Yuxu

Bu haqda dünyada çox az adam az bir şey deyə bilər və bunları bir araya gətirsək yenə də çox bir şey alınmaz… Bu bir çox suallar doğuran, yatan anda insanın gözünün qarşısına gələn sadə bir “şəkillər toplusu”durmu!?… Yox hər şey bu qədər sadə olmasa gərək… Əslində, yuxular düşündüyümüzdən də realdır! Əgər belə olmasa idi, hər yuxunun sonunda həyəcanlanmış halda gözümüzü açmazdıq, amma burda belə bir əmma var! Belə ki, siz bəlkə də düşünürsünüz ki, yuxunun ən qorxulu və ya ən həyəcanlı yerində insan oyanır. Mən sual verirəm; sizcə bu həqiqətənmi belədimi? Yox! Siz diqqət etsəniz və çətin də olsa xatırlamağa çalışsanız görərsiniz ki, siz yatan anda sizin oyatsalar da və ya özünüz də oyananda yuxunun ən həyəcanlı yeri olur, bu həqiqətənmi təsadüfdür ki, ən həyəcanlı anda kimsə sizi həmişə oyadır?!… Oyanmaq, başa düşmək olar; həyəcanlanırsan və oyanırsan, amma hər hansı bir insan oyadanda bu necə olur? Qəribədir, elə deyilmi? Belə bir nəticə çıxır ki, yuxu əslində əvvəlcədən hazırlanmış, zamanı ölçülmüş və biçilmiş bir “film”dir!… Nə qədər inanılmaz olsa da, dərin düşüncə bunun belə olduğunu sübut edir. Lap tutaq ki, heç bu belə deyildir də, amma yuxu haqqında bir sual yenə var!: Axı niyə yuxu görürük?! Bu, nəyə gərək?!… Bunun cavabını heç özüm də tapa bilməmişəm, amma hardasa yuxudan sonra olanları analiz edəndə əslində bunların nə olduğunu anlamaq mümkün olur, amma bəzən isə tamamilə anlaşılmaz “film”lər də görə bilərsən. Analiz etmək isə çox sadədi: yuxudan olan şəxsləri, yeri və əsasən də olan söhbətləri xatırla (dünyada insanların çox az bir hissəsi yuxudan olan söhbətləri eşidə bilir). Bunları tam dəqiqliklə xatırlaya bilsən, yuxu haqqında çox şeyi başa düşə bilərsən!

Yuxu haqqında mənim ümumi düşüncələrim var! Gördüyümüz yuxular keçmişdə və ya gələcəkdə olacaq yeni bir həyatların görünmüş qısa bir “ssenari”sidir! Buna biz yeni çıxacaq “film”in “treyler”i də deyə bilərik. Mənə elə gəlir ki, biz özümüz hal-hazırda zaman gec keçən “kinoteatr”da gedən filmin qəhrəmanlarıyıq, amma filmin əsas qəhrəmanı bizi də öz yuxusunda görür və inanın bizim üçün həyatda ən qorxulu və dəhşətli anda, yəni öləndə o yuxudan oyanacaq… Bu o deməkdir ki, əslində biz yuxumuzdan oyanan an yuxudan olan “biz”in ölən anıdır… Əlbət, bizi də yuxusunda görən bir gün oyanacaq!!!…

Rövşən Qasımov (AsofitR)
13.12.11

Nig

Şərhlər:

  1. Yasaksin_kalbime dedi ki:

    men cox yuxu gorurem.amma yuxulara coxda inanmiram.en cox qorxulu yuxular gorurem.tewekkurler

  2. Umidlerin izi ile dedi ki:

    Menim yuxularim birden duz cixir ama cox vaxt gorduyum yuxular seher duranda yadimnan cixir. Xebere gore tewekkurler..

  3. Love Girl dedi ki:

    Xebere gore tewekkurler

  4. New_Moon dedi ki:

    Yuxulara Inanmiram Xebere Gore Sagol

  5. DaRk_AnGeL dedi ki:

    Maraqlı xəbərdi

  6. Ninaska dedi ki:

    yuxuya inaniram.. chox sagol xeberchun

  7. deniz15 dedi ki:

    xebere gore tesekkurler maraqlidi