Yağış

Yağış.. Pəncərəmin gördüyü ən gözəl mənzərə.. Qulağımın eşitdiyi ən sakit və həzin səs..
Gördüyümdə heç dayanmasını istəmədiyim mənzərə..
İncə sularınla yuyarsan hər yeri.. Bəlkə kiminsə qəmini apararsan, kiminsə sevincini..
Bəlkə də kimisə sadəcə öz narın yağan damcılarınla isladarsan..


Pəncərəmdə görsəm əlimi uzadaram sənə.. Bəlkə yağan damcıları arasında bir payım vardır deyə..
Damcılarını yağdırarkən kimisə islanır.. Lakin səni ürəyində hiss edənlərdə var.. Yağmağını gözləyən biriləri də var..

Yağış

O`nu yadıma salırsan çünki.. O`nu gətirirsən sanki Mənə..
Kədər yox, sevinc gətirirsən Mənə.. O qədər sevincli ki, hətta yazılara sığmır bu cümlələr..

Sən yağarkən günəş olmur.. Amma yağdığında `Günəş`imidə verirsən Mənə..
Göyü ulduzlar parladırsa, yeri də sən parladırsan.. Öz nazlı damcılarınla..
Sən tək səni sevən insanları yox, sənə ehtiyacı olan təbiətidə sevindirirsən öz `yağış`ınla..
Nə gözəldi axşam yağışın səsiylə yuxuya getmək.. Və onun iyiylə yuxudan oyanmaq…

Angel-Feride

Şərhlər:

  1. Sweet_Love dedi ki:

    COX BEYENDIM BU XEBERI ELLERINE SAGLIQ girl_pinkglassesf

  2. Aelita dedi ki:

    yagiwi sevirem <3

  3. SEBERT dedi ki:

    gozel sozlerdi tewekkur

  4. Ninaska dedi ki:

    tshk mahnichunde yagiw

  5. Pembe Panter dedi ki:

    bu mahnidn cox xowum gelir

  6. deniz15 dedi ki:

    cox sagolun tesekkur edirem

  7. DaRk_AnGeL dedi ki:

    Bəyəndim çox sağol