→ Dünyanın ən xoşbəxt şəhəri

→ Dünyanın ən xoşbəxt şəhəri

Forbes jurnalı öz oxucuları arasında yeni bir tədiqat apardı.

Bu dəfə sorğu dünyanın ən xoşbəxt şəhərini öyrənmək üçün aparıldı. Buna görə 10 000 nəfər dünyanın 20 şəhəri arasından ən xoşbəxtini seçməli idi. Sonda nəticəyə gələn sorğu aparıcıları dünyanın ən xoşbəxt şəhərinin Brazilyanın sevimlisi olan Rio de Janeiro olduğunu açıqladılar. Bu şəhər yer üzünün ən əyləncəli yeri olduğunu təsdiqlədi.

İkinci yeri Sidnet, üçüncü yeri Barselona, dördüncü yeri Amsterdam tutdu. Ümumilikdə isə beşliyi tamamlayan şəhər Melbrun oldu. Tədqiqatçıların sözlərinə görə bu nəticələr insanların zövqləri əsasında meydana çıxmışdır. Həmçinin xoşbəxt şəhərlərin onluğu sırasına Madrid, San – Fransisko, Roma, Paris və Buenos – Ayres də daxil edilmişdi. Rio de Janeiro ilə Barselona arasında gedən müqavimətin səbəbi kimi tədqiqatçılar həmin şəhərlərin hər birində yüksək səviyyəli əyləncələrin təşkil olunmasını söylədi.

Axı bayramlar və xoşbəxtlik sosioloji baxımdan bir – birinə çox bağlıdır. Bunların içində qaynar ənənəvi keçirilən karnavallar, günəşli mövsüm və çimərliklərin xüsusi görünüşü, istirahət mühüm rol oynayır. Xatırladaq ki, 2009 – cu ilin mayında Forbes jurnalı on ən xoşbəxt ölkənin adını açıqlamışdı və bu sırada Danimarka liderlik edirdi. Nəticədə danimarkalıların həyatının çox yüksək səviyyədə olduğu məlum olmuşdu. Həmçinin il onluğun sırasına İrlandiya, İsveçrə, İsveç, Kanada, Yeni Zellandiya, Norveç və Belçika da qatılmışdı.

R_O_S_H_K_A

Şərhlər:

  1. MILAQROS dedi ki:

    Goresen Baki da ne vaxtsa olacaq?

  2. Prenses dedi ki:
    Baki Chetin Olsun Milaqros
  3. aznetin_gozeli dedi ki:

    Gun geler Baki da olar…niye bele pessimistsiniz?eger baxsaq secilen seher inkisaf seviyesine gore hec de IEO deyil..ele bizim kimi IEOO dir, belke de biz nelerdese artiqiq…..

    qurban olaram BAKIMA!

  4. dreamy dedi ki:

    Sekilden bildim ki bu Riodur.kas orda olardim… elaaa.tsk+

  5. VeFaSiz_Giz dedi ki:

    eziyyete gore cox saqol

  6. Avtosh_227 dedi ki:

    cox sagol…ellerin var olsun…