Qadınlar haqqında maraqlı faktlar

Əgər qadın gəzərkən qarşısına günəşdən qızmış çınqıl çıxarsa, o, çınqılın üzərindən barmaqlarının ucunda keçəcək. Kişi isə bu halda dabanlarını yerə basardı.

Qadın əsnəyəndə ağzını ovucu ilə, kişi isə yumruğu ilə tutur.

Qadını kimsə çağıranda, o yalnız başını çevirir. Kişi isə gövdəsini də döndərir, çünki kişilərin boynu daha yoğundur və o həmişə xoşagəlməzliklərlə üzləşə bilər.

Qadınlar xarici dil öyrənməyə meyillidirlər, daha doğrusu, bu onlara daha asan müyəssər olur. ümumiyyətlə, statistikaya görə, qadınlar daha savadlı və sürətli danışırlar.

Qadın heç vaxt futbolkasını kürəyindən yapışıb çıxarmır.

Qadın heç vaxt boynunun ardını qaşımır, çünki çaşqınlığını nümayiş etdirmək istəmir və üstəlik, bu onun saç düzümünü poza bilər.

Əgər qadından əllərini göstərməyi xahiş etsən, yəqin ki, o, qüsursuz manikürünü göstərmək üçün ovucları aşağı əyəcək. Kişilər isə bu halda açıq ovuclarını irəli uzadırlar.

Statistikaya görə, qadınlar kişilərdən 5 il çox yaşayır.

Təcrübə göstərir ki, qadınlar daha yaxşı sürücüdürlər. Əlbəttə, onlar da qəzaya düşürlər, amma bu qəzalar o qədər də ağır olmur. Kişilər isə, sürəti sevirlər və yol qaydalarını daha tez-tez pozurlar.

Qadınlar güclü ağrılara kişilərdən daha dözümlüdürlər.

Əgər qadın təsadüfən barmağını çəkiclə əzirsə, kişilərdən fərqli olaraq, senzuradan kənar sözlər işlətmirlər.

Alimlər bu qənaətə gəliblər ki, qadınlar daha səbrli və diqqətlidirlər və illər keçdikcə də, bu keyfiyyətlərini itirmirlər.

Ən yüksək IQ göstəricisi olan qadın (196-dır) Merlin Maç Vos Svantdır.

Maraqlıdır ki, qadınların 24 faizi “dünyaya kişi kimi gəlmək istəyərdim” deyir.

İspaniyalı 67 yaşlı qadın əkiz uşaq doğmaqla Ginnesin Rekordlar Kitabına düşüb.

Müntəzəm olaraq dodaq boyasından istifadə edən qadınlar ömür boyu 2 kiloqram dodaq boyası yeyirlər.

Qadın geyinərkən birinci köynəyi seçir, kişilər isə, geyinməyə əvvəlcə şalvardan başlayırlar.

Əgər qadın yumruq vurmağa cəhd göstərirsə, bir qayda olaraq, böyük barmağı irəli çıxır.

Əgər yaş paltarı sıxmaq lazım gəlirsə, qadın bunun üçün ovuclarını yuxarı qaldırır, kişi isə əksinə, ovuclarını aşağı açır.

deniz15

Şərhlər:

  1. DaRk_AnGeL dedi ki:

    Alimlər bu qənaətə gəliblər ki, qadınlar daha səbrli və diqqətlidirlər və illər keçdikcə də, bu keyfiyyətlərini itirmirlər. Məncə yox)))
    Maraqlı məlumata görə təşəkkür

  2. New_Moon dedi ki:

    Sitat: DaRk_AnGeL
    Alimlər bu qənaətə gəliblər ki, qadınlar daha səbrli və diqqətlidirlər və illər keçdikcə də, bu keyfiyyətlərini itirmirlər. Məncə yox)))

    Mende Qowuluram Yox Duz Deyil…Cox Sagol Xebere Gore
  3. EnD_Of_TiMe dedi ki:

    Qadın geyinərkən birinci köynəyi seçir, kişilər isə, geyinməyə əvvəlcə şalvardan başlayırlar komp

  4. mR_bAkiNec dedi ki:

    Təşəkkürlər xəbərə görə

  5. SEBERT dedi ki:

    hmm,maraqli ve dogrudu tewekkur

  6. Aelita dedi ki:

    hamsi duzdu 🙂

  7. eqoist dedi ki:

    bu qadinlar haqda o geder danismaq olar ki, o geder maraqli faktlar var ki….

  8. deniz15 dedi ki:

    şerhlerinz ucun tesekkurler