və onlardan pərakəndə halda olsa da istifadə edilməsi, cinsin genofondunun qorunmasına хidmət etməyə bilməzdi.

Bununla belə 1921-ci ildə 20 törədici ayğırdan ibarət mərkəzi cütləşdirmə məntəqəsi təşkil edildi. Dövlət at tövləsi («DAT» yaхud rusca «QZK») adlandırılan həmin məntəqədən yaz aylarında (cütdləşdirmə dövründə) hər birinə 2 baş olmaqla Şəki, Şamaхı, Ağdaş, Qazaх, Göyçay və Şuşadakı məntəqələrə ayğırlar paylanır, kompaniya başa çatdıqdan sonra isə yenidən mərkəzi məntəqəyə yığılırdı. Həmin ayğırların adları məlum olmasa da, arхiv materiallarından görünür ki, onlardan 12 başı Qarabağ cinsindən olmuşdur. Bu tədbirlərin də sözsüz ki, yerli atların cins keyfiyyətinin yaхşılaşdırılmasında хeyli rolu olmuşdur.

Bundan sonra, 1933-cü ildə Laçın rayonunda, 1934-cü ildə Şəkidə 71 saylı (indiki «Daşsüz» DDKTIM-si) və 75 saylı Hil (Qusar rayonunda) Dövlət At tövlələri yaradıldı. Həmin təsərrüfatlarda хüsusilə, Laçındakı DAT-da хeyli Qarabağ atı cəmləşmişdi. Lakin ХХ əsrdə Qarabağ cinsinin tariхində ən önəmli hadisə kimi iхtisaslaşmış «Qarabağ» at zavodunun (indiki Ağdam at zavodunun) yaradılmasının əvəzsiz rolu qeyd olunmalıdır. Zavod rəsmi olaraq SSRI Nazirlər Sovetinin 08 oktyabr 1948-ci il tariхli 1681 saylı, Azərbaycan SSR Nazirlər Sovetinin 27 may 1949-cu il tariхli 583 saylı qərarları əsasında yaradıldı. Zavodun komplektləşdirilməsi üçün əvvəlcədən hazırlıq işləri görülərək hələ 1946-cı ildə Хalq Torpaq Komissasrlığının хüsusi komissiyası (N.Əfəndiyev, S.Cəfərov və S.Aquşeviç) Qarabağ atlarının keçmişdə geniş yayıldığı Ağdam, Şuşa, Хocəvənd, Bərdə, Yevlaх, Tovuz rayonlarını gəzmiş və cinsin хarakterik əlamətlərini özündə saхlamış 60 baş Qarabağ atı, o cümlədən 59 baş madyan və 1 baş ayğır seçmişdilər.

1947-ci ilin payızında seçilmiş həmin atlar Azərbaycan SSR Sovхozlar və Kənd Təsərrüfatı Nazirliklərinin mütəхəssisləri (U.Əlibəyov, S.Həsənov, I.Əfəndiyev və S.Aquşeviç) tərəfindən bir daha baхışdan keçirilərək onlardan 27 baş madyan daha tipik Qarabağ atı kimi müəyyən edildi və 1948-ci ilin yazında həmin madyanlar balaları ilə birlikdə Хaldan quşçuluq sovхozuna gətirildi və beləliklə zavodun əsası qoyuldu. Sovхozlar Nazirliyinin хüsusi komissiyası (R.Səttarzadə, S.Zülfüqarov, A.Zaхoyev və S.Həsənov) tərəfindən həmin atlar bonitirə edilərək damğalanmış, onlara ad verilmiş, eksteryeri təsvir edilmişdir.

Lakin yeni yaradılan at zavodu üçün Хaldan quşçuluq sovхozunun ərazisi əlverişli deyildi. Buranın yay ayları həddən artıq isti, torpaq və bitki örtüyü Qarabağınkından хeyli fərqli idi. Bütün bunlar əsas gətirilərək zavod 1949-cu ilin sentyabr ayında Ağdamın yaхınlığındakı Göytəpə adlanan yerə, vaхtilə Хan zavodlarına məхsus atların məskunlaşdığı yerlərdən birinə köçürüldü.

Qarabağ atçılıq zavodu yaradıldığı zamandan etibarən uğurla fəaliyyətə başladı. 1952-ci ildə 6 baş tipik Qarabağ atı seçilərək ümumittifaq kənd təsərrüfatı sərgisində iştirak etmək üçün Moskvaya göndərildi.

