Bir kitabdır həyat

Bir kitabın səhifələrini ağır-ağır oxumaq kimidi həyat
Səhifələri çevirdikcə qarşına çıxacaq cümlələrin
səni hara aparacağını bilməmək kimidi

Yaşamın kənarında,
anlamanın hakim olduğu bir ruh halıyla oxumaq lazım idi
çox vaxt hekayənin içində ki, qəhrəmanın kim olduğunu unutmaq,
yalnız oxumaq, oxumaq…

Bir başqasının həyatını kəşf etmək kimidi,
öz iç dünyanı kəşf etmək bəzən
Həzzi böyük idi

İllər içində,
Bir başqa gözlə qarşılaşınca səhifələrin birində,
qorxmamaq əldə deyildi
Bəlkə sənin kimi görə bilmirdi
Bəlkə sən də onun kimi görə bilməyəcəkdin heç bir zaman

O zamanlarda çevirərkən səhifələri ,
sən səsiz olacaqdın bəzən…
Oxuyarkən səsin çıxmayacaq,
susayarkən görməyəcəkdin bəlkə də kitabın
kölgə düşmüş səhifələrini
Yalnız barmaqların gəzişəcəkdi mənanın üstündə
Paylaşdığın yalnız anlamaq olacaqdı səhifələrin içində bəzən

Həyatın bilmirəm neçənci dərisində, bilmirəm neçənci səhifəsindəyəm…
Hər cür duyğunun xırman olduğu
Xoşbəxtliklərin ağ bir buluda yükləndiyi
Gün olub, yağış olduğu
Gün olub şam qanadında günəşə uçduğu
Ya da,
Hüznün bir sevimli kimi əlimi tutduğu…

P.S Həyat bir kitabdır… çalışın səhifələrində gözəl əməllər və xatirələrdən yazılsın

Angel-Feride

Şərhlər:

  1. DaRk_AnGeL dedi ki:

    Qəşəng xəbərdi əllərinə sağlıq

  2. Yasaksin_kalbime dedi ki:

    ne qeder istesekde gozel xatirelerimiz oldugu kimi kederli,xatirlamaq istemediyimiz xatirelerimizde olur.tewekkurler.ela idi.

  3. fidan75 dedi ki:

    bir başqasinin heyatini keşf etmek kimidir öz iç dünyani keşf etmek bezen………cooox gozel xeberdir.bezen bu heyat adli kitabi savadsiz telebe kimi yalniş istifade eder insan buna gore elimizde olan heyati duzgun oxuyaq.coox sagolun

  4. New_Moon dedi ki:
    Gün olub şam qanadında günəşə uçduğu
    Ya da,
    Hüznün bir sevimli kimi əlimi tutduğu…:((((
    Saol Ela Xeberdi………….
  5. Hilary Duff dedi ki:

    Super Tewekkurler…….

    Həyat bir kitabdır… Çalışın səhifələrində gözəl əməllər və xatirələrdən yazılsın

  6. SEBERT dedi ki:

    hmm.menalidi,tewekkur

  7. EnD_Of_TiMe dedi ki:

    İllər içində,
    Bir başqa gözlə qarşılaşınca səhifələrin birində,
    qorxmamaq əldə deyildi
    Bəlkə sənin kimi görə bilmirdi
    Bəlkə sən də onun kimi görə bilməyəcəkdin heç bir zaman