İş, peşə və sənətin vacibliyi və işsizliyin zərəri

Xilqət düzəni elə yəşkil eidlmişdir ki,onun varlığının əsasını

hərəkət və fəaliyyət təşkil edir.Hər bir xilqətın davamı onun hərəkət və yaşamı ilə tənzim

olunur.Allah-təala yaratdığı hər bir xilqəti onun varlığının şərait və vəziyyətinə münasib

olan vasitələrlə təmin etmişdir.Hər bir xilqət həmin vasitələrlə öz varlığını üçün mənfəəti olan

şeyləri cəlb və zərər olan şeyləri dəf edər.İnsan varlıq və xilqət aləminin ən mürəkkəb və

heyrətamiz nümunəsi olaraq başqa məxluqatdan fərqli olaraq zəngin xüsusyyətlərə malikdir

və onun ehtiyaclarının keyfiyyəti başqa varlıqlardan köklü şəkildə seçilir.Ona görə bəşər

daha çox fəaliyyət göstərməyə möhtacdır.Bununla da insan həm öz çoxsaylı fərdi

ehtiyaclarını ödəyir və həm də ailə təşkil edərək onun yaşamını təmin edir.İslam fitri və

ilahi bir din olmaqla həmdə ictimai əsaslara söykənir.Buna görə insan üçün iş və fəaliyyəti

önəmli və həyatı zərurət sayır.İşsiz və fəaliyyətsiz insanlar islama heç bir

dəyərə malik deyil.

İslamda hər bir fərd Allah tərəfindən ona bəxş edilmiş düşüncə və istedada uyğun müəyyən

bir iş ,peşə və sənət seçməli,öz halal zəhmətinin bəhrəsi ilə özünə ruzi qazanmalı,ailə və

icmanın yüklərini çiyinlərində daşıyaraq özünün ,ailənin və camaatın asudə yaşamı üçün

çalışmalıdır.

Qurani-kərimdə belə deyilir:

-“İnsana ancaq öz zəhmətinin və səyinin bəhrəsi qalar.”(Nəcm:39)

Peyğəmbərimiz Həzrəti-Məhəmmədin(s) çoxsaylı hədislərində iş və peşənin əhəmiyyəti

vurğulanır.O Həzrət(s) ömrünün son anlarına kimi əlini işdən çəkməyib.İslamda tənbəllik və

şsizlik qətiyyətlə rədd edilir.

İşsizliyin zərəri:Deyilənlərdən bəlli olurki,iş və çalışma insan üçün

həyatda səadətə yetişməyin düzgün yoludur.Əlbəttə,insan təbiət və xilqətin məcrasından

çıxaraq azacıqda

olsa sapınmalara yol versə,bu onun zərərinə tamamlanar.Deməli,həyat nizamının

söykəndiyi əsas prinsipdən yayınmaq insanın dünya və axirətdə bədbəxtliyinə gətirib

çıxarır.Peyğəmbəri-əkrəm(s) işsizliyə öyrəşərək öz həyatının yükünü və ağırlığını

başqalarının çininə atmaq istəyənləri lənətləyib.

Buna görə yeddinci imam(ə) belə buyurub:

“İş və çaışma zamanı süstlük göstərmə və yorğunluğa qapılma yoxsa dünya və axirəti

itirərsən.”Bu gün ictimai fəsadların böyük bir qismi işsizlikdən doğur.

Cəmiyyətin iqtisadi və mədəni çərxlərini hərəkətdən saxlayan işsizlikdir.

Arabesk Rap

Şərhlər:

  1. Yasaksin_kalbime dedi ki:

    xebere gore tewekkurler ela idi.

  2. Hilary Duff dedi ki:

    Maragli xeberdi Tewekkurler Allah razi olsun……….

  3. Love Girl dedi ki:
    Tewekkurler Allah razi olsun
  4. New_Moon dedi ki:
    -“İnsana ancaq öz zəhmətinin və səyinin bəhrəsi qalar.
    Cox Sagol ………….
  5. DaRk_AnGeL dedi ki:

    Əlbəttə müəyyən yaşa çatdıqda işləmək lazımdi.Çox sağol dəyərli xəbərə görə

  6. deniz15 dedi ki:

    ALLAH razi olsun tesekkur edirem

  7. KiSS Me dedi ki:

    Allah razi olsun

  8. HeYaTiM dedi ki:

    Allah razi olsun

  9. EnD_Of_TiMe dedi ki:

    tesekkurler