Stress testi
Aşağıdakı vəziyyətlərə ümumiyyətlə necə reaksiya verdiyinizi işarələyərək stress səviyyənizi ölçün.
4- Hər vaxt
3- Tez-tez
2- Bəzən
1- Heç
Hər suala sizə uyğun olduğunu düşündüyünüz bir ədəd verin. Anketi tamamladığınızda ədədləri yığın. Anketin nəticəsini əldə etdiyiniz ədədə görə qiymətləndirin.
1-Bir çox fərqli işi qısa zamana sığdırmağa çalışırsınızmı?
2-İş əklikləriniz və ya gecikmələr vəziyyətində səbirsizlənirsinizmi?
3-Əylənmək məqsədli də olsa oynadığınız oyunlarda həmişə qazanmaq məcburiyyətində hiss edirsinizmi?
4-Tıxacda qırmızı işıq yanmaq üzrəykən avtomobilinizlə dərhal keçməyə çalışırsınızmı?
5-Gördüyünüz bir işdə köməyə ehtiyacınız olsa da soruşmaqdan qaçırsınızmı?
6-Davamlı olaraq başqalarının heyranlığını qazanmaq və hörmət edilmə ehtiyacı hiss edirsinizmi?
7-Başqalarının işlərini etmə formalarını sıxlıqla tənqid edirsinizmi?
8-Tez-tez saata baxırsınızmı?
9-Müvəffəqiyyətlərinizi və mövqenizi yüksəltmə mövzusunda həddindən artıq ehtiras etdiyiniz olurmu?
10-Zamanın sizə çatmadığı düşüncəsinə qapılırsınızmı?
11-Bir anda birdən çox iş etmə vərdişiniz vardırmı?
12-Tez-tez özünüzü gərgin və ya əsəbi hiss edirsinizmi?
13-Hobbilərinizə və özünüzə vaxt ayırmaqda çətinlik çəkirsinizmi?
14-Tez danışma və ya söhbətləri sürətləndirmə meyliniz varmı?
15-Özünüzü dolanılması çətin biri olaraq qəbul edirsinizmi?
16-Dost və ya qohumlarınız sizinlə dolanmanın çətin olduğunu söyləyirlərmi?
17-Birdən çox proyektdə iştirak etmə meyliniz vardırmı?
18-Özünüzə tez-tez işinizi bitirmə tarixləri qoyursunuzmu?
19-Dincəlməyə ayırdığınız və ya boş oturduğunuz vaxtlarda özünüzü günahkar hiss edirsinizmi?
20-Özünüzə çox-çox məsuliyyət yüklədiyiniz olurmu?
QİYMƏTLƏNDİRMƏ
* Əgər cəmi 20 – 30 arasındadırsa, çox məhsuldar bir insan deyilsiniz və həyatınızı canlandırmağa ehtiyacınız var.
* Əgər cəmi 31 – 50 arasındadırsa, stresslə başa çıxma mövzusunda yaxşı vəziyyətdəsiniz.
* Əgər cəmi 51 – 60 arasındadırsa, stress səviyyəniz normalın üzərindədir və həddindən artıq gərgin olma sərhədindəsiniz.
* Əgər cəmi hesab 61 və üzərindədirsə, ürək xəstəliyinə tutulma şansınız yüksəkdir.
Şərh yazmağı unutmayın.
Yenilənib:
tshk. kitab almisham :)) marakli testler var 😛 bir ara paylasharam :))
Sweet_Love,
eger xowunuza geldise bele xeberleri daha cox gondere bilerem)))
New_Moon,
inanmasaniz da mence yoxlamaq lazimdi bir de gorursen ki duz cixir…
Stresslə başa çıxma mövzusunda yaxşı vəziyyətdəsiniz. bu cvb cixdi ne deyim tewekkurler arada bele xeberler olsa mence daha yaxwi olar ellerine sagliq canim
gozelllllll
Men bele weylere inanmiram Amma eziyyete gore tewekkurler
tesekkurler xebe rucun
Əgər cəmi 51 – 60 arasındadırsa, stress səviyyəniz normalın üzərindədir və həddindən artıq gərgin olma sərhədindəsiniz.
olmesem yaxwidi 😀
– Əllərinizə sağlılq
Tewekkurler xeber cun……
maraqli testdir
Təşəkkülər yaxşı çıxmadı nəticələri
sebrim yoxdu yoxlamaga sonra baxaram.tewekkurler
Nem.sora.yoxluyaram.twk
tesekkur edirem cox sagolun
shivahi hesabladim 45 deyek yuvarlaq olaraq)