Sən mənim sevdiyim o qız deyilsən

Baxıram, tanıya bilmirəm səni,
Sən mənim sevdiyim o qız deyilsən.
Yubka dar, kofta dar, lap açıq-saçıq,
Sən mənim sevdiyim o qız deyilsən.

Dəyişib, o məsum üzün dəyişib,
Tərtəmiz, saf olan gözün dəyişib.
Söhbətin dəyişib, sözün dəyişib,
Sən mənim sevdiyim o qız deyilsən.

Hanı o həya, ar, o utancaqlıq,
Könlümü fəth edən təmizlik, paklıq?
İndi səni tutub çirkab, bataqlıq,
Sən mənim sevdiyim o qız deyilsən.

Dodaqlar boyanıb, saçlar saralıb,
Qara kirpiklərin bir də qaralıb.
Yubka çox qısalıb, kofta daralıb,
Sən mənim sevdiyim o qız deyilsən.

Sən niyə dəyişdin, cavab ver, niyə?
Söylə, necə qıydın o gözəlliyə?
Əbədi son qoydun eşqə, sevgiyə,
Sən mənim sevdiyim o qız deyilsən.

Sanırsan hamıdan birincisən sən,
Dərdlərin dərmanı, sevincisən sən.
Əldən-ələ gəzən bir “incisən” sən,
Mənim çox sevdiyim o qız deyilsən.

Dəyişib yerişin, davranışların,
Daha yoxdur ürkək, saf baxışların.
Olmusan eqoist, qudurğan, harın,
Sən mənim sevdiyim o qız deyilsən.

Səbəbi nə idi bu dəyişmənin?
Bu iyrənc, bu vulqar “gözəlləşmənin”?
Nəyin çatışmırdı, bir söylə, nəyin?
Sən mənim sevdiyim o qız deyilsən.

Fəqət əvvəlki tək qala bilərdin,
ürəkləri oda sala bilərdin.
Baxışınla canlar ala bilərdin,
Nə fayda, sən artıq o qız deyilsən…

Mənim sevdiyim qız bir mələk idi,
O əl dəyilməmiş bir çiçək idi.
Bil ki mənə sən yox, “o” gərək idi,
Sən mənim sevdiyim o qız deyilsən.

Dəyişib, o məsum üzün dəyişib,
Sevgi dolu baxan gözün dəyişib.
Varlığın dəyişib, özün dəyişib,
Sən mənim sevdiyim o qız deyilsən.

Dəyişdin, sevgilim, gəl bunu bil ki,
Daha məndən heç vaxt gözləmə sevgi.
Nə vaxtsa rastlaşsaq, deyəcəyəm ki,
Sən mənim sevdiyim o qız deyilsən…

MR...

Şərhlər:

  1. mR_bAkiNec dedi ki:

    – Əladı..
    ürəyinə,əlinə sağlıq qaqam…

  2. deniz15 dedi ki:

    Dəyişib, o məsum üzün dəyişib,
    Sevgi dolu baxan gözün dəyişib.
    Varlığın dəyişib, özün dəyişib,
    Sən mənim sevdiyim o qız deyilsən.

  3. _Sevgim_ dedi ki:

    superdiiiiiiiiiiiiiiiiiiii, sagolun

  4. Yasaksin_kalbime dedi ki:

    super weirdi.tewekkurler

  5. Aelita dedi ki:

    fiquran qewengdise yupkani qisaltmagin yeri yoxdu. qewengsense qeweng gorunmek isteyirsense sene her wey yarawar. yupkani qisaldan qizlar ne qeder yaxwi qiz olsalar da get-gede pozulacaqlar…

  6. DaRk_AnGeL dedi ki:

    Təşəkkürlər

  7. Hilary Duff dedi ki:

    Gozel weirdi Tewekkurler…..