Səni sevmək çox çətindir

İçimdəki bütün eşqi ayağına sərsəm, yenə də bitməyəcək və doymayacak bir iştah gizlədirsən içində.
Şeytanına məğlubdur ağlın, şeytan səndən ağıllı deyə görmürsən.
Səni sevmək çox çətindir bilmirsən.
Bildiyim bütün dillərdə izah etsəm, anlaya bilməyəcəyin qədər çətindir və sözlərin bütün mənalarını eyni cümlə içində yazsam, çatmır.

Səni sevmək çox zor

Davamlı bir hüznləri çıxarır gözlərim, halbuki həmişə bu səfər son olsun deyə üşüyürəm gecə yarısı xülyalarımda, amma qaranlığın gəlişini, aydınlıqda olarkən də görə bilərsən.
Bir telefon səsi bölür bəzən gecəni və mən həmişə sənin bir sonrakı gedişinin ssenarisini yazıram içimdə.
Necə olacağını düşünürəm, qoşub-düzürəm, bir neçə seriyaya bölürəm.

Səni sevmək çox zor

Sonra içimdən bir səs deyir ki: “Boş ver! Onun bəxti səninlə deyilsə, hansı bəxtin dəyişdirə ürəyinlə?”
Madam sevdiklərimiz əslində bizik, bəlkə mənim içimdə sənin etdiklərin gizlidir və bu səfər bəlkə sən çəkəcəksən içimdəki bombanın ipini…

Səni sevmək çox zor

Səninlə pisləşməkdə qalmaqdır ərdəm, sənə baxmayaraq inana bilməkdir eşqə!
Mən sənə baxmayaraq yaşayıram, sənə baxmayaraq sevirəm, hətta sənə baxmayaraq səni sevməyi bacarıram, eşq deyilmi bu da?
Bəlkə səndə çəkdiyim ağrılarla tapacağam gerçəyi və ya sən yalnız şeytanın mənə görünən üzüsən, nə bilim?
Mən həmişə bir gecə yarısı yuxudan kabuslarla oyanar kimi sevəcəyəm səni.
Həmişə ürəyim ağzımda, həmişə bir hücum gözləyərək gecədən və həmişə qanayaraq özümə…
Səni sevmək çox çətindir, bilə bilməzsən!

Səni sevmək çox zor

BaBy BaRBie

Şərhlər:

  1. gizem dedi ki:

    Eh.sen.bilsonki.seni.ne.qeder.sevirem.ey.ureymin.sahibi.twk.super.

  2. deniz15 dedi ki:

    beyendim tesekkur edirem elleriniz agrimasin

  3. mR_bAkiNec dedi ki:

    – Təşəkkür oxudum çox xoşuma gəldi.

  4. New_Moon dedi ki:
    Cox Sagol Yaxwidi:)
  5. Yasaksin_kalbime dedi ki:

    yaxwi idi.tewekkurler.

  6. DaRk_AnGeL dedi ki:

    Qəşəyyy əllərinə sağlıq

  7. Hilary Duff dedi ki:

    Cox gozel sozlerde wekillerde Tewekkurler