Sənsiz sevinc nədir bilməyəcəyəm
Gülürsən üzümə;gülüşün şirin,
ancaq gözlərində bir intizar var…
Şirindir bu sənli dəqiqələrim,
ancaq ürəyimdə susub arzular!…
Elə arzularam,elə istərəm,
nazla gözlərimə baxasan,gülüm!…
Amma istəmərəm gizlin gileylə,
qəlbimi yandırıb-yaxasan,gülüm!…
Ömür ağacımın düşür yarpağı,
son payız küləyi uğuldadıqca…
Gül-çiçək qucaqlar qara torpağı,
ürək öz eşqini pıçıldadıqca!…
Sevənlər ehtiyac duymamış sözə,
sevindim-gözünə baxanda,gülüm!…
Gəl,qoşa dayanaq-duraq üz-üzə,
birlikdə bu yola çıxanda,gülüm!…
Sənsiz hər əzabı daşısam da mən,
“sevmirəm,”-sözünü deməyəcəyəm!…
Əlli il,lap yüz il yaşasam da mən,
sənsiz sevinc nədir-bilməyəcəyəm!.
Yenilənib:
Gozel seirdi. Tesekkurler
sheirchun tshk ..
Superrrr Cox gozel weirdi Tewekkurler….
gozel gunleriniz olsun cox sagolun
Sənsiz hər əzabı daşısam da mən,
"sevmirəm,"-sözünü deməyəcəyəm!…
Əlli il,lap yüz il yaşasam da mən,
sənsiz sevinc nədir-bilməyəcəyəm!.
twk