Hekayə

Bir adam öldü 77 yaşında…
Yaxşı bir adam idi; yumşaq ürəkli, gülər üzlüydü, amma nədənsə pis bir arvad, pis bir ata olduğu idi ağıllarda qalan.
Yaxşı bir adam idi; sevgi dolu, göstərərdi də həmişə sevgisini.
Yaxşı ər ola bilmədi; “heç gün üzü görə bilmədən köçüb getdim bu dünyadan” dedi Xədicə Sultan.
Yaxşı ata ola bilmədi; “Biz heç hiss etmədik sevgisini” dedi uşaqları. Nə analarının ölümü bağladı onları yenidən, nə də bir damla göz yaşı tökdülər sonra.

Bir adam öldü, bir qadın girdi məscid həyətinə; adı Dəniz idi, yaşı adama oxşayırdı.

Dəniz, adamın 45 illik sevgilisi idi… Həmişə varlığını bildiyimiz, amma heç görmədiyimizdi… Digər həyat, o biri qadın idi Dəniz…
Girdi məscid həyətinə gözləri yaşla dolu, qıçları titrəyərək. Adamın qardaşları, bütün ailəsi gedib özünü tanıtdı, əlini sıxdı, səbr dilədi.
Cənazənin sahibinin “O” olduğunu hiss etdirdi. Adamın uşaqları belə səs etmədi, eşqinə hörmət etdilər.

Bir adam öldü və bir qadın bəlkə də 45 ildir ki, ilk dəfə özünü günahkar, pis bir qadın kimi hiss etmədi. Bəlkə ilk dəfə rahat bir nəfəs aldı, bəlkə ilk dəfə yaşadı eşqini hər kəsin içində, utanmadan. Tanıyırdı hamımızı, bilirdi tək-tək kim olduğumuzu, nələr etdiyimizi. Sanki illərdir görmədiyi və darıxdığı qohumlarıyıq kimi baxır, ağlayır, insanın içini acıdırdı…

Bir adam öldü 77 yaşında; ani olmadı, xəstə idi…
Yaxşı bir adam idi, sevgi dolu, yumşaq ürəkli, amma qorxaqdı. Nə eşqini sahiblənib, 45 ildir ki, həqiqətən sevdiyi qadın ilə ortaya çıxa bildi, nə də ailəsini bir araya gətirə bildi.
Amma bilinirdi ki, çox sevdi və sevildi. Yanındaydı sevgilisi son anına qədər. Öz uşaqları bir damla yaş tökməsələr də, qardaşları, Dəniz və özündən olmayan Dənizin oğulları hönkür-hönkür ağladı…

Və kim bilir hər gün neçə adam gözlərini yumur həyata, nə qədər yarım qalmış hekayələr buraxır. Kim bilir hər gün neçə evin içinə hüzn çökür, neçə adamın qəlbində acı, boşluq, çarəsizlik baş küncə keçir. Kim bilir neçə adam, yalnız hər şey bitib də zamanı geri gətirə bilməyəcəyini anladığı o anda yumşalır, həyata və insanlara daha dözümlü baxır. Kim bilir neçə adam özünü bir an üçün özünü gedənin yerinə qoyub, öz ssenarisinə baxır, göz yaşlarının bir azını da mütləq özünə od vurub, yeni qərarlar alır həyata dair. Kim bilir neçə adam bir tək hüznün hökm sürdüyü otaqlarda həyatın nə qədər qısa, bəzi qaydaların boş, hər şeyin bir az mənasız olduğunu xatırlayır. İstədiyin kimi yaşaya bilmədikcə o çox əhəmiyyət verdiyi başqalarının düşüncələrinin nə qədər dəyərsiz olduğunu anlayır.

Hər gün mütləq bir yerlərdə bəzi evlərə atəş düşür, mütləq bəziləri həyata gözünü yumur, arxasında mütləq hər biri roman olacaq hekayələr və gözü yaşlı bəzilərini tərk edib, gedir, amma biz eşitmirik, bilmirik. Qorxmadan yaşayanlar, ağlından və könlündən keçənləri paylaşanlar, həyatda bir fərq yaratmağa çalışanlar, arxalarında əsərlər buraxanlar olur.

Həyat qısa, insanlar min bir nəfər, “sevənin də canı sağ olsun, sevməyən də” deyib arxanızda yarım qalmış hekayələr buraxmaxmayın. Bu dünyada təmizləyib ürəklərinizi, buradan keçdiyinizdə izah edən bir iz, arxanızdan gözəl bir şeylər buraxmanız ümidi ilə.
Dəniz kimi sevməyi bilməyiniz lazımdır…

guzel kiz

Şərhlər:

  1. _Sevgim_ dedi ki:

    maraqlidir ve superdiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiir

  2. Aelita dedi ki:

    Men Denizden de cox sevirem girl_cray girl_in_love

  3. mR_bAkiNec dedi ki:

    – Təşəkkür….

  4. SEBERT dedi ki:

    super tewekkur

  5. important life dedi ki:

    Heyatdan bele köcmey ne pisdi. Ne sevgin ne de ailenle yaşaya bilmemek

  6. natalia1 dedi ki:

    men de sevgilime demek isteyerdim ki, yarimciq qalmw hekayesini tamamlasin

  7. Admin dedi ki:

    Xowuma geldi qewengg

  8. Hilary Duff dedi ki:

    Tewekkurler xeber cun…..

  9. deniz15 dedi ki:

    tesekkur edirem cox sagolun

  10. DaRk_AnGeL dedi ki:

    mARAQLI İDİ TƏŞƏKKÜRLƏR