Söylə ata həsrəti nə vaxt bitəcək?

Söylə ata həsrəti nə vaxt bitəcək!
Sənsiz keçən günlərə həsrət ilə baxaram
Nürani simanı görmək üçün yuxulara dalaram
Xəyalıma xəyal qatıb qanadlanıb uçaram
Bu yuxumu,ya xəyalmı,ya gərçək
Söylə ata həsrəti nə vaxt bitəcək?
***
Gərçəyi yalan sayıb özümü aldadıram
Sənin yoxlugunu mən bir yuxu sanıram
Həqiqət var olsa da səni, yuxularda axtariram,
Bu yuxumu, ya xəyalmı,ya gərçək
Söylə ata həsrəti nə vaxt bitəcək?
***
Bir qəlb ilə bir cism ilə ruhun bizi tərk etsə də
Ata sən ölməmisən! Döyünürsən qəlblərdə
Nişanın var altı qəlbdə,rahat uyu axirətdə
Bu yuxumu ya xəyalmı ya gərçək
Söylə ata həsrəti nə vaxt bitəcək?

deniz15

Şərhlər:

  1. guzel kiz dedi ki:

    Superiydi/ Cox sagol

  2. Aelita dedi ki:

    Allah hamini atali anali boyutsun <3

  3. DaRk_AnGeL dedi ki:

    Çox sağol bəyəndim