Kişiləri ələ verən 5 bədən hərəkəti

Sloqanımız budur: anlaşılmayan heç bir kişi qalmasın! Zəif nöqtələrini saxlamağı üstün tutan kişilərin bədən dillərindən yola çıxaraq duyğularını ifşa edirik.
Hamısı üçün eyni şeyi söyləyə bilməsək də əksəriyyəti üçün deyə bilərik ki; kişilər, ümumiyyətlə zəif nöqtələrini gizlətməyi üstün tuturlar.

Etiraf çətinliyi

Kişi, önə doğru əyik oturur, çiyinləri aşağı, baxışları tam başınızın üzərində bir yerdədirsə, bu, kişinin bir şey etiraf etmə hazırlığında olduğunu göstərir. Daha çox günahkarlardan müşahidə edilən bir davranışdır. Önə əyilərək və yuxarıya baxaraq danışan insan, yalvaran bir mövqeyə girər. Qarşısındakının mərhəmətini diləyir kimidir. Bu vəziyyətdə ona, “Mənə bir şey söyləmək istəyirsən yəqin” deyərək yaxınlaşmanız, danışmasını təmin etmək baxımından faydalı olacaq.

Gərginlik

Yoldaşınız davamlı bir yerlərə toxunursa, barmaqlarını davamlı saçlarına keçirirsə, deməli çox streslidir. Saçlarla oynamaq bir həyəcan işarəsidir. Köynəyinin düymələriylə oynamaq, cib telefonunu ya da qələmi çevirmək bir gərginlik işarəsidir. Stressdən qıçlarını yelləyib barmaqlarıyla ritm də tutur ola bilər. Yoldaşınız, fiziki olaraq sizinlə amma ruhən başqa yerdə deməkdir. Özünü və ətrafının fərqinə varmasını təmin edin.

Yalan anı

Yoldaşınız ağzını bağlayır, burnuyla ya da qulaqlarıyla oynayırsa yalan söylədiyi mövzusunda özünü ələ verir deməkdir. çünki yalan danışan insanın qan dövranı sürətlənir; bundan ötəri burun və qulaq kimi bölgələri istilənib qaşınır. Yalandan yalana da fərq vardır. Böyük yalanlar insanı daha da narahat edir və kədər verir. Əgər çox narahat deyilse deməli bağışlanılacaq bir yalandı. Ona dəstəyinizi göstərmək üçün ”Yaxşı, artıq gözlərimə baxa bilərsən” kimi bir ifadə istifadə edin. çünki yalan danışarkən gözlərinizin içinə baxa bilməyəcək.

Hirslilik

Möhkəm yumruqlar, başqa istiqamətə baxan gözlər, birləşmiş çənə, hirslilik ifadəsidir. Xüsusilə çənəsinin almacıq sümüklərilə birləşdiyi nöqtəni müşahidə etmək lazımdır. Ağzı gərgin, çənəsini davamlı tərpədirsə deməli çox hirslidir. Əsəbin səbəbinin siz ya da başqası olduğunu anlamaq üçün gözlərinin içinə baxın. İkinci göz təmasında gözlərinə deyil, yerə baxırsa əsəbinin səbəbi sizsiniz.

Etibarsızlıq

Əlləriylə bir yerə yapışır, gücü əllərindən alırsa, yoldaşınız ağızından çıxanları idarə etmək istəyir. çünki özümüzü ifadə edə bildiyimiz zamanlarda əllərimizi sərbəst buraxarıq, hətta danışma əsnasında onlardan faydalanarıq. Əlləri dizlərin və ya masanın üstündə açıq vəziyyətdə saxlamaq ya da cibə soxmaq da etibarsızlıq işarəsidir. Bu vəziyyətdə ona eqosunu oxşayan sözlərlə yaxınlaşmaq lazımdır.

BaBy BaRBie

Şərhlər:

  1. _Sadece_B.G_ dedi ki:

    coxu duzdu buna oxwar ders kecmiwik deye bilirem. twkrlerrr cox melumatli xeberdi

  2. deniz15 dedi ki:

    tesekkur edirem cox maraqlidi

  3. DaRk_AnGeL dedi ki:

    Təşəkkürlər xəbərə görə

  4. Yeni urek dedi ki:

    Təşəkkürlər xəbərə görə

  5. Hilary Duff dedi ki:

    Maraqli xeber idi Tewekkurler…

  6. Yasaksin_kalbime dedi ki:

    xebere gore tewekkurler

  7. 90_EJ_062 dedi ki:

    Kishiler yalan danisha bilmirler danishar kimi tutulular amma eks cinsin numayendelerinin esl fikrini basha dushmek cooooox cetindi hetta mumkunsuzdu

  8. New_Moon dedi ki:
    Men Eseblewende Gizlede Bilmirem Qalan Melumatlar Menim Ucun Sefdi..Xebere Gore Sagol
  9. gizem dedi ki:

    MARAQLI XEBERDI TWK

  10. _Sevgim_ dedi ki:

    hmmm tamamileeeeee dogrudur

  11. Aelita dedi ki:

    gelen defe yoxlayaram

  12. Ninaska dedi ki:

    marakli xeberdi tshk ..