Ölürəm mən + Keremcem – Hemen şimdi 2013

Sən yoxkən biraz daha ölürəm mən
Qəlbim son bahar yarpaq yarpaq tökülür..
Hər fəsil qış,hər günüm gecə
Sonu yox yolların, sabahı yox saatların..

Və mən biraz daha ölürəm sənsizliyin ortasında
Qoxusu yoxdu çiçəklərin, göy qurşağının rəngi yoxdu.
Atəşi yox sevmələrin, siqaretin dumanı yox..
Gözlərin hər yerdə, hara baxsam O gözlərin
Və mən biraz daha ölürəm gözlərinin ortasında..

Alovu yoxdu yanaqlarının, suyu olmadığı kimi yağışın
Dənizin mavisi yoxdu, eyni gözlərin kimi
Gözlərin hər yerdə, hara baxsam gözlərin
Və mən biraz daha ölürəm sənsizliyin ortasında ..

Dostu yoxdu gecələrin, gecələr çoox uzun
Gecələr bir ömür, ömür dediyin bir dolu ümüd
ümidi yox sabahların,
Eyni sənin yoxluğun kimi..
Və mən biraz daha sənə həsrət
Həsrət bir ip boğazıma düyünlənmiş
Düyünlər hər tərəfimdə, bütün yollar kor düyün
Və mən biraz daha ölürəm sənsizliyin ortasında…
Yalnızlığını mən yazıram seirlərin, ayrılığını mən təsvir edirəm Sevənlərin
Budur Xəyalınla bəzənən bu şəhər…
Və mən ölürəm bu şəhərdə Sənsizliyin ortasında..!

Yasaksin_kalbime

Şərhlər:

  1. Yasaksin_kalbime dedi ki:

    BUYURUN

  2. Yasaksin_kalbime dedi ki:

    werhlerinize gore tewekkurler

  3. MR... dedi ki:

    Kermcemden xosum gelmir yenede saq ol

  4. EnD_Of_TiMe dedi ki:

    tesekkurler

  5. Hilary Duff dedi ki:

    Beyendim Tewekkurler xeber cun……

  6. SEBERT dedi ki:

    gozeldi tewekkur

  7. New_Moon dedi ki:
    Budur Xəyalınla bəzənən bu şəhər…
    Və mən ölürəm bu şəhərdə Sənsizliyin ortasında..!
    Cox Sagol Super Sozleri Var
  8. CooL_Man dedi ki:

    teshekkurler… maraqli xeberdir

  9. DaRk_AnGeL dedi ki:

    Çox sağol qəşəngdi….