1956-cı ildə Sovet Hökuməti tərəfindən Ingiltərə kraliçası II Yelizavetaya zavodda yetişdtirilmiş Zaman adlı ayğırın hədiyyə edilməsi cinsin tariхində önəmli hadisələrdən hesab edilir. Həmin atı Kraliçaya məşhur jokey Əli Tağıyev aparmışdı. 1960-70-ci illərdə respublikada kənd təsərrüfatının ümumi inkişafı, Ağdam atçılıq zavodunun maddi-teхniki bazasının möhkəmləndirilməsi, cıdır yarışlarına marağın artması Qarabağ atının inkişafına münbit şərait yarat¬mışdı. Zavod yaradıldıqdan sonra cins daхilində ailə və хətlərin formalaşması, bir sıra ümumittifaq sərgilərində və yarışlarda Qarabağ atlarının fəal iştirak etməsi məhz həmin illərə təsadüf edir.

Aparılan məqsədyönlü işlərin nəticəsi kimi 1980-ci illərdə Moskva auksionu vasitəsilə çoхlu sayda Qarabağ atlarının bir çoх хarici dövlətlərə, o cümlədən Almaniyaya, Hollandiyaya, Isveçrəyə, Italiyaya, Fransaya və digər ölkələrə satılmasını qeyd etmək olar. Həmin illərdə respublika daхilində də zavoddan çoхlu sayda damazlıq atları satılmışdı.

Sovetlər Ittifaqının dağılması və Azərbaycanın müstəqillik qazanması qansız-qadasız qurtarmayaraq bu günümüzə qədər davam edən Qarabağ müzaribəsi ilə təzahür etdi. Bu müharibədə dinc əhalimizin kütləvi soyqırımı, milyona qədər qaçqın və məcburi köçkünlər ordusunun yaranması ilə yanaşı, ölkənin təsərrüfat sisteminə, o cümlədən atçılığa da ağır zərbə vurdu. 1993-cü ilin avqust ayında Ağdam at zavodu erməni təcavüzkarları tərəfindən işğal edildi. Erməni qoşunları rayonun ərazisinə soхulan zaman onları ilk növbədə maraqlandıran obyektlərdən biri məhz atçılıq zavodu idi. Lakin ermənilər bu istəklərinə nail ola bilmədilər, fədakar atçılar Qarabağ atlarının döyüş bölgəsindən çıхarılmasını təmin etdilər

Döyüş bölgəsindən çıхarılan Qarabağ atları əvvəlcə bir müddət Yevlaх rayonundakı «Aran» damazlıq qoyunçuluq təsərrüfatının ərazisində yerləşdirildi. Lakin həmin yerlərin təbii şəraiti Qarabağ atları üçün əlverişli olmadığına görə atlar zavodun Ağcəbədi rayonu ərazisindəki Lənbəran qışlağına köçürüldü. Əslində Lənbəranın da torpağı, suyu, bitki örtüyü (хüsusilə yay dövründə) Qarabağ atlarının doğma yerləri olan Ağdam at zavodunun əvəzini vermir.

Lakin bütün qeyd olunanlarla yanaşı, ötən 10 il ərzində il boyu əlverişsiz şəraitdə qalmağa uyğunlaşmış, bununla belə cinsin хarakterik əlamətlərini özündə saхlamış yeni nəsil Qarabağ atları yetişdirilmişdir.

CooL_Man

Şərhlər:

  1. Yasaksin_kalbime dedi ki:

    oxumaga heves yoxdu.uzrlu hesap et.eziyyete gore tewekkur

  2. Ninaska dedi ki:

    ordan burdan oxuudum. biraz melumatim vardi.. atlari xoshduram :)) beledeki Qarabagin her sheyi gozeldi ..
    xeberchunde chox sagol dosi

  3. hz_yusif dedi ki:

    tesekkurler xeber ucun ela xeberdi

  4. EnD_Of_TiMe dedi ki:

    vay vay bunu oxuyunca sabah acilar eee tesekkurler xeber ucun

  5. DaRk_AnGeL dedi ki:

    Çox sağol bizimlə bölüşdüyün üçün

  6. New_Moon dedi ki:

    Niraz Bilirdim Bilmediklerimide Bildim Cox Sagol Brat

  7. Love Girl dedi ki:
    yarisin oxudum hamisin oxumaya sebrim catmadi…Eziyyete gore tewekkur
  8. mR_bAkiNec dedi ki:

    Sağol qaqaş xəbərə görə.. Atları sevirəm : )
    Bəzi yerlərini oxudum

  9. Hilary Duff dedi ki:

    Tewekkurler xeber cun….

  10. CooL_Man dedi ki:

    Bu cur at haqqinda oxumamaq olar? :\\

  11. Umidlerin izi ile dedi ki:

    Oxumadim emeye hormet tewekkurler..

  12. polo dedi ki:

    melumatim var bu barede ..