Sənsiz olsam da yaşamağa məcburam

Ayrıldıq.Allahın məsləhəti beləymiş.Aldı səni məndən.Ayrılığımızdan bir ay ötür artıq.Sənsizlik çox çətindir.
Yaralarım yeni ikən, səni itirdiyim ilk günlər buna tab gətirməyəcəyimi düşünürdüm.
Amma, elə olmurmuş.Allah nə vaxt yazıbsa taleyimə, o vaxt sənə gələcəyəm.
Sənlə keçirdiyim iki ilim ömrümün ən gözəl, unudulmaz günləri idi.
Yadındadır, kiçicik həyətimizdə birlikdə güllər əkmişdik.Dükandan hazır alınmış güllər idi.
Sən onları torpağa basdırırdın.Mən arxadan sənə sarılanda, dönüb mənə baxdın.
Fikrin məndə qaldı, qızılgülün tikanları barmaqlarını qana buladı.Ehhh…
Bir zamanlar başımı sinənə qoyub möhkəm-möhkəm səni qucaqlayardım.
Sanki, itirəcəyimi bilirdim.İndi isə…İndi isə əllərim sadəcə rəsmini qucaqlayır.Bu qədərinə gücüm yetir.
Evimizin hər əşyası sənin xatirənlə doludur.Hərdən, elə bilirəm otaqdasan, qəmli gözlərinlə mənə baxırsan.
Dönüb baxıram…Və sən yoxsan.Qaranlıq otaqlar mənə soyuq məzar kimidir.
Sən bir dəfə öldün, mənsə, sənsizliklə hər gün, hər gün ölürəm.
Bir vaxtlar, hər gün evdən çıxanda alnımdan öpüb
“Haqqını halal et, alnımın yazısı.Səni çox sevirəm.” deyərdin.

Amma, bir gün əsgər geyimində “Haqqını halal et, alnımın yazısı, səni çox sevirəm.” deyib, getdin.
Bu gedişin son gediş oldu.Bir daha dönmədin.Bilirsən məni bu həyatda iki şey saxlayır.
Birincisi, sənin Cənnətdə olduğuna hədsiz sevinirəm, buna əminəm.
çünki, Vətən uğrunda ölən şəhidlər sorğu-sualsız, qəbir əzabı görmədən Cənnətə köçür.
İkincisi də səndən bir parça—beşikdəki oğlumuz.

Ona görə sənsiz olsam da yaşamağa məcburam.

Yasaksin_kalbime

Şərhlər:

  1. New_Moon dedi ki:
    Ayrıldıq.Allahın məsləhəti beləymiş.Aldı səni məndən.Ayrılığımızdan bir ay ötür artıq.Sənsizlik çox çətindir.
    Cox Sagol Ela Xeberdi
  2. Love Girl dedi ki:

    “Haqqını halal et, alnımın yazısı, səni çox sevirəm.

  3. _Sadece_B.G_ dedi ki:

    Amma, bir gün əsgər geyimində “Haqqını halal et, alnımın yazısı, səni çox sevirəm.” deyib, getdin

    pis oldum indi 🙁

  4. Hilary Duff dedi ki:

    “Haqqını halal et, alnımın yazısı.Səni çox sevirəm.”

    Cox pis oldum girl_cray

  5. DaRk_AnGeL dedi ki:

    Qəşəng xəbərdi əllərinə sağlıq

  6. SEBERT dedi ki:

    hmm,menalidi,tewekkur

  7. Yasaksin_kalbime dedi ki:

    beyendiyinize sevindim

  8. gizem dedi ki:

    Twk.maragli.idi(((