Qan qrupuna görə kişilər və qadınlar

Qan qrupuna görə kişilər

I qan qrupu olan kişilər:
Qadınların başını qatmaqda və ilk baxışdan cəzb etməkdə mahirdirlər. Onların xoşuna gəlir ki, qadını həsrətdə qoysunlar və ‘bişmiş məsələni’ uzatsınlar. Amma öz ovlarını ələ keçirəndən sonra qadınlar peşman olmayacaq: çünki o, çox yaxşı kişidir.

II qan qrupu olan kişilər:
çox çəkingən, utancaqdırlar. Sevgi və istəklərini baxışları ilə, özü də gizli çatdırırlar. O, qadını heç vaxt möhkəm sıxmaz. Yüngül toxunuş, yavaş hərəkətlər… Onun həyat yoldaşı gərək həmişə nəzərə çatdırsın ki, ərini sevir. Bu kişilər qadına çox məhrəm, hətta ana kimi baxırlar. Ona görə də ehtiras onlar üçün əsas deyil. Qayğıkeş, işgörən, bəzənsə özlərindən böyük xanımla ailə qururlar.

III qan qrupu olan kişilər:
Hamı elə güman edir ki, o, Don Juandır. Bircə özü bilir ki, həqiqət necədir…O – qadınlarla danışmağı, zarafat etməyi, özünü onlara yaxşı göstərməyi xoşlayır. Əslində isə sevgidən və həqiqi yaxınlıqdan qorxur. Ondan pis ər çıxmayacaq. Hərdən ‘günah’ işlətsə də, ona ömür boyu etibar etmək olar.

IV qan qrupu olan kişilər:
Qadınla bağlı bütün incəlikləri əla bilir. Hissləri dərin deyil, amma ehtirası kifayət qədərdir. Sevgi oyunlarının baş qəhrəmanıdır. Əgər qadın ona bircə gün etiraz etsə, bir daha bu kişinin üzünü görməyəcək.

Qan qrupuna görə qadınlar

I qan qrupu olan qadınlar:
Bu qadınlara onu möhkəm sıxa biləcək və heç yerə getməyə qoymayacaq kişi əli lazımdır. Cazibəli, isti və qısqancdırlar. Yanındakı kişinin başqasına ötəri baxmasını belə həzm edə bilmirlər. İntim həyata acgözdürlər. çünki ehtirasın əsiridirlər. Bu da hər kişinin xoşuna gələr.

II qan qrupu olan qadınlar:
çox çəkingəndir, bilmək olmur, fikrindən nə keçir. Hətta aşiq olsa belə, onu ən gizli sirr kimi saxlayır. Əgər, kişi bunu duysa, onda hər şey əla olacaq. Bu qadınlar etibarlı olurlar. İntimdə çox hissiyatlıdırlar.

III qan qrupu olan qadınlar:
Düzgünlüyün və sadiqlyin arxasında gizli ekstravaqantlıq gizlənir. Amma ondan yaxşı arvad çıxacaq. Sevgi və intimdə gərək həlledici söz onun olsun. Ehtiras onun üçün əsas hiss deyil. İntim məsələdə o, sanki vampirə çevrilib, kişinin bütün enerjisini sovuracaq.

IV qan qrupu olan qadınlar:
O da kişiləri asanlıqla cəzb edə bilir, amma sonradan çox ciddi və tələbkar naturaya çevrilir. Əgər kimisə öz həyatına yaxın buraxsa, bilin ki, kişi onun istədiyi ilə barışmalı və bütün gücünü ona sərf etməlidir. Kişini o qədər bezdirəcək ki, yazıq evdən qaçacaq.

Love Girl

Şərhlər:

  1. EMO GRIL dedi ki:

    he III qrupam oxudum twk xeber ucun

  2. deniz15 dedi ki:

    tesekkurler xebere gore

  3. Sabiw dedi ki:

    II qan qrupu olan qadınlar:
    Çox çəkingəndir, bilmək olmur, fikrindən nə keçir. Hətta aşiq olsa belə, onu ən gizli sirr kimi saxlayır. Əgər, kişi bunu duysa, onda hər şey əla olacaq. Bu qadınlar etibarlı olurlar. İntimdə çox hissiyatlıdırlar.
    Tewekkur!!!

  4. EnD_Of_TiMe dedi ki:
    I qan qrupu olan qadınlar:
    Bu qadınlara onu möhkəm sıxa biləcək və heç yerə getməyə qoymayacaq kişi əli lazımdır. Cazibəli, isti və qısqancdırlar. Yanındakı kişinin başqasına ötəri baxmasını belə həzm edə bilmirlər. İntim həyata acgözdürlər. çünki ehtirasın əsiridirlər. Bu da hər kişinin xoşuna gələr.

    tamamile duzzzz gitara

  5. Hilary Duff dedi ki:

    III qan qrupu olan qadınlar:
    Düzgünlüyün və sadiqlyin arxasında gizli ekstravaqantlıq gizlənir. Amma ondan yaxşı arvad çıxacaq. Sevgi və intimdə gərək həlledici söz onun olsun. Ehtiras onun üçün əsas hiss deyil. İntim məsələdə o, sanki vampirə çevrilib, kişinin bütün enerjisini sovuracaq.

    Tewekkurler xeber cun…….

  6. New_Moon dedi ki:
    I qan qrupu olan kişilər:
    Qadınların başını qatmaqda və ilk baxışdan cəzb etməkdə mahirdirlər. Onların xoşuna gəlir ki, qadını həsrətdə qoysunlar və 'bişmiş məsələni' uzatsınlar. Amma öz ovlarını ələ keçirəndən sonra qadınlar peşman olmayacaq: çünki o, çox yaxşı kişidir.
    Tam Uygun Deyil Yenede Cox Sagol
  7. 90_EJ_062 dedi ki:

    mende 1+dir duz soze ne deyesen)))

  8. Yasaksin_kalbime dedi ki:

    xebere gore tewekkurler

  9. DaRk_AnGeL dedi ki:

    Çox sağol məlumata görə

  10. Sweet_Love dedi ki:

    I qan qrupu olan qadınlar:
    Bu qadınlara onu möhkəm sıxa biləcək və heç yerə getməyə qoymayacaq kişi əli lazımdır. Cazibəli, isti və qısqancdırlar. Yanındakı kişinin başqasına ötəri baxmasını belə həzm edə bilmirlər. İntim həyata acgözdürlər. çünki ehtirasın əsiridirlər. Bu da hər kişinin xoşuna gələr.

    vay canina girl_impossible

    Cazibeli duzdu etir

  11. Unudulmaz_gunler dedi ki:

    II qrup belede bezileri duzdu xeyal

  12. _Sadece_B.G_ dedi ki:

    mende 3+ du. duz geldi. twkrlerr