Eşq və Külək


Uzaq – uzaq keçmişdə Eşq küləkdən qorxurdu və buna görə də kimsənin bilmədiyi bir zirzəmidə gizləndi “burada məni külək tapa bilməz” dedi və uzun bir yuxuya getdi. Külək onu çox axtardı amma heç cür tapa bilmədi…
Keçən zamanda ərzində insan daddığı hər hissi Eşqə bildi. Bəzən sahiblənməyin, bəzən dostluğun, bəzən həsrətin və bəzən də mərhəmətin adı eşq oldu. Hər dəfə vəziyyətin fərqinə vardı külək və sovurdu eşq olmayan hər hissi sonra insan hissləri gerçək adıyla yaşamağa başladı.
Sahipləndiyi adamın böyük qardaşı və ya bacısı, dost olduğu adamın sirdaşı, darıxdığı adamın uzun zaman görmədiyi yoldaşı, mərhəmət duyduğunun da kömək etdiyi adam olduğunun fərqinə vardı. Dünya Eşqə həsrət dərin bir həsrət içində çox vaxt keçirdi, lakin eşq oyanmadı. İllər keçməsinə baxmayaraq külək Eşqi axtarmaqdan imtina etmədi çox dalğalar yaşadı insan …
Eşq olmasa da altında bir hiss vardır mütləq dedi və eşqsiz də sevimli oluna bilər prinsipi ilə sevdiyi ilə evləndi uşaqlar doğuldu amma qısa sürdü bu evliliklər zaman keçdi vəeşqsiz evliliklər məhkəmələrdə qarşılıqlı imzalarla məzara basdırıldı.
Külək yenə orada idi .. Külək hər yerdə axtarmağa davam etdi Eşqi lakin tapa bilmədi eşq oyanmadı. çox qəzəbləndi külək bu vəziyyətə “Eşqi tapmalıyam mütləq tapmaq məcburiyyətindəyəm” dedi və o qəzəblə and içdi “bundan belə insanları eşq mövzusunda xəbərdar etməyəcəm” dedi və o gündən sonra dünyada eşq olmayan çox hiss eşq olaraq bilindi.
Aradan çox uzun zaman keçdi. Nəhayət eşq oyandı, külək Eşqi tapdı bir-birlərinə baxdılar və külək “zaman səndən daha qüvvətlidir eşq” dedi eşq “bunun üçün oyanmadım, çünki bilirdim bunu külək” dedi …..
Külək baxdı gülümsədi və eşq “yenə eyni yerdəyəm külək, başladığım yerdə” dedi və getdi ….
Külək arxasından getmədi Eşqin . Eşq və külək o gündən sonra heç qarşılaşmadılar. İllər sonra külək Eşqi xatırladığında gözündə bir damla yaş əllərində titrəmə və içində dərin bir ağrıyla gülümsədi səmaya ….

Angel-Feride

Şərhlər:

  1. guzel kiz dedi ki:

    Cox sag ol/ Ellerine sagliq. Yaxsi hekaye idi.

  2. deniz15 dedi ki:

    maraqlidi tesekkur edirem

  3. _Sevgim_ dedi ki:

    coooooooooox gozeldi xeyal twk caniiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiim

  4. Sweet_Love dedi ki:

    Ellerine sagliq inan cox beyendim cooox gozel yazi idi twk

  5. DaRk_AnGeL dedi ki:

    Əllərinə sağlıq gözəl idi