Sevirsən görəsən?

Heç bilməzdim sənin üçün bu qədər yadam.. Məni sevmirsən, bəs niyə xoşbəxt deyilsən, niyə üzün gülmür? Mənimlə olanda sənə verə bilmədiyim hansı gözəllik yox idi? Sənə canımı da verməyə hazır idim.. İndi də olanlara baxmayaraq sevirəm səni.. Unuda bilmirəm.. Darıxıram, gəl.. Sonu tamamlanmamış söhbətlərimiz vardı.. Gülüb qurtara bilmədiyimiz şirinliklərimiz vardı.. Gülə bilmirəm.. Heç nə güldürmür məni.. Heç nəyin dadı yoxdu.. Nələr aparmısan məndən məgər? Niyə getdin? Belə tez.. Gülüşün, baxışın, toxunuşun valeh edirdi məni.. Səni sevirəm eşitmək istəyirəm o dodaqlardan..

O kəlmələri duymaq istəyirəm gözlərində.. Səni soruşurlar məndən.. Deyirəm yaxşıdı.. “Getdi, məni qoyub getdi” deyə bilmirəm.. Bununla barışa bilmirəm.. Qayıdacaqsan görəsən? ümüdüm sevindirir məni.. ürəyim “O səni sevir” deyir.. Sevirsən, görəsən? Mənə sevirəm deyə bilərsən? Darıxmışam, gəl.. Sevirəm de mənə.. Darıxmışam.. ürəyim aşıb-daşır.. Səni istəyir.. Daha dözə bilmirəm sənsiz.. çox oldu getdiyin.. Mən daha sənsiz qala bilmirəm.. Darıxmışam, çox darıxmışam.. Sən gəl.. Mən tək səni istəyirəm.. Sən gəl.. Mənim heç bir dərdim qalmaz..
Sən gəlsən, mənə özünlə apardığın xoşbəxtliyimi, şirinliyimi qaytaracaqsan.. Mənə səni qaytar, özümü qaytar.. Sevgimi qaytar.. Gəl, daha heç yerə getmə..

Yasaksin_kalbime

Şərhlər:

  1. Yasaksin_kalbime dedi ki:

    buyurun.

  2. deniz15 dedi ki:

    maraqlidi tesekkurler cox sagolun

  3. Yasaksin_kalbime dedi ki:

    beyendiyinize sevindim tewekkurler

  4. Umidlerin izi ile dedi ki:

    Sadece super ellerine sagliq…

  5. EnD_Of_TiMe dedi ki:

    tesekkurler

  6. Hilary Duff dedi ki:

    Tewekkurler xeber cun……

  7. polo dedi ki:

    sevirdi sevgisini men oldurdum

  8. gizem dedi ki:

    Hm.sevmir.bilirem((

  9. DaRk_AnGeL dedi ki:

    Çox sağol xəbərə görə)

  10. CooL_Man dedi ki:

    cooox sag ol, dostum … ela xeberdir…

  11. gulbencik dedi ki:

    Tesekkurler