Avstraliyalı 30 il ərzində doğma qızını zorlayıb

Avstraliyal305; 30 il 601;rzind601; do287;ma q305;z305;n305; zorlay305;b

40 yaşlı qadın atasında 4 uşaq dünyaya gətirib

Avstraliya polisi 30 il ərzində doğma qızını zorlayan cinayətkara rəsmi ittiham irəli sürüb. Fox.az-ın “Herald Sun” qəzetinə istinadən verdiyi məlumata görə, cinayət işindəki fiqurantlarının adları çəkilmir.

Polisin məlumatına görə, Melburn sakini 1970-ci illərin sonunda 11 yaşlı qızını zorlamağa başlayıb. Hazırda “atanın” 60, qızının isə 40 yaşı var. Polisdəki mənbə bildirib ki, zorlama ancaq 2007-ci ildə – qadın valideynlərindən ayrı yaşamağa başlayandan sonra dayanıb. Cinayətkarın mütəmadi olaraq qızını döydüyü də bildirilir. Qonşular isə onların ailəsində nə baş verdiyindən xəbərsiz olublar.

Qadın bu müddət ərzində atasından 4 uşaq dünyaya gətirib. Polis zorakılıqdan 2005-ci ildə xəbər tutub. Lakin qadın atasının həbsxanaya salınacağından ehtiyat edərək istintaqla əməkdaşlıq etməkdən imtina edib. 2008-ci ildə keçirilən genetik ekspertiza ittiham edilənin uşaqların atası olduğunu sübut edib. 2009-cu ilin fevralında isə faktla bağlı cinayət işi qaldırılıb. Ümumilikdə cinayətkara 80 zorakılıq aktı ilə bağlı ittiham irəli sürülüb.

Hazırda 40 yaşlı qadın və onun 4 uşağı polisin himayəsindədir. Onlara şahidlərin təhlükəsizliyi proqramı şamil edilib.40 yaşlı qadın atasında 4 uşaq dünyaya gətirib

R_O_S_H_K_A

Şərhlər:

  1. MILAQROS dedi ki:

    aydaaaa musubetdiye aaaaaa

  2. Prenses dedi ki:

    Aydaaa bunlar nedi bele ?/dehwet demek de olmaz buna.chox sag ol

  3. dreamy dedi ki:

    Qiyamet gunun elametlerindendir, dehshetttttttttttttt

  4. VeFaSiz_Giz dedi ki:

    yene kriminal ? eziyyete gore cox saqol

  5. KinG ArthuR dedi ki:

    adamda abr heya olarda dehwetdilere..Xebre gore cox saqol