Zikr

Zikr sözünün ərəb dilindən tərcüməsi “xatırlamaq” deməkdir. Bəndənin Allahı xatırlaması, Onun mövcudluğunu duyması və bu duyğudan zövq alması kimi mənalandırılır.

Zikr həm də Qurani-kərimin adlarından biridir. çünki bu kitabda Allahın mövcudluğu, sifətləri və Ona iman gətirməyin zərurəti insanlara dönə-dönə xatırladılır: “Bu (Quran) nazil etdiyimiz mübarək bir zikrdir. İndi siz onu inkarmı edirsiniz?” (Ənbiya, 50).

Allahu Təala qullarının Ona ən gözəl şəkildə ibadət etməsini sevir. Əgər Ona yaxınlaşmaq istəyirlərsə, etdikləri əməlləri yalnız kamil və tamam halda qəbul edir. Allahu Təala Qurani Kərimdə bir çox ayələrdə, görülən əməllərin ən gözəl şəkildə olmasını şərtləndirib. Həmçinin Qurani Kərimdə möminlər, ən gözəl əməl görənlər kimi təsvir edilib. Hud surəsinin 7-ci ayəsində Allahu Təala buyurur ki; ((Ərşi su üzərində ikən hansınızın daha gözəl əməl (itaət) sahibi olacağını sınayıb bilmək üçün göyləri və yeri altı gündə yaradan Odur.))

Allahu Təalanın insanlara verdiyi bəlalarda hikməti, onların ən gözəl işlər görənləri ilə pis işlər görənləri ayırmaqdır. Bütün ayələrdə Allahu Təala bildirir ki, hansı insanlar ən gözəl əməl edəcəklər, ən çox əməl deyil.

Ən gözəl əməllərdən də biri sayılan Allahı zikr etmək, Allahı anmaq və hər an xatırlamaqdır.

Belə olduqda siz (itaətlə) Məni xatırlayın ki, Mən də sizi yada salım! Mənə şükür edin, Məni danmayın! (Əl-Bəqərə, 152)

O kəslər ki, ayaq üstə olanda da, oturanda da, uzananda da Allahı xatırlar, göylərin və yerin yaradılması haqqında düşünər (və deyərlər): “Ey Rəbbimiz! Sən bunları boş yerə yaratmamısan! Sən pak və müqəddəssən! Bizi cəhənnəm odunun əzabından (Özün) qoru!)) (Əl-İmran, 191)

O vəziyyətdə belə Rəbbini çox yada sal (zikr et) və səhər-axşam şə’ninə tə’riflər deyib şükür et!” buyurdu. (Əl-İmran, 41)

Səhər-axşam yalvararaq, qorxaraq, səsini qaldırmadan ürəyində Rəbbini yad et və qafillərdən olma! (Əl-Əraf, 205)

Rəbbinin adını zikr et və (hər şeyi buraxıb) Ona tərəf yönəl.(Əl-Muzəmmil, 8)

Zikr

Allahı zikr etməyin aşağıdakı faydaları vardır:

1) Şeytanı qovur, onu əzir və sındırır;

2) Rəhman olan Allahı razı salır;

3) Qəlbdə olan sıxıntı və kədəri aparır;

4) Könüldə sevinc və fərəh hissləri oyadır;

5) ürəyi və bədəni bərkidir;

6) Qəlbi və sifəti nurlandırır;

7) Ruzinin gəlməsinə səbəb olur;

1- Zikr etmək peyğəmbərlərin sifətlərindən idi.


2- İmam Sadiq (ə) buyurmuşdur: “Sübhanəllah demək insanın əməl tərəzisinin yarısını, “Əlhəmdu lillah” onu bütünlüklə, “Allahu-əkbər” isə yerlə göyun arasını doldurar.” (“üsuli-kafi”, 2-ci cild, səh. 506)


3- Həzrət Peyğəmbəri-Əkrəm (s) buyurmuşdur: “Ölüm mələyi (Əzrail) hər gecə nida edib deyir: “Ey qəbir əhli, bu gün kimə və nə üçün qibtə edirsiniz? Artıq axirət işini aşkar şəkildə gördünüz?!” Ölülər cavabında deyərlər: “Biz möminlərə qibtə edirik. Onlar Ramazan ayında oruc tuturlar, biz tutmuruq, onlar sədəqə verir, biz vermirik. Onlar Allahı çox yad edir, biz isə yad etmirik. əfsuslar olsun dünya evində bizim əldən verdiklərimizə!” (“İrşadul-qülub”, səh. 536)


4- Zikr etmək Allah-taalanı yad edib, Onun sifətləri haqqında fikirləşməkdir.


5- İmam Sadiq (ə) buyurmuşdur: “Həqiqətən Allaha zikr edən şəxs mütidir.”


6- İmam Baqir (ə) buyurmuşdur: “Allaha zikr etməklə məşğul olan mömin şəxs durduğu, oturduğu və uzandığı halda olsa da belə, daim namaz halındadır.”


7- İmam Baqir (ə) buyurmuşdur: “Kəlmeyi-şəhadətdən sonra “La ilahə illəllah” zikrini deməkdən üstün bir savab yoxdur.” (“üsuli-kafi”, 2-ci cild, səh. 516, hədis: 1)


8- Allahdan uzaq düşməkdən qəmli bir ayrılıq yoxdur, belə isə həmişə qəlbinizi Allahı yad etməklə məşğul edin.


9- Allah-taala həmişə zikr halında olan şəxsə hikmət vermişdir. çünki hikmət kökü qəlbdə, meyvəsi isə dildə olan bir ağaca bənzəyir.


10- Allahı yad etmək insan ruhunu təmizləyir

Angel-Feride

Şərhlər:

  1. Aelita dedi ki:

    <3 Allah hamini weytanin pis emellerinden qorusun <3

  2. SEBERT dedi ki:

    Allah razi olsun

  3. guzel kiz dedi ki:

    Buyuk olan Allah sizlerden razi olsun/ Cox sag olun

  4. Yasaksin_kalbime dedi ki:

    ALLAH razi olsun

  5. Hilary Duff dedi ki:

    Allah razi olsun……

  6. Ninaska dedi ki:

    Allah Razi Olsun ..

  7. deniz15 dedi ki:

    ALLAH razi olsun sizden cox sagolun

  8. DaRk_AnGeL dedi ki:

    Çox sağol ALLAH RAZI OLSUN