Qardaşının əlindən tutub Cənnətə girin

Peyğəmbər əfəndimiz, bir gün gülümsədi….
Bunu görən Həzrəti Ömər səbəbini sual etdi. Rəsulullah əfəndimiz buyurdu ki:….

(ümmətimdən iki adam, axirətdə hesablaşarlar…)
– Biri “Ya Rəbbi, bu adamdan haqqımı al” – deyər.
Allahu təala, o birinə, “Bu adamın haqqını ver” – buyurar. Adam, “Ya Rəbbi, bir yaxşılığım qalmadı ki necə verim?” – deyər.
Allahu təala haqq sahibinə, “Bu adamın yaxşılığı qalmadı. Nə edəcəksən” – buyurar. Adam “Elə isə günahlarımı götürsün” – deyər.

Bu vaxt Peyğəmbər əfəndimiz ağlayaraq “O gün elə dəhşətli bir gündür ki, o gün başqalarının günahlarını yüklənmək belə qalsın, insan öz günahının yükünü çəkə bilməz” – buyurdu.

Allahu təala, haqq sahibinə,
– Başını qaldır, Cənnətin bu möhtəşəm köşklərinə bax – deyər.
Haqq sahibi baxdıqdan sonra,
– Bəli görürəm. Bu möhtəşəm köşklər, hansı peyğəmbərin və ya hansı şəhidindir. – deyər.
Allahu təala,
– O gördüyün göz qamaşdırıcı köşklər, əvəzlərini ödəyənlər üçündür. – buyurar…
Adam,
– Ya Rəbbi bunların əvəzlərini kim ödəyə bilər ki? – deyər.
Allahu təala, “Sən ödəyə bilərsən” – buyurar.
Adam,
– Necə ödəyə bilərəm, neyim var ki? – deyər.
Allahu təala, “Haqqını bu qardaşına bağışlamaqla bu köşkə sahib olarsan” – buyurar.
Adam dərhal, “Bağışladım ya Rəbbi” deyər.
Allahu təala,
– Qardaşının əlindən tutub Cənnətə girin – buyurar.
Peyğəmbər əfəndimiz əleyhissalam davam edərək buyurdu ki:

– Allahdan qorxun və aralarınızı düzəltməyə çalışın! çünki Allahu təala, qiyamət günündə sizin aralarınızı düzəldər. [Haraiti]

HeYaTiM

Şərhlər:

  1. deniz15 dedi ki:

    ALLAH razi olsun sizden cox sagolun

  2. DaRk_AnGeL dedi ki:

    Çox sağol ALLAH RAZI OLSUN

  3. Hilary Duff dedi ki:

    Allah razi olsun…

  4. Yasaksin_kalbime dedi ki:

    ALLAH razi olsun

  5. gizem dedi ki:

    twk allah razi olsun

  6. MR... dedi ki:
    Forgenc.net

    (Gencler ucun eylence portali)