Mövlana Cəlaləddin-i Rumi

Dil qazan qapağına bənzər. Tərpəndi də qoxusu gəldimi, nə bişir anlarsan.

Ey İnsan Qaf dağı qədər yüksəkdə olsan da, kəfənə sığacaq qədər kiçiksən. Unutma hər şeyin bir hesabı var, üzdüyü qədər üzülərsən.

Qabiliyətsiz olmaq bir qüsur deyil, amma xaraktersiz olmaq çox böyük bir qüsurdur.

Qulaq asma deyilənlərə: Qoy desinlər, görənlər səni bir ot sansın. Sən gül ol da, uğrunda ötməyən bülbül utansın.

Vida – gözləri ilə sevənlər üçündür. çünki könüldən sevənlər heç ayrılmazlar.

Heç görmədiyim bir sevinclə, qapına gəldim… “Kimdir o” de yetər ki, sən kim olmağımı istəyirsənsə o olmağa gəldim.

Sən bizim surətimizə deyil, əxlaqımıza bax.

Səsini deyil, sözünü yüksəltməli insan. çünki göy səs-küyləri deyil, yağışlardır yarpaqları yaşıllaşdıran.

Aşiqlərin könüllərinin yanmağııyla gözyaşları olmasaydı, dünyada su da olmazdı, atəş də.

Hər kəsin baxmadığı istiqamətdən bax dünyaya.

Dedilər ki, Gözdən iraq olan könüldən də iraq olar. Dedim ki, könüldə olan gözdən iraq olsa nə olar.

Harda axarsu varsa, orada yaşıllıq vardır.

Bir an gözlə, arxana dön və unutduqlarını xatırla. İtirdinsə axtar, qırdınsa üzr istə, qırıldınsa bağışla, çünki həyat çox qısadır.

Bir insanın necə güldüyündə tərbiyəsini, nəyə güldüyündə isə zəkasını və səviyyəsini anlayarsınız.

Gözyaşının belə vəzifəsi varmış, özündən sonra gələcək gülümsəmə üçün təmizlik edərmiş.

İnsan böyük bir şeydir və içində hər şey yazılıdır. Lakin qaranlıqlar və pərdələr buraxmaz ki, içindəkiləri oxuya bilsin.

İnsan gözdür, görüşdür, gerisi ətdir. İnsanın gözü nəyi görürsə, dəyəri o qədərdir.

Eşq hökm etməz, tərbiyə edər.

Kədərlənmə! Bir şey olmursa ya daha yaxşısı olacağı üçün ya da həqiqətən də olmaması lazım olduğu üçün olmur.

Bəzən halımıza mələklər paxıllıq edir. Bəzən də halımızdan şeytan belə iyrənir.

Unutma, sirr kimi sevərsən əgər muradın reallaşar. çünki toxum torpağa gizlənirsə yaşıllaşar.

İnsanda gözəl olan üzdür, üzdə gözəl olan gözdür amma əslində insanı insan edən ağzından çıxan sözdür…

“Kədərlənmə!” deyər Mövlana və davam edər “İtirdiyin hər şey başqa bir surətdə geri dönər”.

ürək bir bağça kimidir. Orada mütləq bir şey bitəcək. O halda gözəl şeylər əkin ki gözəl şeylər bitsin!

Nə qədər zəngin olsan, ancaq yeyə biləcəyin qədər yeyərsən. Dənizə qabı atsan, ala biləcəyi qədər su alar, gerisi qalır.

ürəyi və sözü bir olmayan kimsənin üz dili belə olsa, o, yenə dilsiz sayılır.

Gözlərini qamaşdıran rəngli şüşələri qır elə bax ki, gözünə dəyən şeyin nə olduğunu anlaya biləsən.

Kitablardan əvvəl özümüzü oxumağa çalışaq.

Duyğu ağla əsirdir. Lakin bil ki ağıl da ruhun əsiridir.

Gənclərin aynada gördüklərindən daha çoxunu qocalar bir kərpic parçasında görərlər.

Arabesk Rap

Şərhlər:

  1. deniz15 dedi ki:

    cox sagolun elleriniz agrimasin

  2. mR_bAkiNec dedi ki:

    – Çox əla !

  3. Yasaksin_kalbime dedi ki:

    super sozlerdi.tewekkurler

  4. Aelita dedi ki:

    Kədərlənmə! Bir şey olmursa ya daha yaxşısı olacağı üçün ya da həqiqətən də olmaması lazım olduğu üçün olmur.

    Bəzən halımıza mələklər paxıllıq edir. Bəzən də halımızdan şeytan belə iyrənir.

    hamsi ela. girl_in_love

  5. DaRk_AnGeL dedi ki:

    Əllərinə sağlıq gözəl sözlərdi

  6. SEBERT dedi ki:

    super menali sozlerdi

  7. Hilary Duff dedi ki:

    Super Tewekkurler…..